Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Yəhudi xalqının az qala üçdə ikisindən çoxu Xəzər türkləridir Deputat

Yəhudi xalqının az qala üçdə ikisindən çoxu Xəzər türkləridir Deputat

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Dil hər bir xalqın, millətin mövcudluğunun əsas təməlidir. Azərbaycan dili də bu baxımdan çox qədim tarixə malikdir və milli kimliyimizin ən güclü göstəricilərindən biridir. Uzun əsrlər ərzində inkişaf edən Azərbaycan dili yalnız qədim kökləri ilə deyil, həm də zəngin leksik fondu və ifadə imkanları ilə dünyada ən inkişaf etmiş dillərdən biri kimi tanınır. Onun kökləri qədim Şumer mədəniyyətinə qədər gedib çıxır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan dilinin qorunmasından danışarkən bildirdi.

"Azərbaycan dili tarix boyu müxtəlif çətinliklərə, təzyiqlərə məruz qalmışdır. Ərəb istilası zamanı ərəb dili üzərindəki təsirə baxmayaraq, Azərbaycan dili öz milli kimliyini və ifadə gücünü itirməmişdir. Sonrakı dövrlərdə, xüsusilə fars şovinist təzyiqləri altında da dilimiz xalqın ruhunu qoruyaraq yaşamağa davam etmişdir. Bu isə bizim dilimizin nə qədər dayanıqlı və əzmkarlıqla qorunan bir sərvət olduğunu göstərir.

XX əsrin ən mürəkkəb dövrlərindən biri sovet hakimiyyəti dönəmi də Azərbaycan dilinin varlığını və inkişafını təhlükəyə atmışdı. Bu dövrdə bir çox xalqlar, məsələn, ukraynalılar kimi, dillərini itirərək milli kimlik problemləri ilə üzləşdilər. Ukraynalılara öz qıpçaq ləhcəli türk dilləri unutduruldu və bu gün ukraynalılar milli kimlik problemi yaşayırlar. Və bütün dünya xalqları onları slavyan hesab edir. Əslində isə onlar türklərdir. Dəşti-qıpçaq türkləridir. Xəzər xaqanlığı yəhudiliyi din kimi qəbul etdikdən sonra, imperiyanın çöküşündən sonra dünyanın müxtəlif yerlərinə yayılan Xəzər türkləri dillərini qoruya bilmədilər. Dinlərini qorudular. Ona görə də bu gün yəhudi xalqının az qala üçdə ikisindən çoxu özünü məhz yəhudi hesab edən Xəzər türkləridir. Yəni çoxsaylı belə nümunələr var ki, tarixin müxtəlif mərhələlərində xalqlar öz dillərini itiriblər. Sovet dövründə də belə bir assimilyasiya cəhdləri vardı. Məhz o dövrdə həm Azərbaycan xalqının öz dilini qorumaq istedadı və mübarizəsi, şübhəsiz ki, dilimizin imkanlarının daha da genişlənməsinə səbəb oldu. Əksinə sovet dövründə Azərbaycan dili inkişaf etmiş dillər sırasında yenidən özünü bərpa etdi. Azərbaycan xalqı öz dilinə sahib çıxmaqda böyük məharət və iradə nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi və 1978-ci ildə Azərbaycan dilinin dövlət dili statusunun qanuniləşdirilməsi bu mübarizənin ən parlaq nümunələridir. Heydər Əliyevin Bakı Dövlət Universitetində Azərbaycan dilində etdiyi nitq xalqımıza böyük ruh yüksəkliyi verdi və dilimizin üzərində olan təzyiqlərin aradan qaldırılmasına təkan oldu".

Millət vəkili qeyd etdi ki, müasir dövrdə isə dilimiz yenə də təzyiqlər altındadır.

"Qloballaşmanın, yeni texnologiyaların, sosial şəbəkələrin və internetin yaratdığı yeni ünsiyyət formaları - işarələr, simvollar, qısaltmalar - dilin inkişafı və qorunması üçün həm çağırış, həm də imkan yaradır. Lakin tarixi təcrübə göstərir ki, dil özü-özünü qorumaq qabiliyyətinə malik avtonom bir sistemdir. Əgər xalq öz dilinə sahib çıxarsa, heç bir güc onu əlindən ala bilməz.

Azərbaycan xalqı isə bu tarixi sınaqlardan uğurla çıxaraq, dilini yaşatmaqda və inkişaf etdirməkdə misilsiz bir nümunə göstərmişdir. Biz buna görə də hər il avqustun 1-də Azərbaycan dili gününü qeyd edir, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini xatırlayır və dilimizin problemləri, funksionallığı, orfoqrafiyası, semantikası və leksik fondu barədə daim müzakirələr aparırıq. Dilimiz daim genişlənməli, inkişaf etməli, kosmopolit və qeyri-Azərbaycan mənşəli sözləri özünəməxsus şəkildə mənimsəyərək zənginləşdirməlidir. Təkcə bir avqustda yox, il boyu bu proseslər davam etməlidir ki, dilimizə daxil olan kosmopolit sözləri, qeyri-Azərbaycan mənşəli sözləri, dilimizə uyğunlaşdıraraq onu məhz leksik fondumuzun dəyərinə çevirməyi bacaraq", - deyə H.Babaoğlu yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Avqust 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see221

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see204

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see191

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see191

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see182

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see178

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see162

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see160

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see154

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see154

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see148

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see147

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see145

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see144

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see144

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see143

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see142

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri