Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ?

Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pensiya sisteminin dayanıqlılığı üçün əlavə islahatlara ehtiyac var. 

Bu barədə Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi üzrə rəyində qeyd olunub. Sənəddə bildirilir ki, aparılan təhlillər pensiya təminatı sisteminin dayanıqlılığınıqiymətləndirmək üçün istifadə edilən əsas göstəricilərə, xüsusilə də asılılıq əmsalına diqqətin artırılmasının vacibliyini göstərir. 

Asılılıq əmsalı - sosial sığorta haqqı ödəyən şəxslərin sayının məşğul əhalinin sayına nisbəti kimi hesablanır. Bu göstərici 2024-cü ilin əvvəlinə 54,2%, ilin sonuna isə 51,7% təşkil edib. Hesablama Palatası qeyd edir ki, bu göstəricidə müəyyən müsbət meyil müşahidə olunsa da, pensiya sisteminin maliyyə sabitliyini təmin etmək üçün əlavə hüquqi baza və mexanizmlərin yaradılması zəruridir. Qurumun fikrincə, əmək bazarının rəsmləşdirilməsi və sosial sığorta ödənişlərinin artırılması pensiya sisteminin gəlirlərini sabitləşdirmək baxımından əsas istiqamətlərdən biri olmalıdır. 

Ölkəmizdə hansı pensiya islahatına ehtiyac var?

“Cümhuriyət”-ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, əmək bazarında qeyri-formal məşğulluğun geniş yayılması bu sahədə əsas problemlərdən biridir.

Onun sözlərinə görə, Azərbaycanda məşğul əhalinin yalnız 30-35 faizi rəsmidir: 

“Hesablama Palatasının səsləndirdiyi fikirlərə əsasən aydın görünür ki, ilk növbədə məcburi dövlət sosial sığorta haqqı ödəyən şəxslərin sayı artmalıdır. Çünki hazırda bu ödəyicilərlə məşğul əhali arasında ciddi fərq var. Əmək bazarında qeyri-formal məşğulluğun geniş yayılması burada əsas problemlərdən biridir. 

Təcrübə göstərir ki, Azərbaycana bənzər iqtisadiyyatlarda məşğul əhalinin təxminən 70-80 faizi muzdlu çalışan, əmək müqaviləsi ilə rəsmiləşdirilmiş şəxslərdən ibarət olur. Azərbaycanda isə bu göstərici cəmi 30-35 faiz ətrafında dəyişir. Bu, özü bir indikatordur ki, məşğul şəxslərin əhəmiyyətli bir hissəsinin əmək münasibətləri qanuniləşmir”. 

İqtisadçı-ekspert qeyd edib ki, ikinci məsələ xüsusilə özəl sektorda daha geniş yayılmış pozuntu ilə bağlıdır: 

“Bu, əməkhaqqılarının məbləğinin tam şəkildə qanuniləşdirilməməsidir. Bir çox özəl sahibkarlıq subyektləri əmək münasibətlərini yalnız minimum əməkhaqqı tələbi çərçivəsində rəsmiləşdirirlər. Məsələn, hazırda əksər əmək müqavilələri təxminən 400 manat məbləğində rəsmiləşdirilir. 

Bu isə formal olaraq əmək münasibətlərinin rəsmiləşdirilmiş kimi görünməsinə baxmayaraq, real əməkhaqqı məbləğinin düzgün göstərilməməsi səbəbindən məcburi dövlət sosial sığorta yığımlarının həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu da ikinci mühüm problemdir”. 

Rəşad Həsənov əlavə edib ki, üçüncü məsələ torpaq mülkiyyətçiləri və onların sosial sığorta haqqı ödənişi sistemi ilə bağlıdır: 

“Bu istiqamətdə ciddi təkmilləşdirməyə ehtiyac olduğunu düşünürəm. Təbii ki, burada məqsəd maliyyə yükünü vətəndaşların üzərinə qoymaq deyil, daha optimal bir modelin hazırlanmasıdır. Belə ki, işğaldan azad olunmuş ərazilərdə məcburi dövlət sosial sığorta haqlarının müəyyən hissəsinin subsidiya edilməsi yanaşması var. 

Bu istiqamətdə dövlət tərəfindən belə bir model işlənib hazırlana bilər həmin şəxslər üçün sosial sığorta ödənişlərinin müəyyən hissəsi subsidiyalaşdırılsa, bir tərəfdən uçotun dəqiqləşməsinə, digər tərəfdən isə düzgün vərdişlərin formalaşmasına səbəb olar. Gələcək mərhələlərdə isə bu yük hansısa formada tədricən dövlətin üzərindən azaldıla bilər. 

Həmçinin, bugünkü şərtlər daxilində dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə edilən transferlərin həcmi də azala bilər. Yəni bir istiqamətdə xərc yaransa da, digər istiqamətdə xərclərin azalması hesabına bu proses müəyyən mənada kompensasiya olunur və bunun əvəzində davranış modeli formalaşır, uçot dəqiqləşir”.
İqtisadçı vurğulayıb ki, fərdi sahibkarlıq subyektləri üzrə məcburi dövlət sosial sığorta haqqı mexanizmi hazırkı formada ədalətli deyil: 

“Digər bir məsələ fərdi sahibkarlıq subyektləri ilə bağlıdır. Onların özlərinəməxsus məcburi dövlət sosial sığorta haqqı ödənişi mexanizmi hazırkı formada çox qeyri-adekvatdır. Minimum əməkhaqqının müəyyən faizi əsasında hesablanan bu ödəniş əksər sahibkarlar üçün 25 faiz həcmindədir, bəzi sahələrdə, məsələn tikinti sektorunda 50 faizdir. 

Burada gəlirə əsaslanan ədalətli diferensiallaşdırma yoxdur. Belə ki, ay ərzində bank hesabına 100 manat daxil olan şəxs də 100 manat DSMF ödəyir, hesabına 100 min manat daxil olan şəxs də. Burada faizə əsaslanan sosial sığorta yığma mexanizminin tətbiq edilməsi həm ədalətsizliyin aradan qalxması, həm də bu istiqamətdə büdcənin Sosial Müdafiə Fondunun gəlirlər hissəsinin əhəmiyyətli şəkildə artmasına gətirib çıxarda bilər”. 

Onun sözlərinə görə, “pensiya sistemində islahatlar” deyiləndə ilk növbədə gəlirlər hissəsində islahatların aparılması önə çıxmalıdır: 

“Təbii ki, xərclər hissəsində də müəyyən düzəlişlər edilə bilər, məsələn, bəzi xüsusi və güzəştli şərtlərlə pensiya hüququnun formalaşdırılması məsələsinə baxıla bilər. Burada müəyyən düzəlişlərə ehtiyac olduğunu düşünürəm. Eyni zamanda, bəzi hallarda pensiyanın maksimum həddinə dair indikatorların tətbiqi də nəzərdən keçirilə biləcək mexanizmlərdən biridir. Amma istənilən halda bu islahatlar Azərbaycanda pensiya yaşının artırılması ilə müşayiət edilməməlidir.

 Pensiyaya çıxışı çətinləşdirmək doğru yanaşma deyil. Onsuz da Azərbaycanda pensiya sisteminin əlçatanlığı zəifdir. Pensiya ilə əlaqədar indikatorlar çox zəifdir. Pensiyaçıların əhalinin ümumi sayına nisbəti aşağıdır, minimum pensiya məbləği, orta pensiya məbləği, gözlənilən pensiya dövrü, orta yaşla pensiya yaşı arasındakı fərq kimi göstəricilər çox zəifdir.  Bu indikatorlara mənfi təsir göstərə biləcək addımlar etibarı daha da azaldır”.

Rəşad Həsənov bildirib ki, ictimai inamın aşağı düşməsi isə qeyri-formal əmək münasibətlərinin genişlənməsinə səbəb olur: 

“İnsanlar əgər gələcəkdə topladıqları yığımlar hesabına rifah əldə edə bilməyəcəklərinə inanırlarsa, o zaman qısa müddətli maraqlara üstünlük verirlər. Bu isə sahibkarla işçi arasında qeyri-formal əmək münasibətlərinin formalaşmasına geniş zəmin yaradır. Etibarı təmin etmək üçün neqativ təsirli deyil, əksinə pozitiv təsir göstərəcək dəyişikliklərə ehtiyac var. Bu dəyişikliklərdən biri də pensiya yaşının azaldılması məsələsinə baxılması ola bilər”. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az" 

Açar sözlər: Pensiya Rəşad Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri