Qlobal İnstitutunun təsisçisi: Xəzər dənizini inkişaf, əməkdaşlıq və təhlükəsizlik mərkəzinə çevirməliyik AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
Biz bilirik ki, Xəzər dənizi iqlim dəyişmələrindən əziyyət çəkir. Xəzərin üzləşdiyi problemlər çox böyükdür. Onların içərisində Xəzərin çirklənməsi, dəniz səviyyəsinin azalması kimi problemlər var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Su mühiti və sağlamlığı üzrə Qlobal İnstitutunun təsisçisi və direktoru Nidal Səlim Xəzər dənizinin ekologiyası mövzusunda keçirilən QHT-lərin beynəlxalq forumunda söyləyib: “ Biz problemlərdən həllərə doğru irəliləməliyik. Bizim Xəzər dənizinin problemləri ilə bağlı həllərimiz var. Bu həllər bizdən birgə əməkdaşlığı tələb edir”.
Nidal Salim Xəzər dənizini xilas etmək üçün təşəbbüslərin irəli sürülməsinin vacibliyinə də toxunub: "Region ölkələri bu xüsusuda əməkdaşlıq etməlidir. Xəzər dənizini inkişaf, əməkdaşlıq və təhlükəsizlik mərkəzinə çevirməliyik. Buna nail olmaq üçün ətrafımızda çox sayda fürsətlər mövcuddur. Bunlar təbii sərvətlər, xəzəryanı ölkələrin stabil iqtisadi vəziyyəti və gənclərin cəlb edilməsidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 19 Noyabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















