Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qlobal inflyasiya proqnozları ümidverici deyil

Qlobal inflyasiya proqnozları ümidverici deyil

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bölgədə davam edən gərginliklər qiymətlərin kəskin artımına yol açır

İran və Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar qlobal iqtisadiyyata öz ağır zərbələrini vurmaqdadır. Körfəz regionunda hərbi və siyasi ritorikanın sərt qalması xüsusilə də enerji bazarlarında risk amilini daha da yüksək saxlamaqdadır. Bu vəziyyət investorların riskli aktivlərdən qismən uzaqlaşmasına və təhlükəsiz aktivlərə yönəlməsinə səbəb olur ki, gərginlik xüsusilə neft və qızıl bazarlarında qiymətlərin həssas reaksiya verməsini daim izləyir. Qlobal mühitdə əsas indekslərdə artım əvvəlki aylarla nisbətdə çox zəif olub. Belə ki, “Dow Jones” cəmi 2,4 faiz artaraq 46,5 bəndə yüksəlib. “S&P 500” indeksi isə 0,72 faiz artaraq 6,57 bənd, “Nasdaq Composite” isə 1,1 faiz artaraq 21,84 bənd təşkil edib. Avropa bazarlarında da artım tendensiyası müşahidə olunub. “Euro Stoxx” 2,93 faiz, “FTSE 100 Index” 1,85 faiz, “DAX Index” 2,73 faiz yüksəlib. Asiya-Sakit okean regionunda isə əsas indekslər üzrə əsasən mənfi dinamika qeydə alınıb. “Nikkei” 2,42 faiz “TOPIX Index” 1,64 faiz, “Hang Seng Index” 1,52 faiz, “CSI 300 Index” 1,17 faiz geriləyib. Beləliklə, mart ayının sonu və aprel ayının ilk günləri qlobal maliyyə bazarlarında həm iqtisadi məlumatların, həm də geosiyasi risklərin təsiri ilə formalaşan yüksək həssaslıq dövrü kimi yadda qalıb.

ABŞ-da və Avropada mənfi siqnallar özünü biruzə verməkdədir

Dünya iqtisadiyyatının əsas güc mərkəzi olan ABŞ-da artıq mənfi siqnallar özünü biruzə verməkdədir. Cari ilin ilk rübündə əmək bazarı hesabatına əsasən, bu ölkədə zəifləyən əməkhaqqı dinamikası bazarlara öz təsirlərini göstərib. Mart statistikası əməkhaqqı artımının həm aylıq, həm də illik tempdə yavaşlaması dollar, istiqraz və səhm bazarlarının qiymətləndirməsində balansı dəyişib. Orta saatlıq qazanc aylıq müqayisədə cəmi 0,2 faiz artıb ki, bu da proqnozlaşdırılan göstəricidən aşağıdır. Ekspertlərin fikrincə, əməkhaqqı artımının həm aylıq, həm illik əsasda proqnozlardan zəif qalması inflyasiya təzyiqi baxımından mesajlarını verməsi deməkdir.

ABŞ-la yanaşı, Almaniya, Avrozona və Böyük Britaniyada açıqlanan makroiqtisadi göstəricilər monetar siyasət gözləntilərini yenidən formalaşdırarkən, bölgədə davam edən gərginlik investorların risk qiymətləndirmələrini daha da sərtləşdirir. Avrozonada və xüsusilə Almaniyada açıqlanan iqtisadi göstəricilər sənaye sektorunda zəifliyin davam etdiyini göstərir. İstehsal və ixrac göstəricilərindəki durğunluq Avropa iqtisadiyyatının bərpa prosesinin ləng getdiyini ortaya qoymaqla yanaşı, inflyasiyanın yenidən artmasına işarə edir. Avropa Mərkəzi Bankının hazırkı yumşaq monetar siyasətinin sərtləşəcəyinə dair ehtimallar böyüyür. Böyük Britaniyada da zəif artım və monetar ehtiyatlılıq müşayiət edilir. Birinci rübə dair açıqlanan iqtisadi məlumatlar iqtisadi artımın kövrək və qeyri-sabit olaraq qaldığını təsdiqləyir. İstehlakçı xərclərində və investisiyalarda məhdud artım “Bank of England”ın faiz siyasətində ehtiyatlı mövqeyini davam etdirəcəyini göstərdi. Bu fonda funt-sterlinq dalğalı dinamika nümayiş etdirməkdədir.

“ING Group”: dünya ölkələrində inflyasiya riskləri yüksəkdir

Mütəxəssislər bildirirlər ki, Hörmüz boğazının bağlanması qlobal neft qiymətlərində kəskin artım dünya bazarlarında təşvişə səbəb ola bilər. Bu boğaz dünya enerji təhlükəsizliyinin əsas arteriyalarından biri hesab olunur. Boğazın bağlanması qlobal iqtisadi şoka çevrilə, əksər ölkələrdə inflyasiya ikirəqəmli həddə çatdıra bilər. Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group”un hesablamalarına əsasən, bütün dünya ölkələrində inflyasiya riskləri yüksək olaraq qalır və qiymət artımına həm xarici, həm də daxili amillər təsir göstərir. Xüsusilə qlobal ərzaq bazarındakı bahalaşma və daxili kommunal tarif artımları inflyasiya təzyiqlərini gücləndirən əsas faktorlar kimi qiymətləndirilir. Yeni gözləntilərə görə, qlobal ərzaq qiymətlərində təxminən 10 faiz artım baş verəcək ki, bu da əksər ölkələrdə qiymət indekslərini artıracaq.

Digər institutların ehtimallarına görə, qlobal iqtisadiyyatda ölkələr üzrə inflyasiya gözləntilərini də fərqli istiqamətə səmtləndirir. ABŞ-də təklif şoku kimi çıxış edən tariflərin tədricən istehlak qiymətlərinə ötürülməsi əlavə inflyasiya təzyiqləri yaradacaq. Avropa və digər region ölkələrində bahalı tarif çərçivəsi mənfi tələb şoku kimi çıxış edir. Ümumilikdə, 2026-cı ildə inkişaf etmiş ölkələrdə (İEÖ) inflyasiya proqnozu ən azı 2-4 faiz, inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) isə 2,5-5,4 faiz artımla fərz edilir.

“Standard & Poor’s” (“S&P Global Ratings”)  beynəlxalq reytinq agentliyi  açıqladığı yeni sənəddə dünya üzrə orta illik inflyasiyanın 3 fazi səviyyəsində artacağı proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarında da inflyasiyanın yüksələcəyinə dair ehtimallar yer alır. BVF hesab edir ki, mövcud makroiqtisadi şərait və bazar təhlilləri inflyasiyanın artırıcı istiqamətdə dəyişdiyini göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, martda ərzaq qiymətləri indeksi ötən illə dövrü əsasda 1,7 faiz artıb, ancaq vəziyyət qiymət indeksinin ilin sonuna qədər daha da artacağına işarə edir.

Azərbaycanda idxal inflyasiyası yüksələ bilər

“ING Group”un təxminlərinə görə, Azərbaycanda idxal inflyasiyası fonunda qiymət indeksi 1,5 faiz-bənd yüksələ bilər. Ölkəmizdə illik inflyasiyanın 2026-cı ildə 5 faiz, 2027-ci ildə isə 5,5 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Əvvəlki proqnozlarla müqayisədə 2026-cı il üzrə gözləntilər 0,2 faiz bəndi azaldılıb, 2027-ci il üzrə isə 0,9 faiz bəndi artırılıb. Analitiklərin qiymətləndirmələrinə görə, 2026-cı ilin ilk rübündə inflyasiya 5,8, ikinci rübdə 5,5, 3-cü rübdə 4,9, dördüncü rübdə isə 4,6 faiz səviyyəsində gözlənilir. Yeri gəlmişkən, İqtisadiyyat Nazirliyi 2026-cı ildə inflyasiyanı 4,8 faiz, Mərkəzi Bank isə son qiymətləndirmə üzrə 5,7 faiz səviyyəsində proqnozlaşdırıb.

Xatırladaq ki,Azərbaycanda inflyasiya portfelinin təqribən yarısı idxal mallarının qiymət dəyişikliyindən formalaşır. Belə ki, ölkəmizdə inflyasiyanın təxminən 45  faizi yerli istehsal və daxili tələbdən, qalan 50 faizdən çoxu isə idxaldan yaranır. Bu o deməkdir ki, hazırda qeydə alınmış 5,7 faizlik infylyasiyanın təxminən 2,9 faizi idxala bağlıdır. Bunun da əsas başlıca səbəbi müxtəlif əmtəələrin, xüsusilə də ərzaq mallarının, xüsusilə də yerli qida istehsalında tələb olunan xammal komponentlərinin idxalının xaricdən gətirilməsidir. Bu baxımdan inkişaf etmiş bazarlarda və Yaxın Şərq gərginliyindən təsirlənən regionlarda artan qiymət əmsallarının idxal inflyasiyası üçün yeni risklər yaratması gözləniləndir.

Mərkəzi Bankdan yeni proqnoz

Mərkəzi Bank bildirir ki, baza ssenariyə əsasən, 2026-cı ilin və 2027-ci ilin sonuna illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Son meyillərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir. Ötən iclasdan bəri inflyasiya riskləri balansına artırıcı təsir göstərə bilən amillərin aktivləşməsi müşahidə olunur. Regionda gərginliyin kəskin fazaya keçməsi qlobal əmtəə və maliyyə bazarlarında qiymət və indekslərin dəyişkənliyini yüksəltməkdədir. Bu şəraitdə əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Belə ki, qlobal neft-qaz təchizat zəncirlərində pozuntuların yaranması, enerji məhsullarının qiymətinin artımı və logistika xərclərinin yüksəlməsi ticarət tərəfdaşlarında inflyasiyanın artımına səbəb ola bilər. İdxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi riski ticarət tərəfdaşlarında inflyasiya prosesləri ilə yanaşı, nominal effektiv məzənnənin dinamikasından da asılı olacaqdır. Daxili risk faktorları arasında təklif - xərc amilləri mühüm olaraq qalır.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Aprel 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri