Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Qax, 8 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Otuz ildən artıq işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı Şanlı Qələbədən beş il ötür. 8 Noyabr – Zəfər Günü respublikanın hər yerində olduğu kimi, Qax rayonunda da bayram əhvali-ruhiyyəsi ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlər planına uyğun olaraq, Zəfər Günü ilə əlaqədar rayonda silsilə tədbirlər, idman yarışları keçirilib, şəhid ailələri və müharibə qaziləri ziyarət olunub.
Əlamətdar tarixi gün münasibətilə noyabrın 8-də rayon rəhbərliyi xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və əməkdaşları, ictimaiyyət nümayəndələri Qax şəhərindəki Şəhidlər xiyabanına gələrək, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş igid Vətən oğullarının məzarlarını ziyarət edib, üzərinə gül-çiçək düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad ediblər.
Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra çıxışlar olub. Çıxışlarda 44 gün davam edən və 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin Azərbaycanın şanlı tarixi olduğu bildirilib. Qeyd olunub ki, Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Noyabrın 8-də şanlı ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin gedişinə və taleyinə həlledici təsir göstərərək, tariximizə Zəfər Günü kimi qızıl hərflərlə yazılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 08 Noyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















