Icma.az
close
up
RU
BMT mina təhdidi ilə mübarizədə Azərbaycanın gördüyü işləri təqdirəlayiq qiymətləndirib

BMT mina təhdidi ilə mübarizədə Azərbaycanın gördüyü işləri təqdirəlayiq qiymətləndirib

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb. 

Missiya.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə COP29 sədrliyimiz müzakirə olunub. COP29-un uğurlu təşkilində Azərbaycan və BMT arasında əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Nazir Ceyhun Bayramov COP29-un təşkilati hissəsi ilə yanaşı, məzmun baxımından faydalı olmasının əsas prioritetlərimizdən biri olduğunu qeyd edərək sessiyanın gedişatı, danışıqlar prosesində əldə olunmuş irəliləyişlər barədə ətraflı məlumat verib. Baş katibin köməkçisi Aleksandr Zuyev COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, bu münasibətlə ölkəmizə təbriklərini çatdırıb və sədrlik prosesi çərçivəsində uğurlar arzu edib. COP29 çərçivəsində təşkil olunmuş yüksəksəviyyəli tədbirlərdə iştirak etdiyini qeyd edən Aleksandr Zuyev müxtəlif mövzulara həsr olunmuş tematik toplantıların fikir mübadiləsi baxımından faydalı olduğunu qeyd edib. Mina təhdidi ilə mübarizə istiqamətində ölkəmiz tərəfindən görülən işlərin təqdirəlayiq olduğu, xüsusilə humanitar minatəmizləmə fəaliyyətinin 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan olunmasının bu beynəlxalq təhdidlə mübarizədə örnək olduğu vurğulanıb. Humanitar minatəmizləmə fəaliyyəti ilə yanaşı, mina qurbanlarının reabilitasiyası istiqamətində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib. 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://missiya.az
archiveBu xəbər 15 Noyabr 2024 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see233

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see157

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see116

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see116

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see115

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see114

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see114

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see112

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see112

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see110

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see110

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see109

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see109

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see109

Yaxınları Bakıda həbs olunan Rusiya vətəndaşları ilə görüşdü

18 İyul 2025 21:44see109

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see109

“Qarabağ”, “Sabah”, “Zirə” və “Araz Naxçıvan”ın 3 cü mərhələdəki potensial rəqibləri

19 İyul 2025 07:52see109

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see109

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see109

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri