Icma.az
close
up
RU
Qlobal bazara Azərbaycan məhsulları: ABŞ yə yumurta, Çinə toyuq ayağı

Qlobal bazara Azərbaycan məhsulları: ABŞ yə yumurta, Çinə toyuq ayağı

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək. Belə ki, Azərbaycandan Çinə toyuq ayaqları məhsulunun idxalına icazə alınıb. Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib. O qeyd edib ki, məhsulların Çin bazarlarına idxalı üçün xüsusi icazələr lazımdır. "Bu prosedurları Çin tərəfindən aidiyyəti qurumlar təsdiq etməlidir. Potensialları müəyyənləşdirilən məhsulların siyahısı çıxarılır və AQTA tərəfindən müraciət olunur. Hazırda icazəsi olan toyuq ayaqları məhsullarıdır. Bu, Çində böyük idxal potensialı olan bir məhsuldur. Artıq toyuq ayaqlarının ixracına Çindən icazə alınıb".

Nəzərə alaq ki, bir müddət əvvəl də ABŞ-yə yumurta ixrac etməyə başlamışıq. İndi isə Çinə toyuq ayağı ixrac edəcəyik. Bunları Azərbaycan quşçuluq sənayesinin uğuru kimi qiymətləndirmək olarmı? Bu sahədəki potensialımız nə qədərdir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Bu il otuz milyon yumurta ixrac etmişik"

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, quşçuluq ölkəmizdə ən dinamik inkişaf edən sahələrdəndir: "Bunun əsas səbəblərindən biri hər zaman bu sahəyə diqqət və dəstəyin göstərilməsidir. Dünyada ən ucuz süfrə yumurtası satılan ölkələr arasında ilk beşlikdəyik. Toyuq əti ilə bağlı da regionda ən ucuz ölkəyik. Keçən il süfrə yumurtası ixracımız 100 milyon ədədin üzərində idi. O dövrdə Rusiya və Yaxın Şərq ölkələrinə satış edirdik. Bu il isə Yaxın Şərq ölkələrinə və ABŞ-yə yumurta ixrac etdik. Bu ilin altı ayı ərzində 30 milyondan çox yumurta ixrac etmişik. İl sonuna kimi də ixrac davam edəcək".

"Bir sıra ölkələrlə danışıqlar aparılır"

M.Həsənli bildirib ki, gələcək illərdə quşçuluq sənayesi məhsullarının ixracını daha da artıra biləcəyik: "Ölkəmiz dünyada quş qripindən azad zona elan edilib. Bundan sonra digər dünya dövlətlərinin məhsullarımıza marağı artıb. Hazırda Afrika ölkələri - Sudan, Somali və digər bazarlarla da əlaqələr yaratmışıq. Sənədləşmə işləri gedir. Avropa ölkələrindən İtaliya və Polşada ət satışı ilə bağlı sənədləşmə işləri aparırıq. Yaxın gələcəkdə oraya həm toyuq əti, həm də yumurta ixrac edəcəyik. Hansı ölkələrdə məhsulumuza tələbat varsa, həmin ölkələrə satış axınımız olur. Məsələn, keçən il Rusiyada yumurta qıtlığı yarandığı üçün daha çox oraya ixrac etdik. Bu il ABŞ quş qripi xəstəliyi yaşadığından yumurta istehsalı azaldı. O səbəbdən oraya yumurta ixrac etməyə başladıq".

Sədr Çinə toyuq ayağı ixracımızdan da danışdı: "Çinə təkcə toyuq ayağı deyil, gələcəkdə toyuq əti ixracımız üçün də sənədləşmə işləri aparırıq. Toyuq ayağı ixracı üçün Çin tərəfindən icazə verilib. Hazırda akkreditasiya işləri gedir. Yaxın bir-iki həftə ərzində sənədləşmə bitdikdən sonra ixraca başlayacağıq. Bu, bizim üçün yeni bazardır. Hazırda ölkəmizdə gündəlik 300-350 min ədəd toyuq kəsilir. Həmin toyuqların ayaqları göndəriləcək".

"Çinlə birbaşa öz bazarımız yaranacaq"

M.Həsənlinin sözlərinə görə, əvvəl Çinə bu məhsulu başqa ölkələrdən göndərirdik, hazırda özümüz ixrac edəcəyik: "Bu məhsulu çox ucuz qiymətə satırdıq. Rusiya, Vyetnam üzərindən Çinə göndərirdik. Bu zaman həmin ölkələrin məhsulu hesab olunurdu. Hazırda isə Çinlə birbaşa öz bazarımız yaranacaq. Çinin bizim quşçuluq bazarına açılması gələcək üçün həm ixrac potensialımızın, həm də istehsalımızın genişlənməsində böyük təkan olacaq".

"Məhsulumuz rəqabətqabiliyyətli olmalıdır"

İqtisadçı Pərviz Heydərov da düşünür ki, bazarlarımız genişləndikcə, iqtisadiyyatımız güclənəcək: "Əgər Çin bazarına açılmaq kimi imkan yaranıbsa, fərqi yoxdur hansı məhsul satılacaq. Bu, ölkəmiz üçün çox böyük uğur hesab oluna bilər. Çünki bu, sahənin inkişafına böyük töhfə verəcək. Bu, ölkəmizə əlavə valyuta gəliri deməkdir. Həmin valyuta ilə bu sahəyə investisiya da cəlb edə bilərik".

P.Heydərovun sözlərinə görə, bu sahənin ixrac potensialını artırmaqla yerli istehsalın da böyüməsinə nail ola bilərik: "Yerli istehsalı inkişaf etdirmək üçün dövlət dəstəyi çox önəmlidir. Xarici bazarlara çıxmaq imkanlarına malik olmalıyıq. Yerli məhsullarımız Avropa, Asiya, yaxın qonşu ölkələrə ixrac olunmalıdır. Yaxın Şərq ölkələri çox yaxşı bazardır. Filippin, Vyetnam kimi ölkələrə də ixrac potensialımız mövcuddur. Bunun üçün məhsulumuz rəqabətqabiliyyətli, keyfiyyətli olmalıdır. Xarici bazarları öyrənməliyik".

Daxili bazara da müsbət təsir edəcək

İqtisadçının fikrincə, digər ölkələrlə də belə razılaşmalar əldə etməliyik: "Bu, qarşımıza qoyduğumuz hədəf olmalıdır. Yalnız bundan sonra yerli istehsalı inkişaf etdirə bilərik. Çünki təkcə həmin sahəyə valyuta ayrılması ilə, dövlət proqramları təşkil etməklə tam inkişafa nail olmaq mümkün deyil. Stimullaşdırıcı amil bu cür kanalların artırılmasıdır. Yalnız kanallarımızı genişləndirməklə, müxtəlif məhsullar ixrac etməklə yerli istehsalın inkişafına nail olacağıq. Yerli istehsal artdıqca, daxili bazarda da öz məhsullarımız çoxluq təşkil edəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 İyun 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri