Icma.az
close
up
RU
Qlobal maliyyə bazarlarında gərginlik davam edir

Qlobal maliyyə bazarlarında gərginlik davam edir

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünən inflyasiyaya dair məlumatların proqnozların altında dərc olunması və Trampın tarif siyasıtinin beynəlxalq münasibətləri gərginləşdirməyə davam etməsi fonunda dolların major valyutalar qarşısında ucuzlaşması tendensiyası davam edib. Belə ki, EURUSD valyuta cütlüyü ötən gün 1.09410 səviyyəsindən bahalaşıb və bugün səhər 1.13830 səviyyəsinə qədər artım göstərib. Bu 2022-ci ilin fevral ayından bəri ən yüksək həddir. USDJPY cütlüyü eyni dövr ərzində 2024-ci ilin oktyabr ayından bu yana ilk dəfə 142.880 səviyyəsinə qədər ucuzlaşıb. EURGBP cütlüyü isə 2009-cu ilin iyun ayından bəri ən yüksək səviyyəyə, 0.87250 həddinə qədər qalxıb.

 Modern.az İnvest-AZ İnvestisiya şirkətinə istinadən xəbər verir ki, dolların ucuzlaşması investorların “güvənli liman” maliyyə aləti olaraq qızıla olan marağını artırıb və dəyərli metal tarixində ilk dəfə 3220$ səviyyəsinə qədər bahalaşıb. “Brent” markalı neftin qiyməti isə 63$ həddinin üzərində möhkəmlənməyə çalışır. Hazırda “qara qızıl” beynəlxalq birjalarda 63.50$-a ticarət olunur. “Bitcoin”-in qiyməti isə son iki gündə 80000$ səviyyəsinin altına düşüb. 

Ötən gün ABŞ-ın Əmək Nazirliyinin verdiyi məlumatlara əsasən, mart ayında ölkədə İstehlak Qiymətləri İndeksi (CPI) illik ifadədə 2.4% artıb. Qiymət artımı fevral ayında dərc olunan 2.8%-lik göstəriciyə nisbətən zəifləyib. Aylıq ifadədə CPI indeksi fevral ayı ilə müqayisədə mart ayında 0.1% azalıb. Bu, 2020-ci ilin may ayından bəri, göstəricidə müşahidə olunan ilk azalmadır. Ölkədə baza inflyasiya indeksi (Core CPI) mart ayında fevral ilə müqayisədə 0.1%, illik ifadədə isə 2.8% artıb.

Həmçinin, dünən ABŞ-da işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı ötən həftə 4 min nəfər artaraq 223 min nəfərə çatıb. Martın 29-da başa çatan həftə üzrə işsizlik müavinəti almaqda davam edən amerikalıların sayı 1.893 milyon nəfərdən 1.85 milyon nəfərə qədər azalıb. Kanadada isə fevral ayı üçün Tikinti üzrə İcazələri Sayı 2.9% artıb. 

Bugün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da dərc olunacaq İstehsal Qiymətləri İndeksi (PPI) investorların diqqət mərkəzində olacaq əsas xəbərdir. Eləcə də, Almaniyada açıqlanacaq İstehsal Qiymətləri İndeksi, Böyük Britaniyada dərc olunacaq Tİcarət Saldosu, ÜDM və Sənaye Sektorunda İstehsal Həcmi və Türkiyədə açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri də bazar iştirakçıları maraqla gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Aprel 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri