Qlasner adını Kristal Pelas tarixinə yazdırıb ayrıldı
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünən Konfrans Liqasında mövsümə yekun vuruldu. Almaniyanın Leyptsiq şəhərində ''Kristal Pelas'' ilə ''Rayo Valyekano'' qarşılaşdı.
"Football-plus.az" xəbər verir ki, hər iki klub tarixinin ilk avrokubokunu qazanmaq üçün meydana çıxmışdı. 51-ci dəqiqədə Jan-Filipp Matetanın vurduğu qol görüşdə yeganə oldu. Avropa Liqasını qazanan ''Aston Villa''nın ardından, ''Kristal Pelas'' da Konfrans Liqasının qalibi oldu.
Mayın 30-da 'Çempionlar Liqasında ''Arsenal'' da PSJ-ni üstələsə, bu mövsüm hər üç avrokubok ingilislərə qismət olacaq. Oliver Qlasnerin London təmsilçisindəki macərası gözəl şəkildə yekunlaşdı. Bu məşqçi ilə ötən il tarixində ilk dəfə ölkə kubokunu və tarixində ilk dəfə ölkə superkubokunu qazanan ''Kristal Pelas'' indi də 120 illik tarixinin ilk avrokubokunu qazandı! 2024-ün fevralından baş məşqçi vəzifəsini icra edən avstriyalı mütəxəssis göründüyü kimi adını klub tarixinə qızıl hərflərlə yazdırdı. Amma o hələ yanvarda bildirmişdi ki, ''Kristal Pelas'' ilə yeni müqavilə imzalamayacaq və yayda klubdan ayrılacaq.
51 yaşlı mütəxəssis daha öncə Frankfurt ''Ayntraxt''ının başında da Avropa Liqasını qazanmışdı. Ümumilikdə ''Kristal Pelas'' onun dönəmində keçirdiyi 121 rəsmi oyundan 53 qələbə, 33 heç-heçə, 35 məğlubiyyətlə ayrılmış oldu. İstanbul nəhənglərinin də hədəfində olan Qlasnerin yeni klubu böyük maraq doğurur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 28 May 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















