“Qeybət olan verilişlərə getmirəm, özümü orada görmürəm, camaat bezib...” FOTO+ÖZƏL
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
““Zəfər əsgəri” mahnım Hot Playlistdə birinci yerdədir. 2 həftə öncə mənim bəstəm “Səni görəndə” birinci yerdə idi. Bu o deməkdir ki, bazarda alternativ musiqidə ciddi boşluqlar var və alternativ musiqiyə ehtiyac var. Belə ki, “Səni görəndə” blyuz, “Zəfər əsgəri” isə rok janrındadır. Hər ikisi bizə əcnəbi və yad olmasından asılı olmayaraq öz boşluğunu doldurdu. Bu o deməkdir ki, camaat bezdi psevdo arabesk kraliçalarından. 21-ci əsrdəyik. İnsanlar artıq ciddi və keyfiyyətli musiqilərlə maraqlanırlar”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elnarə Xəlilova deyib.
O, daha sonra 3 notdan ibarət mahnıların çox olduğunu bildirib:
“Biz hamıdan musiqiçi olmağını nə gözləyə, nə də tələb edə bilərik. Birdəfəlik istifadə üçün yararı olan kimidirlər. Tez yeyilib, tez də həzm olunub unudulurlar. Sənət isə heç vaxt ölmür. 50 il də keçsə yaşayır. İllərini sənətə həsr edən sənətkarların əksəriyyəti də bəsit mahnılar oxuyur. Bu onların seçimidir. Biz bura qarışa bilmərik. Gücümüz yalnız özümüzə çata bilər. Çox istərdim həmkarlarımda da bizim tək yaradıcılıq mərkəzlərində çox uğurlu layihələr etmək imkanı olsun. Onda tərəzinin gözü nisbətən ağır gələcək” deyə o bildirib.
Müğənni efirlərə az çıxmasının səbəblərindən də danışıb:
“Get-gedə efirlərə çıxmağım azalır. Ancaq peşəkar aparıcılarımızın haqqını yemək olmaz. Onların da üzünə söyləyirəm canlı yayında ki, necə gözəl və səlis Azərbaycan diliniz var. Mən özümü qeybət formatında olan heç bir verilişdə görmürəm. Məni görmək istəyən, dinləmək istəyən sənətimi sevməlidir. Mənim sənətim isə - hal-hazırda gördüyüm işlərim, layihələrim və günlərlə ölkə birinciliyini qoruyub saxlayan tələbələrimdir” deyə Elnarə Xəlilova bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 28 Oktyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















