Icma.az
close
up
RU
QLOBAL GEOSİYASİ ÇALXANTILAR FONUNDA DÖVLƏTÇİLİYİ NECƏ QORUMAQ OLAR?!

QLOBAL GEOSİYASİ ÇALXANTILAR FONUNDA DÖVLƏTÇİLİYİ NECƏ QORUMAQ OLAR?!

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

XXI əsrin üçüncü onilliyində dünya siyasəti dərin qeyri-müəyyənlik dövrünə qədəm qoyub. Qlobal nizamı formalaşdıran əsas institutlar, xüsusilə BMT artıq əvvəlki təsir gücünü itirib. ABŞ–Çin rəqabəti, Rusiya–Qərb qarşıdurması, Yaxın Şərqdəki münaqişələr və beynəlxalq hüququn zəifləməsi yeni reallıqlar yaradıb.
Dünyanın super gücləri - Rusiya, ABŞ və Çin arasında liderlik uğrunda davam edən rəqabət nəticə etibarı ilə  regional münaqişələrin uzanmasına səbəb olur. NATO daxilində parçalanmalar və Avropanın enerji böhranı beynəlxalq münasibətlərin sabitliyini zəiflədir. Böyük dövlətlərin “güc konsepsiyası"ndan istifadə etməsi dünyanı daha çox qarşıdurma müstəvisinə sürükləyir. Belə qarışıq mühitdə kiçik və orta dövlətlərin öz  təhlükəsizliklərini təmin etməsi üçün çoxvektorlu, balanslaşdırılmış və çevik  siyasət aparmaları qaçılmaz görünür. 

İkinci Qarabağ müharibəsində əldə edilən qələbədən və bütün  ərazilərində suverenliyini  təmin edəndən sonra Azərbaycan Cənubi Qafqazın lider dövləti statusunu qazanıb. Bu Rəsmi Bakının qarşısında həm regional, həm də qlobal güclərlə münasibətlərində yeni yollar açır. Əldə edilən bu uğurlardan əlavə  zəngin Enerji resursları və coğrafi mövqeyi Azərbaycanın  geosiyasi imkanlarını genişləndirir:
- Avropanın qaz təchizatında Bakının rolu strateji əhəmiyyət daşıyır.

- Zəngəzur dəhlizi kimi layihələr ölkəni Şərq-Qərb, Şimal-Cənub xəttində əsas tranzit mərkəzinə çevirir. Azərbaycanın həyata keçirdiyi tarazlaşdırılmış xarici siyasət kursu həm Rusiya, həm Qərb, həm də Türkiyə ilə münasibətləri konstruktiv saxlamağa imkan verir.
Fikrimizcə , Qlobal geosiyasətin çalxalanması fonunda dövlətçiliyin qorunması üçün aşağıdakı siyasi  istiqamətlər diqqətdə saxlanılmalıdır:
1) Təhlükəsizlik və hərbi gücün möhkəmləndirilməsi.
Regionda hərbi balans daim dəyişir. Azərbaycan Ordusu ən müasir texnologiyalarla gücləndirilməli, kiber və informasiya təhlükəsizliyi prioritet olmalıdır.
2)  Çoxvektorlu diplomatiya.
- Amerika , Avropa , Asiya və Afrika ölkələri ilə münasibətlərin dərinləşməsi Azərbaycanın beynəlxalq legitimliyini möhkəmləndirə bilər.
- Təhlükəsizliyin və sabitliyin qorunması üçün  Rusiya ilə balanslı əməkdaşlıq münasibətlərinin  saxlanması zəruri hesab edilməlidir.
- Çin və Türkiyə ilə strateji tərəfdaşlıq isə ölkəni qlobal enerji və nəqliyyat layihələrinin mərkəzinə çevirir.
3)  Ölkədə  iqtisadi sabitlik və sosial rifah təmin olunmalıdlr.
Çünki, Dövlətçiliyin dayağı güclü iqtisadiyyatdan keçir. Əhalinin sosial rifahının yüksəldilməsi üçün qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyat genişləndirilməlidir.
Sosial bərabərlik prinsiplərinə əməl edilməsi,  iş yerlərinin artırılması və regionların inkişafı diqqət mərkəzində olmalıdır.
4) Milli ideoloji siyasət  gücləndirilməlidir.
- Xarici təxribatlara qarşı ən mühüm silah milli birliyə əsaslanan ideoloji gücdür. Dövlətçilik dəyərlərinin, şəhidlərin xatirəsinin və milli kimliyin təbliği ölkə daxilində sabitliyi möhkəmləndirilməsinə xidmət edə bilər.
 5) Sülh təşəbbüsləri  davamlı olmalıdır.
 - Ermənistanla sülh müqaviləsinin imzalanması yalnız iki ölkənin deyil ;  bütövlükdə regionun sabitliyinə xidmət edəcək. Azərbaycan bu istiqamətdə prinsipial, amma konstruktiv mövqe nümayiş etdirməlidir.
Müşahidələr göstərir ki , köhnə  Dünya düzəni dağılıb ; yenisi isə hələ formalaşmayıb. Belə bir dövrdə Rəsmi Bakının əsas hədəfi dövlətçiliyi qorumaq, daxili sabitliyi saxlamaq və xalqın rifahını yüksəltmək olmalıdır. Bunun üçün Azərbaycan balanslı diplomatiyaya, güclü iqtisadi dayaqlara, çevik təhlükəsizlik siyasətinə və milli birliyə əsaslanmalıdır.
Azərbaycanın üstünlüyü ondadır ki, Rəsmi Bakı qlobal güclər arasında rəqabəti öz xeyrinə yönəltməyi bacarır. Əgər bu xətt davam etdirilərsə, ölkə yalnız regionda deyil ; qlobal miqyasda da etibarlı tərəfdaş və güc mərkəzi kimi mövqeyini möhkəmləndirəcək.

Qəvami SADIQBƏYLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see142

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri