Qlobal nizam dağılma təhlükəsində ABŞ qurduğu sistemi sökür
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Münhen Təhlükəsizlik Hesabatı 2026 İkinci Dünya müharibəsindən sonra qurulmuş beynəlxalq sistemin “dağılma prosesinə” girdiyini bildirir və ABŞ-ın artıq qlobal nizamın qoruyucusu deyil, onu zəiflədən aktor olduğunu vurğulayır.
Bakupost.az xəbər verir ki, hesabat 62-ci Münhen Təhlükəsizlik Konfransı (MSC) öncəsi “Dağılma təhlükəsi” başlığı ilə yayımlanıb.
Hesabatda, ABŞ-ın beynəlxalq hüquq və institutları gözardı edən siyasəti “dünya nizamını güclülərin və zənginlərin üstün olduğu bir sahəyə” çevirdiyi qeyd olunub. Ukrayna məsələsində ABŞ-ın tərəddüdlü mövqeyi və strateji geri çəkilməsi Avropada güvən problemi yaradıb. Sorğular göstərir ki, almanların 66, ingilislərin 52, fransızların 50 faizi ABŞ-ı NATO-da daha az etibarlı müttəfiq hesab edir.
Hesabat müəllifləri Tobias Bunde və Sofi Eysentraut yazır ki, beynəlxalq sistem artıq razılaşma yox, güc əsasında işləyir və buna uyğunlaşmayan ölkələr “əzilmə” riski ilə üzləşir. Hesabatda ABŞ Prezidenti Donald Tramp “məhv gülləsi” siyasəti ilə mövcud qurumları hədəf alan əsas aktor kimi təqdim olunur, prinsipial əməkdaşlığın yerini “al-ver” ticarəti və şəxsi maraqların aldığı vurğulanır.
Avropada “Pax Americana” sonrası axtarışlar davam edir. Hesabat qeyd edir ki, Avropa ölkələri hələ də təhlükəsizlik istehlakçısı rolundan təminatçı roluna keçə bilməyib. Müdafiə xərclərini artırmaq və elastik koalisiyalar qurmaq səyləri aparılsa da, ABŞ-ın boşluğunu doldurmaq çətin görünür.
Son illərdə Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Çin qlobal inkişaf maliyyəsində daha görünür olsa da, onların strategiyaları ənənəvi Qərb donorlarından fərqlənir.
Fevralın 13-də 100-dən çox dövlət başçısı və xarici işlər, müdafiə nazirlərinin qatılacağı konfransın əsas gündəmi məhz dağılma siyasəti və nəticələri olacaq.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Dağılma təhlükəsində olan abidə: Şirvanşahların yadigarı baxımsız vəziyyətdə
03 Sentyabr 2025 01:01
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır AVROPADA
03 Noyabr 2026 12:12
ABŞ nin blokadası bizi yox, qlobal sistemi zəiflədəcək İran rəsmisi
30 Aprel 2026 15:33
Dünyanın yeni soyuq müharibəsi: ABŞ Çin rəqabəti qlobal sistemi dəyişir
01 İyul 2026 16:09
Qlobal təhlükəsizlik sistemi sınağa çəkilir
08 Aprel 2026 12:04
Baxış sayı:149
Bu xəbər 10 Fevral 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















