Icma.az
close
up
RU
Qlobal geosiyasətdə Azərbaycan amili: dəhlizlər, diplomatiya və strateji tərəfdaşlıq TƏHLİL

Qlobal geosiyasətdə Azərbaycan amili: dəhlizlər, diplomatiya və strateji tərəfdaşlıq TƏHLİL

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 noyabr, Elmir Səftərov, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan həm regionun, həm də Avrasiyanın geoiqtisadi xəritəsində önəmli bir oyunçuya çevrilib. Şərq-Qərb, eləcə də Şimal-Cənub istiqamətlərində uzanan nəqliyyat arteriyalarının kəsişməsində yerləşən ölkəmiz bu gün təkcə tranzit qovşağı deyil, həm də enerji, kommunikasiya və diplomatik siyasətin mərkəzinə çevrilib.

Bu sözlər politoloq Tural İsmayılovun "Qlobal geosiyasətdə Azərbaycan amili: dəhlizlər, diplomatiya və strateji tərəfdaşlıq" sərlövhəli təhlil yazısında yer alıb.

AZƏRTAC yazını təqdim edir.

Şimal–Cənub nəqliyyat dəhlizi: yeni strateji mərhələ

Azərbaycanın geosiyasi üstünlüyünün əsas göstəricilərindən biri Şimal–Cənub nəqliyyat dəhlizinin (ŞCND) reallığa çevrilməsi istiqamətində atdığı ardıcıl addımlardır. Bu layihə təkcə regionu deyil, həm də Hind okeanından Baltik dənizinədək uzanan ticarət yollarını birləşdirən strateji xətdir. Bakı, Moskva və Tehran arasında keçirilən son üçtərəfli görüş — Rusiya və Azərbaycanın baş nazirlərinin müavinləri, İranın nəqliyyat naziri səviyyəsində baş tutmuş danışıqlar — bu dəhlizin artıq praktik mərhələyə daxil olduğunu göstərir.

Bu layihə təkcə daşımalarla bağlı deyil, həm də güc balansının yenidən qurulması baxımından mühümdür. Hindistan uzun müddətdir ŞCND-yə maraq göstərir. Bu dəhliz onun üçün Avropaya ən qısa marşrut ola bilərdi. Lakin Azərbaycanın milli maraqları bu məsələdə əsas istiqamətverici amildir. Bakı açıq şəkildə göstərir ki, dostluq münasibətləri qarşılıqlı hörmət və balans üzərində qurulmalıdır. Hindistanın Ermənistanı silahlandırması, islamofob siyasəti və Azərbaycana qarşı açıq düşmənçilik ritorikası bu ölkənin regiondakı manevr imkanlarını daraldır.

Azərbaycan bu situasiyada çox rasional davranır. Geosiyasətdə emosiyalara yer yoxdur, burada hər addım hesablanır. Hindistanın bu cür davranışı nəticə etibarilə onu Cənubi Qafqaz və Xəzər hövzəsindən təcrid etdi. Əvəzində isə regionda Pakistan-Türkiyə-Azərbaycan üçlüyü daha da möhkəmləndi. Bu format təkcə hərbi deyil, həm də iqtisadi və diplomatik baxımdan yeni bir güc mərkəzidir. Hətta Pakistan-Ermənistan münasibətlərinin müəyyən səviyyədə bərpası belə bu reallığı dəyişmir, çünki İslamabadın strateji etimadı Ankaraya və Bakıya yönəlib.

Beləliklə, ŞCND təkcə iqtisadi layihə deyil, həm də siyasi filtr funksiyası daşıyır: kim dostdur, kim rəqib – artıq bu dəhlizin xəritəsində açıq görünür.

Bakıdan Belendə uzanan yol: COP29-un dərsləri

Keçən il COP29-un Bakıda keçirilməsi bir çox beynəlxalq dairələri təəccübləndirmişdi. Hətta bəzi Qərb analitikləri iddia edirdilər ki, konfrans “keçici mərhələ” olacaq, əsas qərarlar guya gələn il Braziliyanın Belendə keçiriləcək COP30-da qəbul ediləcək. Bunun ardınca Azərbaycana qarşı süni “ekoloji manipulyasiyalar”, qeyri-real iddialar, qara PR kampaniyaları başladı.

Amma nəticə göz qabağındadır: COP29 müstəqil Azərbaycanın diplomatik zəfəri kimi tarixə düşdü. “Zərər və İtki Fondu”nun fəaliyyətə başlaması, iqlim maliyyəsi mexanizmlərinin formalaşması, inkişaf etməkdə olan ölkələrin səsini eşitdirə bilməsi Bakının platformasının real nəticələr doğurduğunu göstərdi.

Bəli, COP29 sadəcə bir ekoloji konfrans deyildi, o, Azərbaycanın beynəlxalq etimad mandatının təzahürü idi. Dünyanın 190-dan çox ölkəsinin nümayəndələrinin Bakıya toplaşması, qəbul edilən razılaşmalar və yüksəksəviyyəli iştirak Azərbaycanın regional mərkəz rolunu bir daha təsdiqlədi.

İndi isə Belendə baş verənlərə baxaq. COP30-un gündəliyi demək olar ki, boşdur. Dünya liderlərinin əksəriyyəti tədbirə qatılmayacaq, qərar qəbuletmə mexanizmi zəifdir, ictimai müzakirələr aparılmır. Bu mənzərə Bakıya qarşı qarayaxma kampaniyası aparanların iflasını göstərir. Əgər COP29 “keçici” idisə, niyə onun nəticələri hələ də qlobal siyasətin gündəmindədir?

Azərbaycan bu konfrans vasitəsilə həm beynəlxalq iqlim siyasətinə real töhfə verdi, həm də diplomatik nüfuzunu möhkəmləndirdi. Bakıdan Belendə gedən yol bir daha göstərdi ki, strateji düşüncə, idarəetmə mədəniyyəti və milli maraqlar üzərində qurulan diplomatiya uzunömürlü olur.

Mərkəzi Asiya – ABŞ: Trampın TRİP xəritəsi və Azərbaycan faktoru

ABŞ Prezidenti Donald Trampın yeni “TRIPP” (Trade Route for International Peace and Prosperity – Beynəlxalq Sülh və Rifah üçün Ticarət Marşrutu) layihəsi ilə bağlı açıqlamaları diqqət çəkdi. Tramp açıq şəkildə bildirdi ki, bu marşrut Xəzər hövzəsi və Cənubi Qafqaz vasitəsilə dünya ticarətini birləşdirəcək. Bu isə faktiki olaraq Azərbaycanın rolu olmadan mümkün deyil.

ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında keçirilən son görüşdə tərəflər ticarət, enerji, xüsusən də kritik minerallar sahəsində əməkdaşlıq barədə razılığa gəldilər. Lakin bu əməkdaşlığın effektiv şəkildə həyata keçirilməsi üçün regionun dayanıqlı logistik infrastrukturuna ehtiyac var. Bu infrastrukturun təməl daşı Azərbaycandır.

Orta Dəhliz – Zəngəzur dəhlizi məhz bu məntiqin nəticəsidir. Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bu xətt artıq Avrasiyanın yeni iqtisadi arteriyasına çevrilib. ABŞ-ın da TRIPP təşəbbüsünü irəli sürməsi göstərir ki, Qərb Asiyaya inteqrasiya olunmaq istəyirsə, Bakıdan yan keçə bilməz.

Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında yalnız körpü deyil, həm də etibarlı tərəfdaş statusundadır. Bu status illərlə qurulmuş siyasi etimad, balanslaşdırılmış diplomatiya və praqmatik qərarların nəticəsidir. Trampın açıqlamaları, istər istəməz, bu reallığı təsdiqləyir: “Sülh və rifah marşrutu”nun mərkəzində Azərbaycan dayanır.

Bu üç istiqamət – Şimal-Cənub dəhlizi, COP29 diplomatik uğuru və Mərkəzi Asiya–ABŞ–Azərbaycan xətti – əslində bir-birini tamamlayan mozaikadır. Hər biri Azərbaycanın beynəlxalq siyasətdə artan çəkisini göstərir.

Bu gün Azərbaycan artıq təkcə enerji və nəqliyyat gücü deyil, həm də etibarlı diplomatik mərkəz, regionda sabitliyin təminatçısıdır. Qlobal sistemin təlatümləri arasında Azərbaycan öz yolunu dəqiq müəyyənləşdirib: milli maraqlara əsaslanan, strateji tərəfdaşlıqlara söykənən, balanslı və ağıllı siyasət. Bu siyasətin nəticəsində Bakı artıq təkcə xəritədə bir paytaxt deyil, yeni qlobal nizamın təməl sütunlarından birinə çevrilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Noyabr 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri