Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

ABŞ nin Venesuelaya hücumu qlobal bazara necə təsir edəcək? Azərbaycan neftinin qiyməti...

ABŞ nin Venesuelaya hücumu qlobal bazara necə təsir edəcək? Azərbaycan neftinin qiyməti...

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi və bu ölkənin neft ehtiyatlarına nəzarət planları qlobal enerji bazarlarında ciddi müzakirələrə səbəb olub. Xüsusilə də bu proseslərin neft ixracatçısı olan ölkələrə, o cümlədən Azərbaycana təsiri diqqət mərkəzindədir. Hesab edilir ki, Venesuela neftinin bazara daha aktiv şəkildə çıxarılması qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər. Digər yanaşmaya görə isə geosiyasi risklərin artması əksinə, bazarda qeyri-müəyyənlik yaradaraq neftin dəyərini qoruyan və ya yüksəldən amil kimi çıxış edə bilər.
Maraqlıdır, baş verən son hadisələr fonunda neftin qiymətində hər hansı dəyişiklik ola bilərmi?
Məsələ ilə bağlı News24.az-a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirib ki, Venesuela neftinin çıxarılmasının sürətləndirilməsi, idarə edilməsi və ixracının yenidən təşkili üçün yerli hökumətin bir sıra qanunlara dəyişikliklər etməsi lazımdır:
"Ümumilikdə isə ABŞ şirkətlərinin Venesuelanın neft sənayesində aktivliyi üçün aralıq deyil, legitim hakimiyyətin qərarları lazımdır. Təbii ki, buna da müəyyən zaman tələb olunur. Venesuela hazırda gündəlik olaraq ortalama 900 min barel neft istehsal edir, amma ixraca yönəldilən həcmlər 700 min bareldən aşağıdır. Bu, dünya bazarı üçün çoxdur ya az? Hazırda dünyada gündə 103 mln bareldən çox neft hasil edilir. Yəni ümumi hasilatda Venesuelanın payı cəmi 0,87% ətrafındadır".

Ekspert qeyd edib ki, Venesuela neftinin 85%-i cəmi bir ölkəyə - Çinə ixrac edilir, digər 5%-i Kubaya yönəldilir:

"Bu da Venesuelaya qarşı ABŞ sanksiyalarının təsirindən qaynaqlanır. Yəni real olaraq digər ölkələrə təqribən günlük 70 min barel neft satılır. Bu da çox cüzi bir həcmdir. Venesuela neftinə dünya bazarında elə bir tələbat da olmayıb, çünki ağır, yüksək kükürdlü neftin bazarda alıcıları çox deyil, bunun üçün məhz ağır neftin emalı üçün nəzərdə tutulan neft emalı zavodları olmalıdır. Ona görə də Venesuela nefti xeyli ucuz qiymətə satılan neft markası hesab edilir".

İlham Şabanın sözlərinə görə, qısa müddətdə Venesuela neftinə qarşı sanksiyalar götürülsə, ABŞ şirkətləri orada işlərə cəlb edilsə belə, hasilatı cari ilin ortasında cəmi 25-30% artırmaq mümkündür:

"Bu isə qlobal bazar üçün təsir gücü olan bir həcm deyil. Mən istisna etmirəm ki, bu həftə neft qiymətləri azalmağa başlayacaq, çünki Venesuela hadisələrinin bazara emosional təsiri bir reallıqdır, amma müvəqqəti xarakter daşıyacaq amildir. Çünki bazarlarda vəziyyətə daha çox OPEC+ ölkələrinin çıxardığı qərarlar və atdığı addımlar da təsir edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Yanvar 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see177

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri