Icma.az
close
up
RU
Qlobal İnnovasiya İndeksinin Azərbaycan üzrə göstəricilərinin müzakirəsinə həsr olunmuş videokonfrans keçirilib

Qlobal İnnovasiya İndeksinin Azərbaycan üzrə göstəricilərinin müzakirəsinə həsr olunmuş videokonfrans keçirilib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mayın 15-də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşəbbüsü, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə Qlobal İnnovasiya İndeksində (Qİİ) Azərbaycan üzrə göstəricilərin müzakirəsinə həsr olunmuş videokonfrans keçirilib.

Agentlikdən XQ-yə verilən məlumata görə, Qİİ-in yaradıcı komandası ilə müxtəlif formatlarda birbaşa təməsların qurulması, müzakirələrin aparılması təşəbbüsü hələ 2019-cu ildə ÜƏMT üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyası çərçivəsində bu beynəlxalq qurumun İqtisadiyyat və statistika bölməsinin nümayəndəsi ilə keçirilən görüşdə Əqli Mülkiyyət Agentliyinin nümayəndələri tərəfindən irəli sürülmüşdür. Həmin vaxtdan Qİİ-nin yaradıcı komandası ilə Azərbaycanın ayrı-ayrı dövlət qurumları arasında birbaşa əlaqələrin yaradılmasında Agentlik körpü rolunu oynayır.

Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə ÜƏMT mütəxəssisləri, ölkəmizin aidiyyəti dövlət orqanlarının (qurumlarının), Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın və onun nəzdində yaradılmış işçi qruplarının nümayəndələrinin iştirak etdikləri ilk belə görüş 2022-ci ilin 16 dekabr tarixində keçirilmişdir. Görüşdə aparılmış müzakirələrin nəticəsi olaraq Qlobal İnnovasiya İndeksinin 2023 və 2024-cü illər üzrə hesabatlarında Azərbaycana dair göstəricilərdə əvvəllər müşahidə olunan qeyri-dəqiq məlumatların sayı minimuma endirilib. İndi məlumatlar əsasən ilk mənbələrdən götürülür və birbaşa təmaslar müxtəlif formatlarda uğurla davam etdirilir.

Mayın 15-də keçirilən növbəti videokonfransda Rəqəmsal İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədri Fərid Osmanovun, Regional və Milli İnkişaf sektorunun Keçid və İnkişaf Etmiş Ölkələr departamentinin direktoru Habip Asanın və ÜƏMT-nin İqtisadiyyat və Statistika şöbəsinin müdiri Saşa Vunş-Vincentin məruzələri dinlənilib.

Natiqlər son illərdə Qlobal İnnovasiya İndeksi hesabatlarında Azərbaycana dair göstəricilərin bir sıra ölkələrlə müqayisədə xeyli yaxşılaşdığını və bu istiqamətdə həyata keçirilən tədbirlərin müsbət nəticələr verdiyini bildiriblər. Qeyd ediblər ki, hesabatlarda Azərbaycana dair göstəricilərin mütəmadi olaraq təhlil edilməsi, bəzi sahələrə aid məlumat boşluqlarının müəyyənləşdirilməsi və Qİİ-in yaradıcı heyəti ilə birbaşa əlaqələrin genişləndirilməsi beynəlxalq reytinqlərdə Azərbaycanın mövqelərinin daha da gücləndirilməsinə töhfə verə bilər.

Videokonfransda Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənli çıxış edib. Agentliyin İdarə heyətinin sədri Kamran İmanovun salamlarını tədbir iştirakçılarına çatdıran X.Həsənli Biznes mühitivə beynəlxalq reytinqlər üzrə Komissiyanın nəzdində yaradılmış “Əqli mülkiyyət məsələləri üzrə xüsusi işçi Qrupu”nun gördüyü işlər barədə danışıb. Qeyd edib ki, xüsusi işçi qrupunun yaradılmasının məqsədi əqli mülkiyyətlə əlaqəli sahələr barədə məlumatlılığın artırılmasına dəstək göstərmək və bu sahədə Komissiyanın digər işçi qrupları arasında koordinasiyanı təşkil etməkdir. O, keçən il sentyabrın 30-da Komissiyanın işçi qruplarının nümayəndələrinin iştirakı iləgeniş iclas keçirildiyini, iclasda Agentliyinin İdarə Heyətinin sədri, “Əqli mülkiyyət məsələləri üzrə” Xüsusi işçi qrupunun rəhbəri Kamran İmanovun “Qlobal İnnovasiya İndeksi - 2024” Hesabatında Azərbaycan üzrə göstəricilərin təhlili” mövzusunda geniş təqdimat etdiyini bildirib.

Agentliyin aparat rəhbəri "Qlobal İnnovasiya İndeksi-2024" hesabatında Bilik və texnologiyaların yayılması blokunda ölkəmiz üzrə yüksək yerləri əqli mülkiyyət sahəsində göstəricilərin tutduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, patentlər üzrə mövqelərimiz 2023-cü illə müqayisədə 13 pillə yaxşılaşmışdır, 50-ci yerdəyik və reytinqdə bu göstərici üzrə Cənubi Qafqazın digər ölkələrindən irəlidəyik. PCT patent müraciətləri üzrə göstəricimiz 2023-cü illə müqayisədə 15 pillə yaxşılaşmışdır, 72-ci yerdəyik. Faydalı modellər üzrə göstəricilər isə 49-cu yerdədir. Yaradıcı fəaliyyətin nəticələri blokunda qeyri-maddi aktivlər bölməsində əmtəə nişanları üzrə 49-cu yerdəyik. Bu, 2023-cü illə müqayisədə 17 pillə irəliləyiş deməkdir.

X. Həsənli Qlobal İnnovasiya İndeksi mövzusunda Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifliyi ilə Agentlik tərəfindən hazırlanmış kitablar barədə də konfrans iştirakçılarına məlumat verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 May 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see203

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see186

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see173

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see163

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see143

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see138

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see135

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see133

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri