Icma.az
close
up
RU
Qlobal karbon emissiyasının üçdəikisindən çoxu Yer səthinin 2 faizdən az hissəsini əhatə edən şəhərlərin üzərinə düşür AZƏRTAC

Qlobal karbon emissiyasının üçdəikisindən çoxu Yer səthinin 2 faizdən az hissəsini əhatə edən şəhərlərin üzərinə düşür AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 20 noyabr, AZƏRTAC

COP29 çərçivəsində Bakıda keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksək səviyyəli nazirlərin görüşünün yekununa həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) kommunikasiya üzrə direktoru xanım Katerina Bezqaçinanın moderatorluğu ilə keçən tədbirdə UN-HABITAT-ın icraçı direktoru Anaklaudiya Rosbax COP29-u yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. O bildirib ki, üçüncü dəfə keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə görüşdə nazirlər, yerli liderlər, inkişaf bankları və maraqlı tərəflər gələcəkdə daha yaxşı şəhər həyatı üçün səyləri birləşdirməklə bağlı müzakirələr aparıblar. Bildirilib ki, müzakirələrdə tərəflər Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədlərinin tələblərinə cavab vermək üçün addımların atılmasının vacibliyini vurğulayıb, bunun üçün çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyətlərinin əhəmiyyətini qeyd ediblər.

İnfrastruktur sahəsindəki problemlərə görə bir milyona yaxın insanın qeyri-rəsmi yaşayış yerlərində məskunlaşdıqlarını vurğulayan icraçı direktor bildirib: “Hazırda dünyada insanların yarısı şəhərlərdə yaşayır və 20 ildən çox müddətdən sonra 2,4 milyard insanın şəhərlərə köçəcəyi gözlənilir. Şəhərlər buna hazır olmalıdır. Buna görə də şəhərlər ərazidən istifadəni genişləndirməyə, binaların satışını artırmağa məcburdur. Bu isə iqlim, ərzaq təhlükəsizliyi və ekosistem üçün təhdiddir”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iki il əvvəl şəhərsalma və iqlim dəyişikliyi üzrə nazirlərin görüşü təşəbbüsünü irəli sürdüyü üçün UN-HABITAT-a təşəkkür edib. O bildirib ki, bu görüş şəhərsalma gündəliyinə dair açıq və konstruktiv dialoqun aparılması üçün çox yaxşı platformadır.

“Azərbaycan iqlim problemlərini həll etmək üçün şəhərlərlə bağlı çoxsəviyyəli və çoxsektorlu maraqlı tərəflərin birlikdə hərəkət etməsi fikrinə inanır. Bu gün biz dayanıqlı və sağlam şəhərlər naminə Çoxsektorlu Fəaliyyət Yolları (MAP) üzrə COP29 Bəyannaməsini qəbul etdik. MAP təbiət və sağlamlıqla bağlı çoxsaylı sektorlar və idarəetmə səviyyələri üzrə səyləri birləşdirərək çoxsektorlu yanaşma ehtiyacını vurğulayır”, - deyə Komitə sədri diqqətə çatdırıb.

Anar Quliyev Azərbaycanın gələn il Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcəyini vurğulayaraq bildirib: “Biz şəhər iqlimi ilə bağlı fəaliyyət üzrə ilk xüsusi elçi institutunu yaratmaqdan və öhdəliklərimizin nəzərəçarpacaq nəticələr verməsi üçün əməli tədbirlər görməkdən şad olacağıq. Bu baxımdan Bakı Davamlılıq Koalisiyasının yaradılmasını vurğulamaqdan xüsusi qürur duyuram. Biz bu qrupdakı həmkarlarımız olan Misir, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və UN-HABITAT-a təşəkkür edirik. Əsas mesajımız odur ki, şəhərlərimizin gələcəyini əməkdaşlıq, innovasiya və dərin öhdəlik əsasında formalaşdıra bilərik”.

Slovakiya Baş nazirinin müavini Tomas Taraba bildirib ki, bütün siyasətçilər insanlara yaxşı şəhər mühitində yaşamağa kömək etmək, bütün mülki proqramları gücləndirmək üçün məsuliyyət daşıyırlar. Son 30 il ərzində Slovakiya həqiqətən böyük iqtisadi inkişaf keçib və bu sahədə təcrübələrini bölüşməyə hazırdır. Slovakiya Avropada regional mərkəz təşəbbüsünü irəli sürüb. Həmçinin Avropanın içməli su ehtiyatına malik ikinci ölkəsi olaraq suyun idarə edilməsi kimi ən həssas məsələlərlə bağlı da təcrübəsini bölüşməkdən çox məmnun olar.

COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai şəhərlərin iqlim dəyişikliklərində rolunun böyük olduğunu diqqətə çatdırıb. Bildirib ki, qlobal karbon emissiyasının üçdəikisindən çoxu Yer səthinin 2 faizdən az hissəsini əhatə edən şəhərlərin üzərinə düşür. Eyni zamanda, şəhərlər həm də iqlim dəyişikliyinin təsirlərinə qarşı çox həssasdır.

Yüksək səviyyəli çempion əlavə edib ki, Azərbaycan dayanıqlı iqlimə önəm verir və ölkə yaşıl şəhərlərin qurulmasına böyük sərmayə qoyub.

Finlandiyanın Turku şəhərinin meri Minna Arve Turkunun 2029-cu ilədək neytral karbon şəhərinə çevrilməsinin hədəfləndiyini, bu baxımdan onun yaxşı nümunə ola biləcəyini qeyd edib.

Avropa Yenidənqurma və İnkişaf Bankının Dayanıqlı biznes və infrastruktur departamentinin direktoru Canpiero Naçi müzakirələrin şəhər gündəliyi ilə bağlı tədbirlərin sürətlənəcəyinə dair ümidləri artırdığını bildirib. O, iqlim dəyişikliklərində böyük rol oynayan şəhərlərin dayanıqlı iqlim tədbirlərinə uyğunlaşdırılmasında maliyyənin vacibliyini qeyd edib və bu istiqamətdə atılan addımlardan danışıb.

Sonda jurnalistlərin suallarını cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri