Icma.az
close
up
RU
İrəvanda parlament terroru və Koçaryanın izləri

İrəvanda parlament terroru və Koçaryanın izləri

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

1999-cu il qətliamı ölkədə dövlət suverenliyinin itirilməsinin başlanğıcı kimi qiymətləndirilir

1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilən terror aktının 26-cı ildönümü tamam oldu. Hər il olduğu kimi, bu il də ölkənin baş naziri Nikol Paşinyan həlak olanların xatirəsinə parlamentin parkında ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstəsi qoyub. Paşinyanı Milli Assambleyanın sədri Alen Simonyan və prezident Vaaqn Xaçaturyan müşayiət edib.

27 oktyabr terroru ölkə tarixinin ən qaranlıq səhifələrindən biridir. Eyni zamanda, həmin hadisə Ermənistanın siyasi sistemində dərin iz buraxmış faciə kimi yadda qalıb. Terror aktı ölkədə uzunmüddətli siyasi qeyri-sabitliyin əsasını qoyub və hakimiyyət strukturunda ciddi dəyişikliklərə səbəb olub.

Hadisənin izi ilə...

Həmin gün parlamentin növbəti iclasında – sual-cavab mərhələsindən əvvəl maliyyə naziri Levon Barxudaryan kürsüdə olarkən silahlı şəxslər zala soxulublar. Onlar parlament üzvlərindən mobil telefonlarını söndürmələrini və yerə uzanmalarını tələb ediblər. Şahidlərin sözlərinə görə, terrorçular çox həyəcanlı vəziyyətdə olublar və dövlət çevrilişi etdiklərini bildiriblər. Yaraqlıların “qlavar”ı Nairi Unanyan baş nazirə yaxınlaşıb “Qanımızı içməyi dayandırın” deyə qışqırıb. Baş nazir isə sakitcə “Hər şey sizin və övladlarınızın gələcəyi üçün edilir” deyə cavab verib. Unanyan daha sonra atəş açıb.

İclasda iştirak edən jurnalistlərin sözlərinə görə, atəş baş nazir Vazgen Sarkisyana və Milli Assambleyanın sədri Karen Dəmirçyana yönəlib. Onların hər ikisi öldürülüb. Hücum zamanı Milli Assambleyanın sədr müavinləri Yuri Baxşyan və Ruben Miroyan, operativ məsələlər üzrə nazir (baş nazirin müavini vəzifəsini icra edən) Leonard Petrosyan, deputat Armenak Armenakyan və Ermənistan Milli Elmlər Akademiyasının akademiki, deputat Mikael Kotanyan qətlə yetirilib. Hücum zamanı parlament binasında olan digər deputat, “Hayastan” qəzetinin redaksiya şurasının sədri Henrik Abramyan ürək tutmasından ölüb. Atəş səsləri parlament binasının yaxınlığındakı küçələrdə də eşidilib. Yarım saat sonra adamlar parlament binasına axın edib və təcili yardım və polis maşınları gəlməyə başlayıb. Bina daxili qoşunların bölmələri ilə əhatə olunub. Milli Assambleyanın zalında təxminən 50 parlament və hökumət üzvünü girov saxlayan terrorçular danışıqlar üçün ölkənin o dövrdəki prezidenti Robert Koçaryanın şəxsən onların yanına gəlməsini tələb ediblər.

Terrorçuları başçısı N.Unanyanın keçmiş jurnalist və Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” partiyasının keçmiş üzvü olduğu məlum olub. O, 1988–1990-cı illərdə tələbə hərəkatının fəalı olub və Qarabağ hərəkatının başlanğıcında gənclərin tətil və nümayişlərində iştirak edib. Tələb yerinə yetirilib və Unanyanla Koçaryan arasında birbaşa danışıqlar başlayıb. Terrorçuların iki tələbi var idi: canlı yayıma çıxmaq, ikincisi isə onlara təslim olmaq imkanının yaradılması və ədalətli mühakimə təminatının verilməsi.

Oktyabrın 28-də girovların parlament binasından azad edilməsinə başlanılıb. Silahlı qrupun üzvləri həbs olunaraq Ermənistan Milli Təhlükəsizlik Nazirliyinə aparılıblar. Terrorçular nazirliyin istintaq təcridxanasında saxlanılıblar. Nairi ilə yanaşı dəstəyə onun kiçik qardaşı Karen Unanyan, eləcə də Eduard Qriqoryan, Vram Qalstyan və Derenik Becanyan daxil idi. Ermənistan Baş Prokurorluğu Cinayət Məcəlləsinin 61-ci maddəsi (terror aktı) ilə cinayət işi açıb. İlkin istintaqı prokurorluğun istintaq idarəsi aparıb.

R.Koçaryanın 28 oktyabr tarixli fərmanı ilə onun özünün rəhbərlik etdiyi dövlət komissiyası yaradılıb. Onun digər fərmanı ilə oktyabrın 29-dan 31-dək matəm günü elan edilib.

Əsas versiya: Koçaryanın, yaxud yaxın ətrafının sui-qəsdi

Terror aktının törədilyi gecədən başlayaraq Ermənistan prezidenti R.Koçaryanın sui-qəsdin və hakim blok liderlərinin öldürülməsinin təşəbbüskarı olduğu barədə şayiələr sürətlə yayılmağa başladı. Nairi Unanyanın verdiyi ifadəyə əsasən, prezidentin müşaviri Aleksan Arutyunyan dekabrın 16-da həbs edilib, ardınca Koçaryanın bir neçə digər tərəfdarı da həbsə atılıb. Koçaryanın özü terror aktında iştirak etməkdə açıq şəkildə ittiham edilib. Yeni təyin olunmuş baş nazir Aram Sarkisyan, baş nazirin müavini Vaan Şirxanyan, mərhum spikerin oğlu Stepan Dəmirçyan və bir neçə digər yüksək vəzifəli siyasətçi mətbuat konfranslarında prezidentə və onun tərəfdarlarına qarşı açıq-aşkar ittihamlar irəli sürüblər. Rəqiblərinin səhvlərindən tədricən istifadə edən Koçaryan hakimiyyətini möhkəmləndirməyi bacarıb. Lakin parlamentdəki qətliamın təşkilatçıları arasında Unanyanın qrupundan kənar şəxslərin olub-olmadığı sualı açıq qalır. Ermənistanda bir çoxları baş vermiş cinayətin arxasında R.Koçaryanın dayandığına inanır.

2003-cü ilin sonlarında İrəvan məhkəməsi yeddi nəfəri təqsirkar bilib. Onlardan heç biri peşman olmadığını bildirib. Üstəlik, hərəkətlərinin baş nazirin istefasını və Ermənistanı fəlakətdən qurtarmağı tələb etmək məqsədi daşıdığını iddia ediblər. Təqsirləndirilən 6 şəxs – Nairi, qardaşı Karen, Eduard Qriqoryan, Vram Qalstyan, Derenik Becanyan və Aşot Knyazyan ömürlük həbs cəzasına məhkum edilib. Hamlet Stepanyan 14 il həbs cəzası alıb. Hakim Samvel Uzunyan bildirib ki, əgər Ermənistan Avropa Şurası qarşısında öhdəliklər götürməsəydi, təqsirləndirilən şəxslər ölüm cəzasına məhkum ediləcəkdilər.

27 oktyabr 1999-cu il separatçılara qapı açdı

Ermənistanın hazırkı hakimiyyəti 1999-cu il oktyabrın 27-də baş vermiş terror aktının məsuliyyətini əsasən o dövrün rəhbərliyində olan R.Koçaryan üzərində görür. Paşinyan komandasının mövqeyinə görə, həmin faciə təkcə terror aktı deyil, həm də avtoritar sistemin nəticəsi idi. Hakim dairələr hesab edirlər ki, Koçaryanın siyasi ambisiyaları və güc mərkəzlərini şəxsi nəzarətə almaq istəyi bu faciəni mümkün edib. Rəsmi İrəvanın ritorikasında 27 oktyabr hadisəsi Koçaryan rejiminin kölgəsində baş vermiş “dövlət çevrilişi” kimi təqdim olunur. Paşinyan tərəfdarları iddia edirlər ki, həmin qətllərdən sonra Koçaryan faktiki olaraq bütün hakimiyyəti öz əlində cəmləşdirib. Buna görə də hazırkı hökumət və erməni xalqı üçün 27 oktyabr təkcə bir faciə deyil, həm də keçmiş rejimin simvoludur. Beləcə, Paşinyan hakimiyyəti üçün 27 oktyabr hadisəsi Koçaryan sisteminin formalaşmasının başlanğıcı kimi qiymətləndirilir.

Bu çərçivədə Ermənistan hökumətinə yaxınlığı ilə seçilən “Baqramyan 26” teleqram kanalının dünənki paylaşımı da maraq doğurur: “26 il əvvəlin bu günündə həm Ermənistan Respublikasının inkişaf planını, həm də mənəvi inkişafımız baxımından tariximizi dəyişdirən iki faciəvi hadisə baş verdi. Bir qrup alçaq Ermənistan Respublikası parlamentini gülləbaran edərək ölkəmizin inkişaf vektorunu müstəqillik və güclənmə kursundan Rusiyaya tam tabeçiliyə və vassal asılılığa doğru tamamilə dəyişdirdi. Bütün ermənilərin katolikosunun taxt-tacı şeytanın xidmətçisi və xarici kəşfiyyat xidmətlərinin agenti tərəfindən qəsb edildi. O, Rəbbimizin Allahdan qorxan xidmətçilərini çıxdaş etməklə müqəddəs kilsəmizin dağıdılmasına başladı və özünü “nataşalar” və oğrularla əhatə etdi. Təəssüf ki, Ermənistan və bütün erməni xalqı üçün 28 oktyabr hələ gəlməyib”.

Bu istiqamətdə fikirlərini XQ ilə bölüşən politoloq Ramiyə Məmmədova bildirdi ki, “Baqramyan 26”nın paylaşımı Ermənistanın siyasi və dini müstəvisində baş verənlərin təkcə keçmişə deyil, bu günə də yönəlmiş simvolik dəyərləndirmədir. Onun sözlərinə görə, paylaşımın məzmunu göstərir ki, Paşinyan hökumətinə yaxın çevrələr 27 oktyabr faciəsini yalnız terror hadisəsi kimi deyil, ölkənin geosiyasi istiqamətinin zorla dəyişdirilməsi kimi təqdim edirlər: “Yəni onların baxışına görə, həmin gün Ermənistan müstəqillik və suverenlik yolundan çıxarılaraq Rusiyanın təsir orbitinə salınıb. “Bir qrup alçaq” ifadəsi ilə təkcə parlamentə hücum edən terrorçular deyil, həm də o hadisədən siyasi qazanc götürən qüvvələr nəzərdə tutulur. Bu, dolayısı ilə Robert Koçaryan və onunla bağlı elitanın ünvanına yönəlmiş açıq ittihamdır. Paylaşımda dini kontekstdə səslənən fikirlər isə təsadüfi deyil. Burada II Qareginin katolikosluq dönəminə və onun hakimiyyətlə əlaqələrinə işarə edilir. “Şeytanın xidmətçisi” və “xarici kəşfiyyat agenti” ifadələri son illər kilsə rəhbərliyinin ictimai etimadının ciddi şəkildə sarsıldığını göstərir. “28 oktyabr hələ gəlməyib” cümləsi isə simvolik xəbərdarlıqdır. Yəni cəmiyyət hələ də 27 oktyabrın yaratdığı mənəvi və siyasi fəsadlardan xilas olmayıb”.

Politoloq qeyd etdi ki, bu paylaşım həm də Paşinyan hakimiyyətinin mövcud kursunu haqlı göstərmək, keçmiş rejimləri isə Ermənistanın bugünkü tənəzzülünün səbəbkarı kimi təqdim etmək məqsədi daşıyır.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri