Qızıl zinət əşyalarının ölkəyə qanunsuz keçirilməsinin qarşısı alınıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb.
"APA-Economics" bu barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə istinadən xəbər verir. Məlumata görə, İdarənin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycan gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.
Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:113
Bu xəbər 04 Sentyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















