Icma.az
close
up
RU
“Qızlar xarakter və istək göstərməklə yanaşı, gözəl futbol oynadılar”

“Qızlar xarakter və istək göstərməklə yanaşı, gözəl futbol oynadılar”

Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qızlar xarakter və istək göstərməklə yanaşı, gözəl futbol oynadılar”.

İdmanxeber.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsində səfərdə Litva yığmasına 2:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Mütəxəssis sevincli olduqlarını bildirib:

“Şükür ki, qələbə qazandıq. Qol buraxmadan bunu etmək çox önəmli idi. Üç komandalı qrupdayıq, sonda qrup birincisini top fərqi müəyyənləşdirə bilər. Rəqibin zəif və güclü cəhətlərini bildiyimiz üçün oyunu buna uyğun qurmuşduq. Meydanda hər şeyi düzgün etdiyi üçün komandamıza təşəkkür edirəm. Məqsədimiz qol buraxmadan qələbə qazanmaq idi ki, bunu reallaşdırdıq. Bu qalibiyyət münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bizi Monteneqroya qarşı çox vacib səfər oyunu gözləyir. Həmin matçdan da maksimum nəticə ilə qayıtmağa çalışacağıq”.

Baş məşqçi görüşün 42-ci dəqiqəsində qırmızı vərəqə almasına münasibət bildirib:

“Hakimləri heç cür başa düşə bilmədim. Ehtiyat hakim epizoda çox uzaq idi. Rəqibin oyunçusu Nigar Mirzəliyevanı arxadan vurdu, hakim bunu görmədi. Hiss etdim ki, gərginlik yaranacaq, futbolçuları sakitləşdirmək üçün meydana girmək məcburiyyətində qaldım. Hakim bunu fərqli formada başa düşdüyündən, mənə qırmızı vərəqə göstərdi. Halbuki bunu etməsəydim, gərginlik arta bilərdi”.

Qeyd edək ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz növbəti oyununu aprelin 8-də səfərdə Monteneqro yığmasına qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 05 Aprel 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see123

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see119

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri