Icma.az
close
up
RU
Qızqaçırmanın sosial üzü Namussuzluq və CİNAYƏT

Qızqaçırmanın sosial üzü Namussuzluq və CİNAYƏT

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bugünlərdə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində məscidin imamının özündən xeyli kiçik, 16 yaşlı qızı qaçırması ictimiayyət arasında ciddi rezonans doğurub. İyunun 17-də baş verən hadisə hüquq-meühafizə orqanlarının da diqqətini çəkib. Qəsəbə məscidinin imamı Turab Tahirov məsciddə dini dərslər almağa gələn 16 yaşlı qızı evlənmək məqsədilə qaçırıb.

Bu, ölkədə azyaşlı qızın qaçırıldığı ilk belə hadisə deyil... Daha əvvəllər də anoloji hadisələrə şahidlik etmişik.

Erkən nikah və qızqaçırma, yalnız fərdi azadlıqların tapdanması deyil, eyni zamanda cəmiyyətin inkişafına ciddi maneə yaradan sosial problemlərdir. Bu halların kökü köhnə adət-ənənələrə və patriarxal düşüncəyə dayansa da, müasir dövrdə belə hadisələr hüquqi, psixoloji və sosial aspektlərdən geniş şəkildə müzakirə olunur.

Erkən nikah - adından da göründüyü kimi - bir şəxsin, xüsusən də qızların hüquqi yaşa çatmadan ailə qurmağa məcbur edilməsi deməkdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah yaşı qadınlar üçün də, kişilər üçün 18 yaşdır. Lakin bəzi rayon və kəndlərdə bu yaşa çatmamış qızlar valideyn və ya ailə təzyiqi ilə ərə verilir. Ya da zorla qaçırılır. Abşerondakı hadisə kimi...

Hüquqşünas Etibar Qasımov deyir ki, qız qaçırma - razılığı olmadan bir qadının zorla evliliyə məcbur edilməsi - qanun qarşısında cinayət hesab olunur. Bu, yalnız qadının şəxsi hüquqlarına deyil, həm də cəmiyyətin hüquqi əsaslarına təhdiddir.

“Azərbaycanın bəzi bölgələrində qızqaçırmanın sosial kökü var. Bura “namus” və “şərəf” anlayışının təhrif olunması, adət-ənənəyə kor-koranə bağlılıq, qadının mülkiyyət kimi qəbul edilməsi daxildir. Təəssüf ki, bəzi hallarda ailələr də bu cür zorakılığı susqunluqla qarşılayır, bəzən isə "ayıbdır", "ağsaqqallar həll edər" kimi ifadələrlə problemi gizlətməyə çalışırlar”,- hüquqşünas bildirib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi erkən nikah və qız qaçırmaya qarşı ciddi sanksiyalar nəzərdə tutur:

Cinayət Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, qızqaçırma insan oğurluğu  hesab olunur, Qızqaçırma da daxil olmaqla belə hallara görə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulub. 

Hüquqşünasın sözlərinə görə, kəndlərdə və rayonlarda erkən nikahın zərərli nəticələri ilə bağlı maarifləndirici tədbirlər keçirilməlidir:

“Qızların təhsilə cəlb olunması erkən nikah riskini azaldır. Sosial kampaniyalar çərçivəsində və sosial şəbəkələrdə bu mövzuya dair düzgün mesajlar verilməlidir”.

Hüquqşünasın fikrincə, mövcud qanunların sərt və ədalətli şəkildə icrası bu halların azalmasına səbəb ola bilər.

Əslində, məqsədin nə olmasında asılı olmayaraq, hətta evlənmək məqsədi ilə olsa belə, şəxsin iradəsinin əleyhinə oğurlanmasının “adam oğlurluğu” kimi qiymətləndirilməsi tamamilə düzgündü. Çünki bəzi hallarda evlənmək məqsədi ilə qız qaçıranlar daha irəli gedərək, qızın ata evinə qayıtmaması üçün hətta onu zorlayır, onunla cinsi əlaqədə olmaqdan çəkinmirlər. Belə olan halda cəmiyyətin basqısı ilə üz-üzə qalan azyaşlı qız istəmədiyi şəxslə bir evdə yaşamağa məhkum olur. Qadının hüququnu qorunmaq əvəzinə, bəzən isə valideynlər də bu cinayətin ört-basdır olunmasında iştirak edir, evlənmək məqsədi ilə qaçırıldığına görə qızının başqa adama ərə gedə bilməyəcəyini düşünüb, övladlarını arzulamadığı adamla yaşamağa, nikaha daxil olmağa məcbur edirlər. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib ki, boşananlar arasında qaçırılan qızlar da olur.

“Ölkədəki adam oğurluğu cinayətlərinin böyük hissəsi qızqaçırma ilə bağlıdır”, - o deyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə evlənmək məqsədilə adam oğurluğu (qızqaçırma halları) 15 faiz azalıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, qızqaçırma mühafəzakar adətdir, cəmiyyətdə buna birmənalı münasibət yoxdur: 

“Bu qaçırılma niyyəti qarşı tərəfin iradəsinə ziddirsə, burda cinayət – adam oğurluğunun tərkib əlamətləri yaranır. Əlbəttə, qarşı tərəfin iradəsinə zidd hal yoxdursa, burada qaçırılmaya da lüzum yoxdur. Bu halın xüsusiyyətləri cəza təyin edilərkən nəzərə alınır". 

DİN-dən qeyd edilib ki, Azərbayanda "qızqaçırma" kütləvi xarakter daşımır: 

“Azərbaycanda il ərzində orta hesabla qızqaçırıma halı birəqəmli həddədir".

Qeyd edək ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Cinayət Məcəlləsində Azərbaycan xalqının qız qaçırmaq adəti adam oğurluğu kimi tanınıb və 144-cü maddədə ehtiva olunub. Həmin Məcəllə ilə bu əməl 5 ildən 10 ilədək, eyni əməllər yetkinlik yaşına çatmamış şəxs barəsində törədildikdə isə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. 

Nəzərə alınmalıdır ki, rəsmi evlilik, qeyri-rəsmi nikah, valideynlər, qız və oğlan arasında razılıq, birlikdə yaşamağa qərar verilməsi - bütün hallarda qızın 18 yaşı tamam olmayıbsa, onunla cinsi əlaqə cinayət məsuliyyəti yaradır. Təcrübədə bu kimi hallara könüllü evlilikdə və ya qızqaçırma hallarında rast gəlinir. Qadının doğuş edərkən yaşının az olması tibbi heyət və hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyə bilməz. Belə faktlar aşkarlandıqda ərin məsuliyyətə cəlb edilməsi üçün zəmin yaranır. Çünki Cinayət Məcəlləsində də göstərilir ki, 18 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur. 

Erkən nikah və qız qaçırma bir insanın gələcəyini əlindən almaqla yanaşı, bütöv bir cəmiyyətin inkişafını ləngidir. Bu problemlərin aradan qaldırılması üçün yalnız hüquqi deyil, həm də sosial və mədəni transformasiyaya ehtiyac var. Unutmayaq: bir qızın həyatını qorumaq — cəmiyyətin gələcəyini qorumaq deməkdir.

A.Zeynalov 

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyun 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri