Icma.az
close
up
RU
Qızıllarınızı girov qoymazdan əvvəl bunları mütləq oxuyun!

Qızıllarınızı girov qoymazdan əvvəl bunları mütləq oxuyun!

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

2020-ci ildən sonra Azərbaycanda bank olmayan kredit təşkilatlarının fəaliyyəti nəzərəçarpacaq dərəcədə artıb. Son illərdə bu qurumlara kredit məqsədilə müraciət edən vətəndaşların sayı da yüksəlməkdədir. Bununla belə, əhalinin müəyyən hissəsi hələ də belə təşkilatlara tam etibar etmir.

Bəs Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının etibarlılığı nə dərəcədə təmin olunur? Vətəndaşlar bu qurumlardan kredit götürərkən hansı riskləri nəzərə almalıdır?

Yenisabah.az məsələni iqtisadçı Əkrəm Həsənovla müzakirə edib. Ekspert oxuculara bununla bağlı bir sıra məqamları açıqlayıb:

“Adından da göründüyü kimi, Bank Olmayan Kredit Təşkilatları (BOKT) bank deyillər, lakin kredit fəaliyyəti göstərirlər. Onlar bank statusuna malik olmadıqları üçün bir sıra vacib bank əməliyyatlarını həyata keçirə bilməzlər. Ən önəmlisi isə, BOKT-lar əmanət qəbul etmirlər, yəni vətəndaşların pulunu depozit kimi alıb saxlaya bilməzlər. Bundan əlavə, onlar hesab açmaq, pul köçürmələri həyata keçirmək kimi klassik bank əməliyyatları ilə də məşğul olmurlar. Bu səbəbdən də bank statusu daşımırlar.

BOKT-ların əsas fəaliyyəti kredit verməkdir. Lakin əmanət qəbul etmədiklərinə görə, banklar kimi ucuz və sabit maliyyə mənbəyinə malik deyillər. Məsələn, banklar əmanətlərdən və ya Mərkəzi Bankdan aldıqları aşağı faizli vəsait hesabına daha sərfəli kreditlər təklif edə bilirlər. BOKT-lar isə bu imkana malik olmadıqları üçün adətən özləri banklardan və ya digər maliyyə qurumlarından borc alaraq bu vəsaiti müştərilərə kredit kimi təqdim edirlər. Bu da nəticədə faizlərin daha yüksək olmasına səbəb olur. Əslində, bu bir növ ikinci əldən kredit almaq kimi başa düşülə bilər”.

Ə.Həsənov vurğulayır ki, BOKT-lara güvənmək məsələsi müəyyən qədər fərdi riskləri də ehtiva edir:

“Çünki siz onlara əmanət qoymur, əksinə, onlardan vəsait alırsınız. Bu zaman əsas diqqət edilməsi gərəkən məqam kredit müqaviləsinin şərtləridir. Müqavilədə faiz dərəcəsi, ödəniş qrafiki, gecikmə hallarında tətbiq olunacaq cərimələr və digər hüquqi aspektlər açıq şəkildə qeyd olunmalıdır.

Bir çox BOKT kredit müqabilində girov tələb edir. Lakin burada da fərqliliklər mövcuddur. Əgər banklar daşınmaz əmlak və avtomobil kimi dəyərli aktivləri girov kimi qəbul edir və bu zaman mülkiyyətə toxunmadan sadəcə sənədlərlə təminat alırsa, BOKT-lar çox vaxt qızıl-zinət əşyalarını fiziki olaraq girov kimi qəbul edirlər. Bu da müəyyən risklər yaradır:

Əşyaların itirilməsi və ya dəyişdirilməsi ehtimalı mövcuddur.

Girov kimi qoyulan zinət əşyalarının real dəyərinin müəyyən olunması bəzən mübahisəli olur.

Əgər girov müqaviləsində əşyaların detalları (məsələn, çəkisi, keyfiyyəti, markası və s.) qeyd olunmazsa, mübahisələr yarana bilər.

Buna görə də belə hallarda müqavilələrdə bütün detallar dəqiq əks etdirilməlidir. Girov kimi qoyulan zinət əşyalarının şəkilləri və videoları çəkilməli, onların real vəziyyəti sənədləşdirilməlidir. Müştərilər bu prosesi şəffaf şəkildə izləməli və öz hüquqlarını bilməlidirlər”.

Aytac Şahin


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 May 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri