Icma.az
close
up
RU
Qlobal dəyişikliklər fonunda Azərbaycan Vyetnam əməkdaşlığının inkişafı ŞƏRH

Qlobal dəyişikliklər fonunda Azərbaycan Vyetnam əməkdaşlığının inkişafı ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 may, AZƏRTAC

Qlobal siyasi arxitekturanın yenidən formalaşdığı, yeni çoxqütblü dünya düzəninin daha da dərinləşdiyi bir dövrdə dövlətlər öz maraqlarını təmin etmək və beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün çoxvektorlu siyasət həyata keçirirlər. Dördüncü sənaye inqilabının yaratdığı yeni texnoloji çağırışlar, dəyişən iqtisadi-siyasi güc balansı ölkələrin daha çevik və əhatəli xarici siyasət aparmasını zəruri edir. Bu baxımdan, Azərbaycanın Avrasiya ölkələri, o cümlədən Vyetnam Sosialist Respublikası ilə münasibətləri xüsusi strateji önəm daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O qeyd edib ki, Azərbaycan və Vyetnam arasında dostluq münasibətləri 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri ilə qurulub. Daha sonra Ümummilli Lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində olarkən 1983-cü ildə Vyetnama səfəri bu münasibətlərin daha da möhkəmlənməsində əməli rol oynayıb.

“Ümumiyyətlə, Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlər 1992-ci il sentyabrın 23-də qurulub. İki ölkənin tarixən oxşar inkişaf yolu keçməsi, müstəqillik uğrunda mübarizə aparmaq və inkişaf etməkdə olan ölkə kimi beynəlxalq müstəvidə mövqe qazanmağa yönəlik fəaliyyəti onları əməkdaşlıq etməyə daha da yaxınlaşdırıb. Məhz bu ortaq təcrübə əsasında formalaşan münasibətlər bu gün də siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə davamlı olaraq inkişaf edir.

İkitərəfli münasibətlərin əsasını qarşılıqlı hörmət və bərabərlik prinsipləri təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnam Sosialist Respublikasına etdiyi rəsmi səfər əməkdaşlığın yeni mərhələyə keçidini təmin etdi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər zamanı bir sıra sahələr üzrə mühüm razılaşmalar əldə olundu, xüsusilə Azərbaycan sahibkarları üçün investisiya qoyuluşu ilə bağlı əlverişli şəraitin yaradılması müzakirə olundu.

Bundan əlavə, Vyetnam rəsmi şəxslərinin Azərbaycana səfərləri də diplomatik münasibətlərin möhkəmləndirilməsinə böyük töhfə verib. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti, hökumətlərarası komissiyanın yaradılması və ekspertlər səviyyəsində aparılan müzakirələr iki ölkə arasında praktiki əməkdaşlığın hüquqi və institusional əsaslarını formalaşdırıb”, - deyə deputat bildirib.

Azərbaycanın və Vyetnamın müxtəlif beynəlxalq platformalarda da uğurla əməkdaşlıq etdiklərini diqqətə çatdıran Məzahir Əfəndiyev əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda iki ölkə bir-birinin təşəbbüslərini dəstəkləyir, ortaq mövqelər nümayiş etdirirlər. Xüsusilə, Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrin maraqlarının qorunması istiqamətində apardığı prinsipial siyasət Vyetnam tərəfindən yüksək qiymətləndirilib.

“İqtisadi əlaqələrin dərinləşməsi də uğurla həyata keçirilir. Həm Azərbaycan, həm də Vyetnam bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı addımlar atırlar. Azərbaycanın neft-qaz sektorundakı təcrübəsi, nəqliyyat və logistika infrastrukturunun inkişafı, Vyetnamın isə sürətlə artan sənaye gücü və istehsal potensialı qarşılıqlı investisiya-texnologiya mübadiləsi üçün əlverişli zəmin yaradır.

Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfərinə gəlməsi yarım əsrdən artıq tarixə malik münasibətlərin yeni müstəvidə inkişaf edəcəyini deməyə əsas yaradır. Prezident İlham Əliyevin mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı qeyd etdiyi kimi, “Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq”.

Dövlətimizin başçısı müsahibə zamanı iki ölkə arasında münasibətlərin hər bir aspektinə toxunaraq, inkişafın nəinki iqtisadi sahədə, eyni zamanda, mədəniyyət, humanitar və təhsil sahələrində də müsbət dinamikasını vurğuladı.

Hər iki ölkənin zəngin mədəni irsi, qədim ənənələri və multikultural cəmiyyəti bu istiqamətdə əməkdaşlığın qurulmasında stimullaşdırıcı rol oynayır. Xüsusilə, Heydər Əliyev Fondunun əlaqələndirilməsi və təşkilatçılığı ilə təhsil sahəsində mühüm əhəmiyyət kəsb edən işlər görülüb”, - deyə M.Əfəndiyev vurğulayıb.

Azərbaycan-Vyetnam münasibətlərini regionlararası əməkdaşlığın uğurlu nümunəsi adlandıran deputat əlavə edib: “Müxtəlif mədəniyyətlərə, coğrafiyalara və tarixi təcrübələrə malik olmalarına baxmayaraq, iki ölkə arasında formalaşmış qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər hər zaman sülhün, təhlükəsizliyin, sabitliyin carçısı olan Azərbaycanın xalqlar arasında münasibətlərin inkişafına verdiyi dəyərin bariz nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektrolu xarici siyasət Azərbaycanın Asiya-Sakit okean regionu ilə, o cümlədən Vyetnamla əlaqələrinin daha da dərinləşəcəyini və yeni müstəvidə strateji tərəfdaşlığın yaranacağını ortaya qoyur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 May 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri