Icma.az
close
up
RU
Qlobal Cənub Gənclər Platformasına dörd yeni ölkə üzv olub

Qlobal Cənub Gənclər Platformasına dörd yeni ölkə üzv olub

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Qlobal Cənub Gənclər Platforması: Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu" adlı beynəlxalq konfransda baş tutmuş birinci rəsmi iclas çərçivəsində platformanın fəaliyyət istiqamətləri, gələcək prioritetləri və beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı mühüm qərarlar qəbul olunub.

Moderator.az xəbər verir ki, dörd yeni ölkə platformaya üzv qəbul edilib və üzv ölkələrin sayı 20-yə çatıb. Yeni üzvlər sırasında Boneyr, Sen-Martin, Seneqal və Misir yer alırlar.

Bununla yanaşı, yeni üzv olan ölkələrin qoşulması ilə platformanın daha da böyüməsi gözlənilir.

İştirakçılar çıxışlarında üzv ölkələr arasında davamlı və səmərəli əməkdaşlığın qurulmasının vacibliyini qeyd ediblər. Eyni zamanda, bildirilib ki, real nəticələrə gətirib çıxaran layihələrin həyata keçirilməsi platformanın əsas fəaliyyət istiqamətlərindən biri olacaq. Bu baxımdan, praktik və funksional addımlar atmaqla üzv ölkələrin və dənizaşırı ərazilərin maraq və prioritetləri nəzərə alınaraq daha səmərəli formada onların iştirakı nəzərdə tutulur.

Həmçinin platformanın fəaliyyətinin növbəti mərhələsi üzrə prioritet istiqamətlər və gələcək fəaliyyət planı müəyyənləşdirilib. Müzakirələr zamanı üzv ölkələrin gəncləri arasında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi, eləcə də bu əməkdaşlığın institusional səviyyədə inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb.

Platformanın fəaliyyət planında beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti insitutları ilə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu əməkdaşlığın platformanın beynəlxalq nüfuzunun artırılmasına, gənclərin beynəlxalq səviyyədə qərarların qəbul edilməsi proseslərində iştirakının genişlənməsinə, həmçinin birgə layihə və təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcəyi qeyd edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 May 2026 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri