Icma.az
close
up
RU
Qlobal istiləşmə soyuqlaşma ilə əvəzlənir? ARAŞDIRMA

Qlobal istiləşmə soyuqlaşma ilə əvəzlənir? ARAŞDIRMA

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Alimlər hesab edirlər ki, qlobal istiləşmə daha çox cənub bölgələrində həddindən artıq soyuqluğa şərait yaradır. 

"Cebheinfo.az" xəbər verir ki, iqlim dəyişikliyi ilə zəifləmiş qütb burulğanı soyuq havanın cənuba doğru hərəkət etməsinə şərait yaradır.

Bir çox ölkədə qışın sərt keçməsi ilə əlaqədar mütəxəssislər soyuq havanın qlobal istiləşmənin də nəticəsi ola biləcəyini deyirlər.
ABŞ Milli Meteoroloji Xidməti həftə ərzində "həyat üçün təhlükəli" aşağı temperaturlar barədə xəbərdarlıq edib.

Xüsusilə şimaldakı Montana, Şimali Dakota və Minnesota ştatlarında mənfi 40 dərəcə olacağı gözlənilir. Bu, ABŞ-də ilin ilk soyuq dalğası deyil. 

ABŞ Prezidenti Donald Trampın ənənəvi olaraq yanvar ayında Konqres binası qarşısında keçirilməsi planlaşdırılan andiçmə mərasimi belə, kəskin soyuqlar səbəbindən qapalı yerə köçürülmüşdü.

İqlim dəyişikliyi nəticəsində bəzi bölgələr digərlərinə nisbətən daha sürətlə istiləşir. 
Məsələn, 2022-ci ildə “Nature” jurnalında dərc edilən araşdırmaya görə, şimaldakı Arktika bölgəsində istiləşmə sürəti qlobal orta göstəricidən dörd dəfə yüksəkdir. Bu vəziyyət "Arctic amplification" adlanır.

İqlim dəyişikliyinin ekstremal hava hadisələrinə təsirini araşdıran “World Weather Attribution”-ın 2022-ci il hesabatına görə, Avrasiya və Şimali Amerikada ekstremal qış şəraiti Arktikanın amplificationu ilə əlaqəli ola bilər. 

Bu sahədə araşdırmalar nisbətən yeni olsa da, alimlərin tapıntılarını bu cür ümumiləşdirmək olar: Normalda şimaldakı soyuq hava ilə cənubdakı isti hava arasındakı təzyiq fərqi planeti qərbdən şərqə doğru kəsən daimi küləklər yaradır və bu hava axını şimala doğru soyuq havanı saxlayar. 

Bu vəziyyət qütb burulğanı adlanır. Lakin şimalda sürətli istiləşmə iki hava kütləsi arasındakı temperatur fərqini azaldır və küləklər zəifləyir. Zəifləyən qütb burulğanı, şimaldan gələn soyuq havanın daha da cənuba doğru hərəkət edə biləcəyi ani dalğalanmalara imkan verir.

Dünyanın ən yaxşı ali məktəblərindən olan Massaçusets Texnologiya İnstitutunun baş iqlimşünası Uaninq Kanq deyir ki, qütb küləkləri zəiflədikcə soyuq hava dalğaları Meksikaya qədər çata bilər.

ABŞ-də yerləşən "Atmosfer və Ətraf Mühitin Tədqiqatları" şirkətinin hava üzrə eksperti Judah Cohen 2021-ci ildə "Science" jurnalında dərc olunan araşdırmada iqlim dəyişikliyinin cənub bölgələrində soyuq hava hadisələrinin tezliyini artıra biləcəyini qeyd edib. 

Tədqiqatçılar onu da qeyd edirlər ki, normalda daha çox nəm saxlamaq qabiliyyətinə malik olan isti hava qəfil soyuyanda orta həddən yuxarı qar yağması qeydə alına bilər.

Digər tərəfdən, "World Weather Attribution"-dan olan tədqiqatçılar qeyd edirlər ki, qütb burulğanının zəiflədiyinə dair sübutlar olsa da, iqlim dəyişikliyinin bunda rolu ilə bağlı tapıntılar hələ ki, qəti deyil.

Daha cənub bölgələrində yaşayanlar qütb soyuqlarını istilik rekordlarını qırdıqdan bir il sonra  yaşayırlar. Cəmi bir ay əvvəl Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti 2024-cü ilin ən isti il olduğunu açıqlamışdı. 

İnstitutun araşdırmasına görə, ötən il isti hava, sənayedən əvvəlki dövrlə (1850-1900-cü illər) müqayisədə 1,6 dərəcə yüksək olub. Bundan əvvəlki ən isti il 2023-cü il olub.

Nigar
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Fevral 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri