Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Bakıda və bölgələrdə işıq sönəcək

Qlobal güc paritetinin dəyişən koordinatları

Qlobal güc paritetinin dəyişən koordinatları

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Çin kontekstində yeni güc arxitekturası

(VI MƏQALƏ)

Əsrimizin ikinci onilliyindən etibarən beynəlxalq münasibətlər sistemində güc mərkəzləri təkcə qərarvermə platformalarında deyil, onların arxasında dayanan normativ və siyasi baxışlarda da köklü dəyişikliklərlə müşayiət olunur. Dəyişimin episentrində isə sürətlə yüksələn və status-kvoya meydan oxuyan bir aktor dayanır: Çin Xalq Respublikası.

Realist nəzəriyyə beynəlxalq sistemin anarxik təbiəti və güc balansı prinsipinə əsaslanaraq, dövlətlərin əsas məqsədinin öz milli maraqlarını və təhlükəsizliklərini qorumaq olduğunu vurğulayır. Deməli, bu çərçivədə Çin artıq, sadəcə olaraq, iqtisadi güc mərkəzi deyil, həm də normativ-siyasi alternativ kimi formalaşır. Pekin klassik hərbi güc nümayişindən daha çox iqtisadi, texnoloji və diplomatik rıçaqlarla təsir imkanlarını genişləndirir ki, bu da Çin üçün yalnız mövcud nizamın içərisində böyümək deyil, həm də həmin nizamın parametrlərini yenidən yazmaq cəhdidir.

BMT Təhlükəsizlik Şurası üzvü kimi Çin qlobal idarəetmənin əsas platformalarında yer alsa da, bu mövqeyi status-kvonu qorumaq üçün deyil, onu dəyişmək üçün istifadə edir. Çin, xüsusilə də Qlobal Cənub ölkələri ilə münasibətlərində özünü “post-kolonial” nizamın alternativ lideri kimi təqdim edir. Çinin bu yanaşması Qərbin universal dəyərlər adı altında tətbiq etdiyi selektiv siyasətə və ikili standartlara qarşı tənqidi ritorika ilə müşayiət olunur. Nəticədə, Çin “status kvoya meydan oxuyan” rolunda çıxış edərək beynəlxalq münasibətlər sisteminin çoxqütblü, qeyri-Qərb yönümlü və regionun ümumi xüsusiyyətlərinin daha açıq bir versiyasını təşviq edir.

Həmin strategiya Pekinə BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlar vasitəsilə “qeyri-liberal multilateralizm”i inkişaf etdirmək imkanı verir. Bu vasitə ilə Çin həm regional güclərlə güc balansı yaradır, həm də Qərb yönümlü beynəlxalq institutların hegemon strukturuna qarşı alternativ platformalar qurur. Bütün bu amillər beynəlxalq hüququn, təhlükəsizlik arxitekturasının və hətta qlobal inkişaf gündəminin Çin prizmasından yenidən şərh edilməsinə səbəb olur.

Çinin yüksəlişi təkcə sərt güc (hərbi və iqtisadi təsir) göstəriciləri ilə ölçülmür; o, həm də normativ gücün – yəni ideyaların, dəyərlərin və modellərin ixracı vasitəsilə öz təsir dairəsini genişləndirməyə çalışır. Burada Qlobal Cənub – yəni inkişaf etməkdə olan Afrika, Latın Amerikası, Cənub və Cənub-Şərqi Asiya ölkələri – Pekinin yumşaq güc strategiyasının əsas hədəfidir.

Çinin Qlobal Cənuba yanaşması onun beynəlxalq münasibətlər sistemində "status-quo challenger" (status-kvoya meydan oxuyan güc) kimi mövqeyini nümayiş etdirən strateji xəttin mühüm tərkib hissəsidir. Ənənəvi Qərb yanaşmalarından fərqli olaraq, Çin inkişaf etməkdə olan ölkələrlə münasibətlərini siyasi ideologiya, dəyərlərin ixracı və daxili işlərə müdaxilə üzərində deyil, daha çox qarşılıqlı iqtisadi fayda, infrastruktur inkişafı və ideoloji neytrallıq prinsipi üzərində qurur.

Onun bu yanaşması xüsusilə post-kolonial travmalar yaşayan və Qərb institutlarına qarşı tarixi etimadsızlıq bəsləyən ölkələrdə rezonans doğurur. Çin burada özünü "alternativ tərəfdaş" kimi təqdim edir – neokolonial məhdudiyyətlər, islahat şərtləri və demokratik təsisat tələbləri olmadan inkişaf və tərəqqi modeli təklif edən bir aktor kimi.

Politoloji baxımdan bu yanaşma realist və konstruktivist nəzəriyyələrin sintezində təhlil oluna bilər. Realist nəzəriyyə bu strategiyanı Çin üçün güc balansını dəyişdirməyə yönəlmiş praqmatik addım kimi qiymətləndirir. Çin bu ölkələrlə iqtisadi inteqrasiya yolu ilə öz təsir dairəsini genişləndirir, yeni siyasi müttəfiqlər qazanır və Qərbin təsirini tarazlaşdırır. Konstruktivist yanaşma isə bu prosesi normativ bir dəyişiklik kimi izah edir. Çin sadəcə iqtisadi güc nümayiş etdirmir, eyni zamanda fərqli bir “idarəetmə ideologiyası” ixrac edir. Bu ideologiyada da “sabitlik”, “effektiv idarəetmə”, “sürətli inkişaf” və “ideoloji neytrallıq” əsas dəyərlərdir.

“Qarışmama prinsipi” Çin diplomatiyasının təməl sütunlarından biridir. Həmin prinsip Çin Kommunist Partiyasının beynəlxalq münasibətlərə baxışının əsasını təşkil edir və "hər bir dövlətin öz daxili siyasi yolunu sərbəst seçmək hüququ" kimi təqdim olunur. Beləliklə, Çin Qərbin universalist normativ tələblərini rədd edərək, beynəlxalq hüququn suverenlik prinsipinə istinad edir və öz inkişaf modelini siyasi şərtlərlə bağlamadan təklif edir.

Çin diplomatiyasında “səmərəli idarəetmə” və “avtoritar-modernizm” əsas pillələrdəndir. Çin daxili sabitlik və iqtisadi tərəqqinin qarşılıqlı şəkildə mövcud ola biləcəyini nümayiş etdirmək istəyir və bunu liberal-demokratik sistemlərə alternativ kimi təqdim edir. Onun bu yanaşması, xüsusilə, siyasi qeyri-sabitlik və zəif dövlət institutları ilə üzləşən ölkələr üçün cəlbedici görünür.

Çinin inkişaf modelinin cazibəsi həm də qeyri-intervensiya siyasəti, sürətli maliyyə resurslarının təqdim olunması, infrastruktur üstünlükləri və mədəniyyətlərarası ideoloji təzyiqin olmaması ilə əlaqəlidir. Qeyd etməliyik ki, Çin modeli Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi Qərb maliyyə institutlarının təqdim etdiyi “şərtli yardım” modelindən ciddi şəkildə fərqlənir. “Şərtli yardım” — donor ölkə və ya beynəlxalq maliyyə institutunun maliyyə dəstəyi müqabilində alıcı ölkədən müəyyən iqtisadi, siyasi və ya struktur islahatlar həyata keçirməsini tələb edən yardım modelidir.

Nəticə etibarilə, Çin Qlobal Cənubda bir tərəfdən Qərbin hegemonik liberal nizamına qarşı alternativ formalaşdırır, digər tərəfdən isə yumşaq güc vasitəsilə yeni bir normativ çərçivə yaratmağa çalışır – burada effektivlik və sabitlik demokratiya və insan haqları anlayışlarının qarşısında təqdim olunur.

Çinin Qlobal Cənubda təqdim etdiyi inkişaf modeli və diplomatik strategiyası təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır. Onun yanaşması institusional çərçivədə, xüsusilə BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) və “Bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə sistemli və normativ təsir gücünə çevrilir. Hər iki platforma Pekinin beynəlxalq sistemdə Qərbdən kənar alternativ institusional arxitektura qurmaq strategiyasının bir parçası kimi çıxış edir.

BRICS-in ilkin forması çoxtərəfli dialoq və iqtisadi əməkdaşlıq platforması kimi nəzərdə tutulsa da, zamanla bu birlik Çin və digər üzv ölkələr üçün Qərbin maliyyə və hüquq institutlarına qarşı alternativ mövqe tutmağa imkan verən strateji alətə çevrilib. BRICS çərçivəsində Çin öz ideyasını – “inkişaf hüququ”nu – irəli sürür və klassik liberal institutların (Dünya Bankı, Beynəlxalq Valyuta Fondu) təqdim etdiyi struktur islahatlar modelinə alternativ olaraq, daha çevik, şərtsiz və siyasi neytral yardım mexanizmləri təklif edir.

BRICS daxilində yaradılmış Yeni İnkişaf Bankı bu baxımdan xüsusilə önəmlidir. Çin bu bank vasitəsilə inkişaf etməkdə olan ölkələrə kredit və investisiya imkanları yaradır, lakin bu yardımlar da yenə siyasi və institusional şərtlərlə yüklənmir və iqtisadi yardımlar Qlobal Cənub üçün cəlbedici alternativ olmaqla yanaşı, beynəlxalq maliyyə sistemində Çinin təsirini artırır.

“Bir kəmər, bir yol” təşəbbüsü Çinin yumşaq güc potensialını sərt infrastruktur gücü ilə birləşdirən və onu geosiyasi alətə çevirən ən genişmiqyaslı strateji layihəsidir. 150-dən çox ölkə ilə əməkdaşlıq edən Çin təkcə yol, dəmir yolu, liman və enerji layihələri ilə deyil, həm də maliyyə institutları, rəqəmsal texnologiyalar və hüquqi çərçivələr vasitəsilə yeni bir beynəlxalq iqtisadi sistemin inşasını təmsil edir.

Layihənin əsas siyasi mesajı budur: “Çinlə əməkdaşlıq edin, lakin daxili idarəetmə modelinizə müdaxilə olmayacaq”. Çinin tədbirlərində Qərb liberal nizamının təqdim etdiyi “yaxşı idarəetmə”, “azad bazar”, “şəffaflıq” kimi dəyərlərin yerini səmərəlilik və qarşılıqlı fayda prinsipləri tutur.

Pekinin bu təşəbbüs vasitəsilə inkişaf etdirdiyi institusional strukturlar – Asiya İnfrastruktur İnvestisiya Bankı müxtəlif ikitərəfli hüquqi razılaşmalar, arbitraj mərkəzləri və texnologiya platformaları – Qərbin Bretton Vuds sisteminə alternativ mexanizmlər yaradır.

Çin təkcə infrastruktura və maliyyə imkanlarına görə cazibədar deyil, o həm də yeni normativ dəyərlər paketi təqdim edir: suverenliyə hörmət, müdaxiləsizlik, qarşılıqlı fayda, inkişaf hüququ, effektiv idarəetmənin legitimliyi. Çinin bu dəyərləri Qərb liberal dəyərlərindən – demokratiya, insan haqları, şəffaflıq, azad mətbuat – fərqli olaraq dövlət mərkəzli və modernizasiya yönümlü ideoloji çərçivəni təşviq edir. Beləliklə, Çin təkcə iqtisadi güc kimi deyil, alternativ normativ lider kimi də formalaşır.

Bununla yanaşı, Çin öz kütləvi informasiya vasitələrini, akademik mübadilə proqramlarını və mədəniyyət mərkəzlərini də bu ideoloji yumşaq güc strategiyasının bir hissəsinə çevirir. Konfutsi institutları, Çin telekanallarının beynəlxalq versiyaları və Afrika, Latın Amerikası universitetlərindəki əməkdaşlıqlar Pekinin uzunmüddətli təsir strategiyasını gücləndirir. Burada məqsəd təkcə iqtisadi təsiri artırmaq deyil, həm də Qərb narativlərini balanslaşdıran və Çin modelini pozitiv təqdim edən bir informasiya məkanını formalaşdırmaqdır.

Bütün bu amillər beynəlxalq münasibətlər sistemində yeni bir ideoloji dualizmin – liberal demokratik model və avtoritar inkişaf modeli – meydana çıxmasına səbəb olur. Çin Qlobal Cənubda getdikcə artan şəkildə “təcrübədən çıxan model” statusu qazanır və bu, yalnız iqtisadi imkanlarla deyil, həm də Qərb təsirindən fərqli bir modernləşmə vizyonu ilə izah olunur.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see254

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see239

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see236

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see235

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see227

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see221

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see220

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see216

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see214

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see213

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see211

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see210

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see204

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see195

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see193

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see188

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see184

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see182

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see174

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri