Icma.az
close
up
RU
Yeni sənədlər Azərbaycan Vyetnam strateji əməkdaşlığının praktiki müstəvidə genişləndirilməsinə zəmin yaradır ŞƏRH

Yeni sənədlər Azərbaycan Vyetnam strateji əməkdaşlığının praktiki müstəvidə genişləndirilməsinə zəmin yaradır ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 9 may, AZƏRTAC

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri dost ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə əsaslanan münasibətlərdə yeni səhifə açır. Səfər çərçivəsində Prezident İlham Əliyev və Baş katib To Lam tərəfindən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbulu ilə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu sənəd yeni təşəbbüslərin həyata keçirilməsi, birgə əməkdaşlıq üçün geniş imkanlar açır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

“1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərləri xalqlarımız arasında mehriban dostluq əlaqələrinin möhkəm təməlini qoyub. Vaxtilə Azərbaycan neftçiləri Vyetnamda neft sənayesinin qurulması və inkişafı istiqamətində böyük xidmətlər göstəriblər. Həmçinin Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində oxuyan vyetnamlı tələbələr ölkələrinin hərtərəfli inkişafına böyük töhfələr verirlər”, - deyə komitə sədri vurğulayıb.

Şahin İsmayılov bildirib ki, 2014-cü ildə Azərbaycan Prezidentinin Vyetnama və 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfərləri iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı maraqlara əsaslanan davamlı və dinamik əməkdaşlığın genişlənməsinə təkan verdi. Birinci Azərbaycan-Vyetnam biznes forumunun təşkili, siyasi məsləhətləşmələrin aparılması, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının iclaslarının keçirilməsi səmərəli əməkdaşlığın inkişafını təmin edib.

“Mətbuata bəyanatında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın əhəmiyyətini xüsusi vurğulayan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, birgə Bəyanat Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Beləliklə, hər iki ölkə siyasi, iqtisadi, enerji, mədəniyyət, təhsil, müdafiə, nəqliyyat və digər sahələrdə uzunmüddətli qarşılıqlı səmərəli əməkdaşlığı genişləndirmək niyyətindədir. Eyni zamanda, səfər çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərinə dair imzalanan sənədlər də yeni qurulan strateji tərəfdaşlığın praktiki müstəvidə genişlənməsinə əsaslı zəmin yaradır”, - deyə parlamentin komitə sədri vurğulayıb.

İmzalanan sənədlər sırasında enerji sektoruna dair mühüm sənədlərin olduğunu söyləyən Şahin İsmayılov qeyd edib ki, mövcud ənənələrə əsaslanaraq, bu sahədə qarşılıqlı səmərəli əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var. Bu xüsusda, qarşılıqlı investisiya qoyuluşu və bir sıra layihələrin birgə icrası mümkündür. Neft-qaz sektoru ilə yanaşı, bərpaolunan enerji sahəsi də əməkdaşlıq üçün yaxşı perspektiv vəd edir.

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiklərini qeyd edən Şahin İsmayılov deyib: “Azərbaycan ilə Vyetnam bütün istiqamətlərlə yanaşı, parlamentlər səviyyəsində də yaxşı əlaqələrə malikdirlər. Parlamentlərarası dostluq qrupları çərçivəsində münasibətlər, beynəlxalq müstəvidə qarşılıqlı faydalı əməkdaşlıq uğurla inkişaf etdirilir”.

Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında qarşılıqlı fəal dialoqa əsaslanan səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edən Şahin İsmayılov bildirib ki, iki partiya arasında qurulmuş münasibətlər həm siyasi əlaqələrin inkişafına mühüm töhfə verir, həm də partiyalararası təcrübə mübadiləsi və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri vasitəsilə daha da genişləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri