Icma.az
close
up
RU
Qlobal Bakı Forumu və Bakıdan dünyaya verilən sülh mesajı

Qlobal Bakı Forumu və Bakıdan dünyaya verilən sülh mesajı

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycan on ildən artıq müddətdir ki, qlobal məsələlərin müzakirə edildiyi mərkəz funksiyasını yerinə yetirir. Ölkə paytaxtı təkcə siyasi deyil, eyni zamanda humanitar, mədəniyyət, dinlərarası dialoq funksiyası rolunu oynayır. Qlobal Bakı Forumu da məhz bu qəbildən olan beynəlxalq platformalardan biridir. Ötən 13 il ərzində sözügedən formatda keçirilən müzakirələr, irəli sürülən təşəbbüslər, ən əsası həmin təşəbbüslərin təkcə regional, deyil eləcə də beynəlxalq səviyyədə ciddi dəstək görməsi onu deməyə əsas verir ki, Qlobal Bakı Forumu qısa müddətdə beynəlxalq miqyasda nüfuz qazanmış platformalardan birinə çevrilib. Forumun əsas məqsədi müxtəlif ölkələrin siyasi və ictimai xadimləri arasında dialoqu inkişaf etdirmək, qlobal problemlərin həlli yollarını müzakirə etmək və dövlətlər arasında əməkdaşlığı gücləndirməkdir.
Bu forumun mühüm xüsusiyyətlərindən biri də burada dünyanın müxtəlif regionlarını təmsil edən tanınmış siyasətçilərin və ekspertlərin iştirak etməsidir. Bu günlərdə Bakıda baş tutan XIII Qlobal Bakı Forumu da qeyd edilən istiqamətdə dinamikliyi ilə seçilirdi. Əgər 2013-cü ildə keçirilən ilk forumda cəmi 200-ə yaxın iştirakçı var idisə, XIII Forumda iştirakçı sayı artıq 400 nəfərə çatmışdı. Bu da Qlobal Bakı Forumuna olan qlobal marağın artmasının təzahürüdür.
Bir qayda olaraq qlobal miqyasda mövcud olan problemlərin həllinin müzakirə edildiyi platforma kimi tanınan Qlobal Bakı Forumunun sayca XXIII toplantısı da ənənəsinə sadiqliyi ilə seçilirdi. Forum “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuşdu ki, bu da günümüz üçün olduqca aktualdır. Elə Azərbaycan Prezidenti İlham Əliyev də forumun açılış mərasimində çıxışı zamanı bu məqama xüsusi diqqət ayıraraq bildirdi ki, dünyada hazırda baş verənlər – yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Cənab Prezident qeyd etdi ki, bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Çünki dövlət başçısının qeyd etdiyi kimi beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur.
Qlobal Bakı Forumunun əsas müzakirə mözularından biri də enerji təhlükəsizliyidir. Bildiyimiz kimi bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyində mühüm faktor rolunu oynayır. Ayrı-ayrı dövlətlərin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rol oynanması ölkəmizə olan marağın artmasını şərtləndirən amillərdəndir. Çünki Azərbaycan Prezidentinin forumda çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycanın enerji siyasəti əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır:
“Xüsusilə indi paylaşa biləcəyimiz digər vacib bir təcrübə enerji təhlükəsizliyidir, hansı ki, hazırda müəyyən dərəcədə pozucu təsir göstərir. Biz görürük ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır. Çünki bir çox ölkələrin, neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çökdükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar. Buna görə də biz OPEC+ formatının məsuliyyətli üzvü olaraq, tarazlı və proqnozlaşdırılabilən neft qiymətinin tərəfdarıyıq, ortaq həllin tapılmasına böyük səylər göstərmişik və OPEC+-dakı vasitəçilik fəaliyyətimiz yüksək qiymətləndirilir”.
Qlobal Bakı Forumunda prezidentin diqqət yetirdiyi mühüm məqamlardan biri də Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar oldu. Dövlət başçısı bir daha Bakının sülhə sadiq olduğunu qeyd etməklə həm də bu beynəlxalq platformadan dünyaya sülh mesajı vermiş oldu. Çıxış zamanı Prezident regionda sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğuladı. O bildirdi ki, Cənubi Qafqaz regionunda davamlı sülhün təmin olunması bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edir:
“İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur”.
Bir sözlə, Qlobal Bakı Forumu bu dəfə də həm müzakirəyə çıxardığı məsələlərin zənginliyi və aktuallığı, həm də regional və qlobal təhlükəsizliyə xidmət, dünyada sülhün əldə olunmasını təşviq edən təşəbbüslərin irəli sürülməsi və dəstək görməsi ilə yadda qaldı.
İlham Məmmədov, Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Mart 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri