Icma.az
close
up
RU
Qlobal enerji bazarı: Risklər və gözləntilər

Qlobal enerji bazarı: Risklər və gözləntilər

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Qlobal enerji bazarı lakmus kağızına bənzəyir və yalnız iqtisadi proseslərdən təsirlənmir. Geosiyasi amillər, xüsusilə də güc mərkəzlərinin hansısa maraqları naminə manevr etmələri də dərhal burada reaksiya doğurur.

Hazırda qlobal enerji bazarı əsas etibarı ilə Şərqi Avropada və Yaxın Şərqdə uzanan müharibələrdən, Hörmüz boğazı ətrafında yaranan gərginlikdən təsirlənir. Tez-tez adekvat olmayan və proqnozlardan daha çox kənara çıxan proseslər izlənilir - tələblə təklif arasında disbalans yaranır,  bir sıra hallarda iqtisadi əsas olmadan qiymətlər dəyişir, istehsal və istehlak həcmlərində kəskin azalma və yaxud  artma müşahidə edilir.

Ehtiyatların azalması fonunda artım proqnozu da verilir 

Bu günlərdə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) hesabatını təqdim edərək qlobal enerji, xüsusilə də neft  bazarının hazırkı vəziyyətinə aydınlıq gətitib. Bildirlir ki, qlobal neft ehtiyatları ilin ikinci rübündə gündəlik orta hesabla 5,1 milyon barel azalıb, üçüncü rübdə isə əlavə 2,2 milyon barel azalacağı gözlənilir.

Qeyd olunur ki, hazırda qlobal neft tələbatı azalma mərhələsinə qədəm qoyub. Yanacaq qiymətlərinin artması, təchizat çatışmazlığı və hökumətlərin yanacaq istehlakını məhdudlaşdırmaq üçün gördüyü tədbirlər son aylarda neft tələbatını aşağı salıb və beləliklə, qlobal neft ehtiyatlarının azalması müəyyən dərəcədə məhdudlaşıb. Qlobal neft istehlakının bu il orta hesabla gündə 1,2 milyon barel azalacağı, bu azalmanın 800 barelinin isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmayan ölkələrdən gələcəyi gözlənilir.

Lakin məlum səbəblərdən ayrı-ayrı ölkələrin istehsalı məhdudlaşdırması, qlobal enerji bazarında yanacaq tədarükünün azalması fonunda perspektiv üçün artım proqnozları da verilir. Cari ilin üçüncü rübünün böyük hissəsini əhatə edəcək keçid dövründən sonra neft bazarlarının tədarük bolluğuna qayıtması ehtimal edilir. Təklifin istehlakdan daha sürətli artmağa davam etməsi səbəbindən neft qiymətlərinə aşağı təzyiqin olacağı gözlənilir. Neft qiymətlərinin aşağı düşməsi və təklif axınlarının tam normal vəziyyətə qayıtması ilə neft tələbatının gələn il bərpa olunacağı proqnozlaşdırılır. Qlobal neft istehlakının 2027-ci ildə gündəlik 2 milyon barel artaraq 2025-ci ilin orta göstəricisini sutkada 800 min barel üstələyərək 104,8 milyon barelə çatacağı proqnozlaşdırılır.

Qlobal neft ehtiatları ilə bağlı da belə nikbin proqnozlar verilir. Neft ehtiyatlarının bu ilin dördüncü rübündə gündəlik orta hesabla 2,7 milyon barel, 2027-ci il ərzində isə sutkada orta hesabla 5 milyon barel artacağı gözlənilir.

Bu cür nikbin proqnozlara əsas verən amillər də var. Bildirilir ki, bəzi Körfəz istehsalçıları Hörmüz boğazından istifadə etmədən daşınmaları alternativ marşrutlara yönləndiriblər, bundan başqa, Yaxın Şərqdən kənarda, əsasən Şimali və Cənubi Amerikada istehsalçılar xam neft ixracını artırıblar. Həmçinin ABŞ-ın və bəzi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin strateji neft ehtiyatlarından bazara neft tədarükü bərpa olunub. Neft axınlarının bərpası ilə Yaxın Şərqdə xam neft istehsalının əvvəllər proqnozlaşdırılandan daha məhdud şəkildə azalması gözlənilir. İyun ayında istehsal azalmaları orta hesabla gündəlik 8,3 milyon barel təşkil edib ki, bu da may ayında qeydə alınan sutkalıq 11,2 milyon barel pik səviyyəsindən aşağıdır. İlin sonuna qədər xam neft istehsalı və ticarətinin əksəriyyətinin münaqişədən əvvəlki səviyyələrə yaxınlaşacağı gözlənilsə də, dördüncü rübdə gündəlik orta hesabla 1,4 milyon barel istehsalın dayandırılacağı, bu istehsal gücünün böyük hissəsinin isə 2027-ci ilin birinci rübündə yenidən bərpa olunacağı proqnozlaşdırılır.

Səudiyyə Ərəbistanından sürpriz qiymət endirimləri

Bu arada dünyanın ən böyük neft istehsalçılarından olan Səudiyyə Ərəbistanından sürpriz sayıla biləcək qiymət endirimləri xəbəri gəlib. Verilən məlumatda bu ölkənin Asiya bazarı üçün “Arab Light” markalı xam neftin rəsmi satış qiymətinə son 26 ildə ən böyük endirim etdiyi bildirilir.

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Aramco” gələn ay üzrə “Arab Light” markalı xam neftin bir barelinin qiymətini 11 dollar endirəcək və bu, regional etalon qiymətdən 1,50 dollar aşağı olacaq. Səudiyyə Ərəbistanı 2020-ci ildən bəri ilk dəfə olaraq nefti endirimli qiymətə satacaq. “Aramco” əvvəllər bu növ nefti yalnız 2020-ci və 2015-ci illərdəki qiymət “müharibələri” zamanı endirimlə satmışdı.

Bundan başqa, fevral ayından bəri ilk dəfə olaraq Səudiyyə Ərəbistanı xam neftini daşıyan iki supertanker ABŞ-a doğru hərəkət edib. Gəmi izləmə məlumatlarına görə, sözügedən iki tanker martın əvvəlində yüklənib və iyunun sonuna qədər Körfəzdə qalıb.

ABŞ-ın Energetika Nazirliyinin məlumatlarına görə, fevralın 28-də Yaxın Şərqdə başlayan müharibədən əvvəl Səudiyyə Ərəbistanı adətən gündəlik təxminən 300 min barel xam nefti ABŞ-ın Körfəzdəki və Qərb sahilindəki neft emalı zavodlarına göndərirdi.

Avropada strateji səhvin bərpası - atom enerjisinə qayıdış

Qlobal yanacaq bazarında izlənilən proseslər fonunda Avropada atom enerjisinə qayıdış gündəmə gəlib. “Avropa İttifaqının atom energetikasının payının azaldılması Avropa üçün strateji səhv olub”. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen  Fransada keçirilən nüvə energetikası üzrə sammitdə bildirib.”1990-cı ildə Avropada elektrik enerjisinin üçdəbiri atom elektrik stansiyalarında istehsal olunurdu. Hazırda bu göstərici təxminən 15 faizdir. Atom energetikasının payının azaldılması düşünülmüş seçim idi və geriyə baxdıqda demək olar ki, Avropanın etibarlı və əlçatan aşağıkarbonlu enerji mənbəyindən imtina etməsi strateji səhv olub”, - deyə o bildirib.

Fon der Lyayenin sözlərinə görə, Avropa Komissiyası kiçik modul reaktorlarla bağlı yeni Avropa strategiyası təklif edir. Bu reaktorların Avropada ən geci 2030-cu illərdə istismara verilməsi nəzərdə tutulur. Aİ rəsmisi bildirib ki, kiçik modul reaktorlar ənənəvi nüvə reaktorları ilə yanaşı “çevik, təhlükəsiz və səmərəli” Avropa enerji sistemində əsas rol oynamalıdır. Bu, həmçinin Aİ-nin fosil yanacaq idxalından asılılığını azaltmalıdır.

Bundan əlavə, Avropa İttifaqı innovativ nüvə texnologiyalarına investisiyaları dəstəkləmək üçün 200 milyon avro məbləğində zəmanət təqdim edəcəyini bildirib.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 İyul 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see397

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see310

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see308

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see289

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see287

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see278

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see256

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see255

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see253

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see243

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see236

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see235

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see229

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see228

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see223

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see218

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see215

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see211

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri