Icma.az
close
up
RU
Qlobal karbon emissiyasının üçdə ikisindən çoxu Yer səthinin 2 faizdən az hissəsini əhatə edən şəhərlərin üzərinə düşür AZƏRTAC

Qlobal karbon emissiyasının üçdə ikisindən çoxu Yer səthinin 2 faizdən az hissəsini əhatə edən şəhərlərin üzərinə düşür AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

COP29 çərçivəsində Bakıda keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşünün yekununa həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) kommunikasiya üzrə direktoru xanım Katerina Bezqaçinanın moderatorluğu ilə keçən tədbirdə UN-HABITAT-ın icraçı direktoru Anaklaudia Rossbax COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. O bildirib ki, üçüncü dəfə keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə görüşdə nazirlər, yerli liderlər, inkişaf bankları və maraqlı tərəflər gələcəkdə daha yaxşı şəhər həyatı üçün səyləri birləşdirməklə bağlı müzakirələr aparıblar. Bildirilib ki, müzakirələrdə tərəflər Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədlərinin tələblərinə cavab vermək üçün addımların atılmasının vacibliyini vurğulayıb, bunun üçün çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyətlərinin əhəmiyyətini qeyd ediblər.

İnfrastruktur sahəsindəki problemlərə görə bir milyona yaxın insanın qeyri-rəsmi yaşayış yerlərində məskunlaşdıqlarını vurğulayan icraçı direktor bildirib: “Hazırda dünyada insanların yarısı şəhərlərdə yaşayır və 20 ildən çox müddətdən sonra 2,4 milyard insanın şəhərlərə köçəcəyi gözlənilir. Şəhərlər buna hazır olmalıdır. Buna görə də şəhərlər ərazidən istifadəni genişləndirməyə, binaların satışını artırmağa məcburdur. Bu isə iqlim, ərzaq təhlükəsizliyi və ekosistem üçün təhdiddir”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iki il əvvəl şəhərsalma və iqlim dəyişikliyi üzrə nazirlərin görüşü təşəbbüsünü irəli sürdüyü üçün UN-HABITAT-a təşəkkür edib. O bildirib ki, bu görüş şəhərsalma gündəliyinə dair açıq və konstruktiv dialoqun aparılması üçün çox yaxşı platformadır.

“Azərbaycan iqlim problemlərini həll etmək üçün şəhərlərlə bağlı çoxsəviyyəli və çoxsektorlu maraqlı tərəflərin birlikdə hərəkət etməsi fikrinə inanır. Bu gün biz dayanıqlı və sağlam şəhərlər naminə Çoxsektorlu Fəaliyyət Yolları (MAP) üzrə COP29 Bəyannaməsini qəbul etdik. MAP təbiət və sağlamlıqla bağlı çoxsaylı sektorlar və idarəetmə səviyyələri üzrə səyləri birləşdirərək çoxsektorlu yanaşma ehtiyacını vurğulayır”, - deyə Komitə sədri diqqətə çatdırıb.

Anar Quliyev Azərbaycanın gələn il Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcəyini vurğulayaraq bildirib: “Biz şəhər iqlimi ilə bağlı fəaliyyət üzrə ilk xüsusi elçi institutunu yaratmaqdan və öhdəliklərimizin nəzərəçarpacaq nəticələr verməsi üçün əməli tədbirlər görməkdən şad olacağıq. Bu baxımdan Bakı Davamlılıq Koalisiyasının yaradılmasını vurğulamaqdan xüsusi qürur duyuram. Biz bu qrupdakı həmkarlarımız olan Misir, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və UN-HABITAT-a təşəkkür edirik. Əsas mesajımız odur ki, şəhərlərimizin gələcəyini əməkdaşlıq, innovasiya və dərin öhdəlik əsasında formalaşdıra bilərik”.

Slovakiya Baş nazirinin müavini Tomas Taraba bildirib ki, bütün siyasətçilər insanlara yaxşı şəhər mühitində yaşamağa kömək etmək, bütün mülki proqramları gücləndirmək üçün məsuliyyət daşıyırlar. Son 30 il ərzində Slovakiya həqiqətən böyük iqtisadi inkişaf keçib və bu sahədə təcrübələrini bölüşməyə hazırdır. Slovakiya Avropada regional mərkəz təşəbbüsünü irəli sürüb. Həmçinin Avropanın içməli su ehtiyatına malik ikinci ölkəsi olaraq suyun idarə edilməsi kimi ən həssas məsələlərlə bağlı da təcrübəsini bölüşməkdən çox məmnun olar.

COP29-un yüksəksəviyyəli çempionu Nigar Arpadarai şəhərlərin iqlim dəyişikliklərində rolunun böyük olduğunu diqqətə çatdırıb. Bildirib ki, qlobal karbon emissiyasının üçdə ikisindən çoxu Yer səthinin 2 faizdən az hissəsini əhatə edən şəhərlərin üzərinə düşür. Eyni zamanda, şəhərlər həm də iqlim dəyişikliyinin təsirlərinə qarşı çox həssasdır.

Yüksəksəviyyəli çempion əlavə edib ki, Azərbaycan dayanıqlı iqlimə önəm verir və ölkə yaşıl şəhərlərin qurulmasına böyük sərmayə qoyub.

Finlandiyanın Turku şəhərinin meri Minna Arve Turkunun 2029-cu ilədək neytral karbon şəhərinə çevrilməsinin hədəfləndiyini, bu baxımdan onun yaxşı nümunə ola biləcəyini qeyd edib.

Avropa Yenidənqurma və İnkişaf Bankının Dayanıqlı biznes və infrastruktur departamentinin direktoru Canpiero Naçi müzakirələrin şəhər gündəliyi ilə bağlı tədbirlərin sürətlənəcəyinə dair ümidləri artırdığını bildirib. O, iqlim dəyişikliklərində böyük rol oynayan şəhərlərin dayanıqlı iqlim tədbirlərinə uyğunlaşdırılmasında maliyyənin vacibliyini qeyd edib və bu istiqamətdə atılan addımlardan danışıb.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri