Qlazqo və Aberdində ilk dəfə səyyar konsulluq xidmətləri göstərilib
Icma.az bildirir, Azertag portalına istinadən.
London, 19 may, AZƏRTAC
Şotlandiyanın Qlazqo və Aberdin şəhərlərində yaşayan azərbaycanlılar üçün ilk dəfə səyyar konsulluq xidmətləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Londondakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirlər 17-18 mayda baş tutub.
Səyyar konsulluq xidməti çərçivəsində soydaşlar pasportların verilməsi və dəyişdirilməsi, qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsi, vətəndaşlıq və doğumun qeydiyyatı, arayışların verilməsi və konsulluq qeydiyyatı kimi xidmətlərdən yararlanıblar.
Bundan əlavə, vətəndaşların konsulluq-hüquq məsələləri ilə bağlı sualları da cavablandırılıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:Qlazqo və Aberdində soydaşlarımız üçün ilk dəfə səyyar konsulluq xidmətləri göstəriləcək
14 May 2025 14:58
Azərbaycanın milli rəqsləri Aberdində tanıdılıb
01 İyun 2025 16:39
Azərbaycan vətəndaşlarına pasport və digər konsulluq xidmətləri göstərilib
02 Dekabr 2024 15:14
Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib
28 Sentyabr 2026 15:41
Türkmənistanda Azərbaycan vətəndaşlarına pasport və digər konsulluq xidmətləri göstərilib
02 Dekabr 2024 15:13
Baxış sayı:188
Bu xəbər 19 May 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















