Icma.az
close
up
RU
Abubakar Neftçi nin bu durumdan çıxması üçün ümidi ola bilər MÜSAHİBƏ

Abubakar Neftçi nin bu durumdan çıxması üçün ümidi ola bilər MÜSAHİBƏ

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Neftçi"nin sabiq futbolçusu Erik Fabian Ramos Sportal.az saytına müsahibə verib.

- “Neftçi”nin bu mövsümkü çıxışını yəqin izləyirsən. Komanda kənardan necə görünür?

- Bəli, “Neftçi”ni hər zaman olduğu kimi yenə də izləyirəm. Mənim üçün doğma klubdur. Turnir cədvəlindəki mövqeyi ürəyimcə deyil, amma mövsüm yeni başlayıb. Görək də, necə olacaq.

- Bəs, Vensan Abubakarın tranferini necə qarşıladın?

- "Neftçi"nin yeni transferi təqdimata ehtiyacı olmayan futbolçudur. Abubakarın zəngin və gözəl karyerası var. Bilirəm ki, debüt görüşündə də artıq qolunu vurub. Abubakar  "Neftçi"nin bu durumdan çıxması üçün ümidi ola bilər.

- Həmyerlin olan Ortizin performansını necə dəyərləndirirsən?

- Mənə görə Ortiz start heyətinin futbolçusu olmalıdır. O, çox maraqlı oyunçudur. Ortizə lazım olan inamı verməlisən. Mütləq şəkildə onun səviyyəsi daha yüksəkələcək. Hər oyun epizodunda daha yaxşı bacarığını göstərir.

- "Qəbələ” ilə matçda Abubakara asist etdi. Sanki tez bir zamanda bir-birini yaxşı başa düşməyə başlayıblar...

- Maraqlı bir duet olardı, Ortizlə Abubakar. Bəli, oyunu izləyirdim, Abubakara yaxşı asist etdi. Dediyim kimi, ona inam verməlisən, şans yaratmalısan. Ümid edirəm ki, bu qələbədən sonra “Neftçi” ardıcıl oyunlarda qalib gəlməyə, ilk yerlər uğrunda mübarizə aparmağa başlayacaq. Çünki zamanı da yetişib.

- Emil Mpenza transfer edildi və “Neftçi” çempion oldu. Keysuke Hondanın gəlişi də komandaya çempionluq gətirdi. İndi isə Vensan Abubakar komandaya cəlb edilib. “Neftçi”nin yenidən çempionluğunu gözləmək olar? Sanki tanınmış futbolçuların transferi komandaya çempionluq gətirir. Təsadüfdür, yoxsa tanınmış futbolçuların çempionluqda payı daha çoxdur?

- Mənim üçün bu, sadəcə təsadüfdür. Amma təcrübəli oyunçular gəlib “Neftçi” ilə çempion olurlarsa, çox xoş qarşılanır. A sinifində olan tanınmış futbolçuya sahib olmaq da, çox vacibdir. Üstəlik, komandanın qol vuran oyunçusu varsa, hər şey daha asandır. 

- Yəni, “Neftçi”nin Abubakar transferindən sonra daha güclü olacağını düşünürsən....

- Bəli. Bunu ilk oyunda da gördük. “Qəbələ” ilə oyuna sonradan daxil oldu və lazım olanı etdi. Fikrimcə, Abubakar "Neftçi"nin ehtiyacı olduğu forvarddır. Daha da yaxşı olacaq. 

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://sportal.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri