Icma.az
close
up
RU
Qlobal maliyyə sistemində yeni dövrün başlanğıcı

Qlobal maliyyə sistemində yeni dövrün başlanğıcı

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün dünya maliyyə bazarlarında tarixi bir hadisə baş verdi: bitkoin ilk dəfə olaraq 100 min ABŞ dollarlıq psixoloji həddi keçərək 104 088 ABŞ dollara qədər yüksəldi. Bu, yalnız kriptovalyuta dünyası üçün deyil, ümumilikdə qlobal maliyyə sistemi üçün əhəmiyyətli bir dönüş nöqtəsi kimi qiymətləndirilir.

"Ölkə.az" xəbər verir ki, kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin ümumi bazar kapitalizasiyası hazırda 3,5 trilyon ABŞ dolları təşkil edir ki, bunun 54 %-i bitkoinə məxsusdur. Hazırda bitkoinin qiyməti 101 478 ABŞ dolları təşkil edir, bazar kapitalizasiyası isə 2 trilyon ABŞ dollara çatıb. Bununla da bitkoin”, “Tesla”, “Meta”, “Saudi Aramco” kimi nəhəng şirkətləri və hətta gümüşü geridə qoyaraq dünyanın ən bahalı aktivləri siyahısında 7-ci pilləyə yüksəlib.

Artımın əsas səbəbləri

Kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev, bitkoinin qiymətinin artımına təsir edən əsas faktorlardan biri ABŞ Prezidenti Donald Trampın Amerika Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) yeni sədrinin təyinatıdır: "Bu şəxs kriptovalyuta sektoruna loyal yanaşması ilə tanınır. Bu addım, bazara inamı artıraraq investorlar arasında pozitiv əhval-ruhiyyə yaradıb".

Bitkoinin bahalaşmasının digər bir səbəbi ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauelinin (Jerome Powell) açıqlaması olub. O, bitkoini dollara deyil, qızıla alternativ kimi gördüklərini bəyan edib. Bu yanaşma, bitkoinin etibarlı bir investisiya aləti kimi qəbul olunmasına şərait yaradıb.

Rusiya Prezidenti Vladimir Putinin, "Sberbank" tərəfindən təşkil olunan forumda çıxışı da bu bazara artıcı təsir göstərib. O bildirib ki, heç bir ölkə bitkoin və digər kriptovalyutaları qadağan edə bilməz. Onun sözlərinə görə, rəqəmsal aktivlər dünya maliyyə sistemində dönüş yaradır və bu prosesin qarşısını almaq mümkün deyil.

Bununla yanaşı böyük maliyyə qurumları və investisiya fondları bitkoini öz portfellərinə əlavə edərək bu yüksəlişə əhəmiyyətli töhfə verdilər. Bitkoinə tələb, həmçinin ənənəvi valyutaların dəyər itirməsi ilə inflyasiyadan qorunma vasitəsi kimi də artdı. Bitkoinin ümumi təklifinin 21 milyon ilə məhdudlaşması da qıtlığı artıraraq onun dəyərini yüksəltdi, blokçeyn texnologiyasındakı yeniliklər və miqyaslanma həlləri isə bitkoinin istifadə sahələrini genişləndirdi.

Bazarın mövcud mənzərəsi və gələcəyi

Hazırda bazar kapitalizasiyasına görə ən böyük üç kriptovalyuta - bitkoin (BTC), "Ethereum" (ETH) və "Ripple"dır (XRP).

Bitkoinin qiyməti 101 917 ABŞ dolları, bazar kapitalizasiyası 2 trilyon ABŞ dolları təşkil edir. Bazar kapitalizasiyası 456,2 milyard ABŞ dolları olan ETH-in qiyməti 3 916 ABŞ dollarıdır, XRP kriptovalyutasının dəyəri isə 2 408 ABŞ dolları, bazar kapitalizasiyası 150 milyard ABŞ dollarına çatıb.

Bitkoinin gələcəyi haqqında dəqiq proqnoz vermək mümkün olmasa da, onun hələ də olduqca volatil aktiv olaraq qalacağı ehtimal olunur və qısamüddətli enişlər mümkündür. Hesab edilir ki, ölkələrin kriptovalyutalara yönəlik tənzimləmələri bitkoinin gələcəyini formalaşdıran ən vacib amillərdən biri olacaq.

Ekspertlərin fikrincə, bitkoin ödəniş sistemlərindən maliyyə xidmətlərinə qədər bir çox sahədə istifadə edilməyə başlana bilər. "Ethereum", "Binance Coin" kimi digər kriptovalyutaların inkişafı bitkoinin üstünlüyünə təhdid ola bilər. Bitkoin artıq sadəcə spekulyasiya vasitəsi deyil, qlobal maliyyə sisteminin mühüm bir hissəsinə çevrilib. Bu transformasiya ənənəvi maliyyə sistemlərinə dərin təsir göstərəcək və yeni maliyyə nizamının yaranmasına səbəb ola bilər. Lakin investorların bitkoinə sərmayə qoymadan əvvəl riskləri diqqətlə qiymətləndirmələri və peşəkar məsləhət almaları vacibdir.(Report)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Dekabr 2024 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri