Icma.az
close
up
RU
Qlobal Fondun Missiya rəhbəri Azərbaycanın gördüyü işləri müsbət qiymətləndirib

Qlobal Fondun Missiya rəhbəri Azərbaycanın gördüyü işləri müsbət qiymətləndirib

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

TƏBİB-də Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Olqa Avdeyeva ilə görüş keçirilib. TƏBİB-dən SİA-ya verilən məlumata görə, görüşdə vərəmə dair fəaliyyətlərin maliyyələşdirmə imkanları, proqram üzrə xərclərin optimallaşdırılması, gələcək əməkdaşlıq istiqamətlərinin nəzərdən keçirilməsi kimi məsələlər əsas müzakirə mövzusu olub.

Görüşdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Azərbaycanın Qlobal Fondla əməkdaşlığa hər zaman önəm verdiyini, 2005-ci ildən etibarən QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə fəaliyyətlərin dəstəklənməsində yaxından iştirak etdiyini deyib. Bildirib ki, son zamanlar TƏBİB-lə Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşlər birgə layihələrin rentabelliliyinə dəstək verir: “TƏBİB tabeliyində Bakı və Sumqayıt şəhərində yerləşən vərəm əleyhinə 5xəstəxana, 15 vərəm şöbəsi stasionar yardım xidməti göstərir. Vərəm əleyhinə xidmətdə modul tipli Saray Vərəm Əleyhinə Xəstəxananın yaradılması ilə xidmət keyfiyyəti daha da artırılıb. Hazırda ölkə üzrə ambulator xidmət vərəm əleyhinə 6 dispanserdə və 36 vərəm kabinetində təşkil edilir. Ağciyər Xəstəlikləri Mərkəzinin yaradılması ilə 8 regional mərkəz fəaliyyət göstərəcək. Regional mərkəzlərin strukturunda diaqnostika, ambulator və stasionar şöbələr təşkil ediləcək. 8 regional mərkəzdə eyni struktur vahidi təşkil olunmaqla, xidmətin təşkili proporsional bölünəcək”.

TƏBİB-in İcraçı direktoru, həmçinin qeyd edib ki, Qlobal Fondla perspektiv əməkdaşlıq çərçivəsində vərəmin diaqnostikasının təkmilləşdirilməsi məqsədilə vərəm əleyhinə tibb müəssisələrinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi, vərəm xəstəliyinin laborator diaqnostika şəbəkəsinin gücləndirilməsi, tibb işçilərinin bilik və bacarıqlarının artırılması üçün yerli və beynəlxalq təlimlərin təşkili üzrə dəstək zəruridir.

Öz növbəsində Qlobal Fondun Missiya rəhbəri Azərbaycanın yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirib, fondun ayırdığı maliyyə vəsaitlərinin yenidən nəzərdən keçirilməsinə zərurət yarandığını qeyd edib.

Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Dekabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri