Dollar zəiflədikcə qızılın qiyməti qalxır İqtisadçı
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Bu gedişlə Dünya bazarında qızılın qiyməti daha da bahalaşacaq. Dünya bazarında baş verən dəyişiklik ölkənin daxili bazarına da təsir edir. Qızıl-zinət əşyaları, qızıl əsasında yığılan sərmayələrin dəyəri ikiqat artır. Bu, qızıl satışı ilə məşğul olanlar üçün sərfəli olsa da, alıcılar üçün çətinliklər yaradır”.
Bunu 525.az-a iqtisadçı ekspert Asif İbrahimov deyib. O bildirib ki, qızıl dollarla qiymətləndirilir. Dollar zəiflədikcə qızılın qiyməti qalxır. Üstəlik investorlar risklərdən sığortalanmaq üçün qızıla üstünlük verirlər ki, bu da qiymət artımına səbəb olur:
“Bu vəziyyət davam edəcəyi təqdirdə ölkədə qızılın ümumi dəyəri artacaq. Azərbaycan qızılı əsasən idxal etdiyi üçün qiymət artımı idxal xərclərini yüksəldəcək. Bahalaşma dövlətin ehtiyatlarında saxlanılan qızılın dəyərinin bahalaşması müsbət iqtisadi təsir göstərəcək. Qızılın 4000 dollara qədər bahalaşması Azərbaycan üçün həm imkanlar, həm də risklər yaradır. Dövlət ehtiyatlarının dəyəri artır. Amma daxili bazarda qiymət artımı əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir".
Sevinc QARAYEVA


