Icma.az
close
up
RU
Qlobal güclərin yeni TOQQUŞMA MEYDANI Qrenlandiyanı hansı aqibət GÖZLƏYİR?

Qlobal güclərin yeni TOQQUŞMA MEYDANI Qrenlandiyanı hansı aqibət GÖZLƏYİR?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanvarın 20-dən ABŞ prezidenti kimi and içməyə hazırlaşan Donald Tramp səlahiyyətlərinin icrasına başlamamışdan əvvəl dünyada gərginliyin əsasını qoyub. Beləki, Tramp “Truth Social” hesabında yazıb ki, Danimarka hakimiyyətinin müqavimətinə baxmayaraq, Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ilə bağlı razılaşma baş tutmalıdır:


“Kiçik Donald Tramp və mənim Respublikaçı nümayəndələrim Qrenlandiyaya eniblər. Qəbul əla idi. Onların və bütün Azad Dünyanın təhlükəsizliyə, müdafiəyə, gücə və sülhə ehtiyacı var! Bu sövdələşmə baş verməlidir. Gəlin, Qrenlandiyanı yenidən möhtəşəm edək!”.
 

MÖVZU İLƏ BAĞLI:
ABŞ-dan Qrenlandiya ilə bağlı QƏTİ ADDIM


Təbii ki, Trampın bu fikirlərinə ilk etiraz Qrenlandiyanın baş naziri Mute Borup Egeden gəlib. O Trampın təklifinə sərt reaksiya verib.

“Biz satışda deyilik və satılmayacağıq. Azadlıq uğrunda uzun mübarizəmizi itirməməliyik".
Bəs, Qrenlandiya niyə bu qədər dəyərlidir?
İlk öncə onu deyək ki, Qrenlandiya buzların əriməsi və iqlim böhranının yeni ticarət yolları açması ilə getdikcə daha çox əhəmiyyət kəsb edən Arktika regionunda mərkəzi mövqe tutur. Qrenlandiyanın eyni zamanda zəngin yeraltı ehtiyatları var. Ona görə də Qrenlandiyanın yerləşdiyi Artika uzun illərdir ki, ABŞ, Rusiya və Çin arasında nüfuz uğrunda mübarizəyə səhnə olub. Bu səbəbdən Tramp Rusiyanın hərbi ekspansiyasına və Çinin artan iştirakına qarşı çıxmaq üçün Arktikada ABŞ-ın təsirini artırmağa çalışır.
Hətta, 2019-cu ildə, ilk prezidentlik dövründə Tramp  Danimarkaya adanı almağı təklif etmişdi. Lakin sonra Kopenhagen Amerika liderinin təklifini kəskin şəkildə rədd etdi və ölkənin baş naziri Mette Frederiksen bunu “absurd” adlandırdı. Qrenlandiyanın ABŞ və Danimarka ilə münasibətləri geosiyasi maraqlar, hərbi strategiya və iqtisadi problemlərlə bağlı özünəməxsus xüsusiyyətlərə malikdir.
Qrenlandiya kimə məxsusdur?
2 milyon kvadrat kilometrdən çox ərazini əhatə edən ada 1721-ci ildə Danimarka-Norveç Krallığının müstəmləkəsinə çevrilib.
Qrenlandiya İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın protektoratlığına keçib. 1945-ci ildə müharibə başa çatdıqdan sonra ada Danimarkaya qaytarılıb. 1943-cü ildə ABŞ Şimali Atlantikada maraqlarını qorumaq üçün burada hərbi baza qurub.


1946-cı ildə ABŞ prezidenti Harri Truman adanın geosiyasi və strateji əhəmiyyətinə görə Qrenlandiyanı Danimarkadan 100 milyon dollara qızıl almağı təklif edib. Danimarka bu təklifi rədd edib, lakin ABŞ-a adada hərbi mövcudluğunu saxlamağa icazə verib. 1979-cu ildə Danimarka Qrenlandiyaya özünüidarəetmə hüququ verib, ölkə xarici əlaqələr, müdafiə, pul məsələləri və adanın hüquq sistemi də daxil olmaqla bir sıra sahələrə nəzarəti özündə saxlayıb.
Qrenlandiyanın əhalisi hazırda təxminən 57 min nəfərdir. Adanın sakinlərinin əksəriyyəti şimaldan gələn yerli xalqların bir qrupu olan İnuitlərdir. Qrenlandiyada ən sıx məskunlaşan paytaxt Nuuk başda olmaqla, 13 şəhər və əhalisi yüz nəfərdən çox olmayan onlarla yaşayış məntəqəsi var.
Trampa Qrenlandiya niyə lazımdır?
Tramp adaya nəzarətin geosiyasi zərurət olduğunu deyir və adaya sahib olmaq üçün hərbi müdaxiləni belə istisna etmir. Baxmayaraq ki, Qrenlandiya 650 nəfərdən ibarət ABŞ-ın Pituffik hərbi bazası var. Bu obyekt ABŞ üçün strateji əhəmiyyət daşıyır.


Ada iqtisadi baxımdan nə qədər cəlbedicidir?
Danimarkanın iki il əvvəlki hesabatına görə, Qrenlandiyanın sənaye üçün lazım olan 20 növdən çox mineral potensialı var. Əriyən Qrenlandiyanın buz təbəqəsi daha qısa və iqtisadi cəhətdən daha səmərəli ticarət yolları üçün imkanlar açır. Ən əsası ada zəngin karbohidrogen ehtiyatlarına malikdir. Danimarka, Kanada, Norveç, Avstraliya və Çin şirkətləri adada faydalı qazıntıların işlənməsi ilə məşğuldurlar.
Bəs, Danimarka Qrenlandiyadan imtina edəcəkmi?
Trampın Qrenlandiya ilə bağlı iddiaları Qrenlandiya, Danimarka və bütövlükdə Avropanın tənqidinə səbəb olub. Danimarka hökuməti Trampın adanı ələ keçirməsinin qarşısını almaq üçün Qrenlandiyaya ayrılan müdafiə xərclərini 1,5 milyard dollara qədər artıracağını açıqlayıb.
Aİ-nin faktiki liderləri olan Fransa və Almaniya yanvarın 8-də Qrenlandiyanın bütövlüyünü və onun suveren sərhədlərinə təhdidlərin yolverilməzliyini qorumağın zəruriliyini xatırladıblar.
Bəs, Tramp öz istəyini nə qədər yaxındır?
İndiki məqamda bu barədə konkret nəsə demək çətindir. Çünki seçki kampaniyası zamanı səsləndirilən fikirlərin çoxu sonrakı dövrlərdə unudulur. Bu mənada Trampın Qrenlandiya məsələsində nə qədər qətiyyətli olduğunu ancaq yaxın aylarda biləcəyik. Lakin bütün hallarda Qrenlandiya ABŞ üçün “asan yem” deyil. Bu niyyətinə çatmaq üçün ABŞ təkcə Danimarkanı yox, həm də Aİ-ni, Rusiyanı və Çini qarşısına almalıdır.

Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Yanvar 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri