Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Qızlarağası xanı Türkan Turan yazır

Qızlarağası xanı Türkan Turan yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Türkan TURAN

"İzmirdə yolunu Qızlarağası xanından sal" - dedi dostlar. Bu qədər adam deyirsə, deməli, bildikləri nəsə var dedim və eləmədim tənbəllik, yağışın leysan kimi tökdüyü bir gündə üz tutdum dedikləri yerə.

Bir neçə tərəfdən qapısı olan abidəyə bilmədiyim yerdən daxil oldum. Kafelərlə dolu olan dəhlizdən yeriyərkən bir qəribəlik olduğunu hiss elədim. Məkanların hamısı qəhvəxana idi.

Hər tərəfdən səni içəriyə dəvət edən adamlar çıxırlar. Biri, "burada həyatınız dəyişəcək, içəri gəlin", digəri "bir qəhvəmizi için, görün sonra nələr olacaq" kimi həyəcanlandıran cümlələrlə adamı ən gözəl masada oturtmağa çalışır. Öz-özümə düşünürəm, bir qəhvə ilə həyat necə dəyişə bilər? Camaat bir balaca dəyişiklik üçün saç ağardır, diş tökür, üz qırışdırır, amma bəzən heç bir şey olmur. Sən demə, yağışdan qaçarkən təsadüfən gəlib düşmüşəm Qızlarağası xanının falçılar dəhlizinə. İrandan, Ukraynadan, qaraçılardan, yerlilərdən ibarət növbənöv falçılar varmış. Elə tərifləyirlər, elə tərifləyirlər, elə bil, padşaha cariyə sırıyırlar. Bu qədər tərifə padşah dayanar? Bir də gördüm ki, Areş adlı iranlı gey bir falçının qarşısında oturmuşam. Areş də, nə Areş?! Bir tərəfdən votsapla yazışırdı, bir tərəfdən də falıma baxırdı. Bezgin, yorğun, hamıya dediyi əzbərlənmiş, nimdaş cümlələri kim bilir neçə milyonuncu dəfə deyir. Boş söz yığınına qulaq asdıqdan sonra dediyəm, madəm ki, oturmuşuq bir az söhbət edək. Beləcə, bir müddət danışıb, qəhqəhə atıb yanından ayrılıram. Yeyin addımlarla dəhlizdən çıxıram. Çünki hərə bir tərəfdən çəkişdirir falına baxmaq üçün. Yolu düşənlər əyləncə üçün baxdıra bilərlər, amma ciddi gözlənti içində olanların yanılacağı dəqiqdir. Nəysə, keçək bu fal, cadu məsələlərini. Bizə qalan tarix, mədəniyyət olacaq.

Köləlikdən zirvəyə

İzmirin qəbində, Kəməraltı Çarşısının içində yerləşən Qızlarağası xanı şəhərin ən önəmli tarixi abidələrindən biridir. XVII əsrdən qalma abidə Osmanlı dönəminin ticarət həyatına işıq tutan və günümüzdə də canlılığını qoruyan mədəniyyət mirasıdır.

Qızlarağası xanı 1744-cü ildə Osmanlı İmperatorluğunun qızlarağası olan Hacı Bəşir Ağa tərəfindən inşa etdirilib. Qaradərili kölə olan, kiçik yaşlarda İstanbula gətirilən və qızlarağası Yarpaqsız Əli ağanın yanında yetişən, köləlikdən qızlarağasına, ordan da saray xəzinədarlığına müxtəlif vəzifələrə qədər yüksələn, məktəblər, mədrəsələr, məscidlər, kitabxanalar tikdirən, adı daima xeyirxah işlərdə keçən, hətta Mədinədə kitabxana, Qahirədə azyaşlılar üçün məktəb, Sistovda mədrəsə və kitabxana inşa etdirən şəxs olub. Adı daha çox sarayda hərəm dairəsinə rəhbərlik edən qızlarağası kimi qalıb. İndi bizə yüngül görünə bilər, amma qızlarağası o dövrdə yüksək rütbəli vəzifə hesab edilirdi. Bu şəxslər böyük sərvətə sahib olurdular. Hacı Bəşir Ağa da bu imkanların daha artığına sahib idi. Hətta o qədər iti zəkaya sahib idi ki, İzmirin ticarətdə əhəmiyyətini görmüş və burada Qızlarağası xanını inşa etdirmişdi. Xandan gələn gəlirləri də İstanbuldakı xeyriyyə qurumlarına yönləndirmişdi. Xan inşa edildiyi vaxtdan etibarən İzmirin ticarət həyatında vacib rol oynayır. Yerli, əcnəbi tacirlərin qonaqladığı, mallarını depolandığı, idxalın, ixracın, alış-verişlərin edildiyi mərkəz idi bura. Klassik Osmanlı memarlığının ən gözəl örnəklərindən biridir. Eyni zamanda Osmanlı İmperatorluğunun son dönəmlərinə qədər iqtisadi üstünlüyünü qoruyub saxlayan yer olub. Hətta cümhuriyyət dönəmində də davam etdirərək bu günlərə qədər əhəmiyyətini itirməyib.

Sınaq

Qızlarağası İzmirdəki xanların ən böyüyü, ən görkəmlisidir. III Əhməd və I Mahmud dönəmində qızlar ağası olan Hacı Bəşir Ağa tərəfindən 1744-cü ildə inşa etdirilib. Şəhərin ən böyük ibadətgahı olan Hisar məscidinin bir neçə neçə metrliyində əsası qoyulub. Digər tərəfində isə Halim Ağa bazarı yerləşir. Qədim Kərəstəçilər, bugünkü adı ilə 871 küçəsinin üstü sayılır. Ancaq bir vaxtlar xanın qapıları sahilə, pəncərələri dənizə açılırdı. Aradan keçən illərdə baş verən torpaq sürüşmələri, yeraltı təkanlar dənizlə xanın arasındakı quraq ərazinin məsafəsini genişlədir. Beləliklə, dənizlə xanın arasındakı məsafə 200 metrə qədər uzanır. Xan tikildikdən bir il sonra torpaq sürüşməsi baş verir, binanın fasadında ciddi çökmə yaranır, bir hissəsində isə dağıntılar əmələ gəlir. Ancaq çox çəkmir, qsa müddət içində müdaxilə edilir və dəyən zərər aradan qaldırılır. Aradan bir neçə il keçir, bu dəfə zəlzələ baş verir və bu fəlakət abidəyə çox ciddi zərbə olur. Yenə vaxt itirmədən dağılmış binaya əl atılır və əsaslı şəkildə təmir edilir. Bu da son olmur. İzmiri bilənlər bilir, bura seysmik zonadır. Bu isə təbii fəlakətlərin qaçılmaz, hətta hər an baş verə biləcəyi deməkdir. Abidə var olduğu əsrlər ərzində çox zəlzələlər, yanğınlardan keçir. Xaraba qalmağın eşiyini də görür, yox olub getməyin kəndarından da dönür. Ancaq nə hikmətdirsə, hər şeyə rəğmən, zamana meydan oxumağı bacarır.

Osmanlı memarlığının nadir incisi

Qızlarağası xanının digər Osmanlı xanları ilə oxşar cəhəti altında çarşı, ortasında atriumunun olmasıdır. İkimərtəbəli binanın üst mərtəbəsi atriuma baxan beş sütunlu, altı sıralı tağlardan ibarətdir. Osmanlı memarlığında fasadı bir-birinin üstündə inşa edilmiş konsollar və şahnişinlərə görə nadir abidə hesab edilir. Dörd min kvadratmetrlik ərazidə dördbucaq planda inşa edilib. Elə təkcə atriumunun ölçüsü altı yüz kvadratmetrdir. Geniş əraziyə yayılan xanın birinci mərtəbəsinin şimalında bugünkü adı ilə Cəvahir bedesteni, cənubunda Bakır və Cuxa bedesteni, şərqində isə uzun bir dəhliz mövcuddur. Dükanların köhnə adı ilə Çankırlı küçəsinə baxan yönündə birmərtəbəli əlavə bölmələri də var. Bugünkü 906-cı küçənin üstündəki birinci koridor Bakır bedesteninin, 902-ci küçə isə kafelərin, yeməkxanaların olduğu küçədir. Bir mərtəbədən, 26 dükandan ibarət Bakır bedesteni tikildiyi ilk illərdə misçiliyi ilə məşhur olub. Daha sonrakı illərdə başda İran ipəyi olmaqla hər növ ipəklərin satıldığı yer idi. Bakır bedesteninə bitişik və paralelində olan hissə xanın digər qisimləri ilə müqayisədə günümüzə daha sağlam və orijinal şəkildə gəlib çıxıb. İlk açıldığı illərdə bu tərəf həsirçilərin mərkəzi idi. Sonralar üst mərtəbədəki çuxaçı əsnafların aşağı enməsi ilə Çuxa bədəstəni adını alır və bu hissə xanın ən önəmli yerinə çevrilir. Hər iki bədəstəni bir-birinə bir qapı bağlayır. Dəhlizlər çölə doğru açılır. Sütunlar tor kimi bir-birinə keçmiş dəmirlərdən, daş silindirlərdən ibarətdir. Sütun başlıqları, üçbucaq və paxlava şəklində Türk motivləri ilə işlənib. Üst mərtəbədə 73 otaq var. Bina içəridən və çöldən qurğuşun örtüklə əhatələnib. Üstü iki sıralı kərpiclə hörülüb. Günümüzə qədər gəlib çıxan orijinal baca əslinə uyğun olaraq restevrasiyadan keçib.

Ticarətin Egeydə vuran ürəyi

İstanbuldakı qızlarağasının İzmirdə belə bir yer inşa etdirməyinə gəldikdə isə, 1740-cı illərdə Hacı Bəşir Ağanın bu şəhərlə sıx ticarət əlaqləri varmış. Ağa buraya mütəmadi gəldiyi üçün ərazinin ticarət potensialına yaxşı bələd imiş. Eyni zamanda yaxınlıqdakı Böyük Vəzir Xanın olmağı bu ideyanı gerçəkləşdirməyinə səbəb olur. Binanın zirzəmisi anbar kimi istifadə edilirmiş. Əraziyə gələn karvanlar yüklərini burada boşaldır, idxal, ixracı burada müəyyənləşdirir, satışı burada həyata keçirirmişlər. Dəvə, qatır, eşşək, at kimi heyvanlardan ibarət karvanlar yükləri ilə girdikləri xanın atriumunda yüklərini endirdikdən sonra burada gecələyirmişlər. Mallar xanın anbar və zirzəmilərində mühafizə edilirmiş. Xanın qapıları bütün xanlarda olduğu kimi havanın qaralmağı ilə qapanırmış. İzmirin iqtisadi həyatında bu dərəcədə əhəmiyyətli olan xan, 1778-ci ildə iqtisadi axımdan zirvəyə ucalır, düz XIX əsrin son dəmlərinə qədər parlaq dönəmini davam etdirir.

Keçmişlə bu gün arasındakı "körpü"

Xan uzun illər boyu işləkliyini davam etdirsə də, zaman içində bir çox dağıntı və eroziyaya məruz qalır. XX əsrin ikinci yarısında xeyli yerləri xarabalığa çevrilir. Bəzi memarlıq ünsürləri yox olur. Abidənin tarixi kültür dəyərini qorumaq üçün restavrasiyaya başlanır. 1988-1993-cü ildə həyata keçirilən yenilənmə buranı yenidən keçmiş görkəminə qaytarır. Hazırda İzmirin ən populyar turistik məkanlarından biridir. Tarixi atmosferi və hələ də canlı ticarət həyatı ilə ziyarətçiləri özünə maqnit kimi çəkir. Ancaq keçmişdəki ticarət fəaliyyətlərindən fərqli olaraq günümüzdə daha çox turistik, hədiyyəlik əşya satan dükanlar daha çoxdur. İzmirlilərə məxsus əl işlərinin, tekstilin, aksesuarların, digər məhsulların satıldığını görmək mümkündür. Bura eyni zamanda kültür və mədəniyyət tədbirlərinə də ev sahibliyi edir. Atriumunda konsertlər, sərgilər, müxtəlif mədəniyyət gecələri təşkil edilir. Bundan əlavə, ətrafında kafelər, restoranlar mövcuddur. İzmirin ən ləziz təamlarını burada dadmaq mümkündür. Xüsusilə qəhvəsi və şirniyyatları ilə məşhurdur. Xan İzmirin tarixinə şahidlik etmiş, yüz illər boyu şəhərin ticarət və kültür həyatında önəmli rol oynamış bir yerdir. Bir növ keçmişlə bu gün arasında körpü rolunu oynamaqdadır. Burada həm tarixə səyahət edib, həm də İzmirin dinamik həyatına ayaq uydurmaq mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri