Icma.az
close
up
RU
“Qlobal şərtlər konsensusu diktə edir“ “Sabah“

“Qlobal şərtlər konsensusu diktə edir“ “Sabah“

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"ABŞ və Çin arasındakı gərginlik texnoloji müharibəyə çevrilə bilər..."

Çin bütün sahələrdə ABŞ-ın hegemonluğunu sarsıtmaqda davam edir. Pekin sürətli modernləşdirmə və silahlı qüvvələrinin gücləndirilməsi prosesini aparır, Vaşinqton isə ciddi tənəzzül yaşayır.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri yazıb.

ABŞ Çinlə rəqabət aparan əsas güc kimi mübarizəyə girişib. Pekin isə texnologiya sahəsində ABŞ-ın dominantlığını pozmağa çalışır və bunun ən son nümunəsi "DeepSeek" layihəsidir. Bundan əlavə, Çin mümkün nüvə müharibəsi ssenarisinə qarşı Pentaqondan 10 dəfə böyük hərbi komanda mərkəzi inşa edir.

Bu proses fonunda prezident Tramp ABŞ-ın materik hissəsində yeni nəsil "Dəmir Qübbə" raketdən müdafiə sistemi yaratmaq təşəbbüsü ilə çıxış edib. Sistem hipersəs və qitələrarası ballistik raketlərə qarşı effektiv müdafiəni təmin etməlidir.

ABŞ üçün "Sakit okean fəlakəti" riski

"Rand Corporation" analitik mərkəzi xəbərdarlıq edir ki, Çin Tayvana müdaxilə edərsə, bu, Ukraynaya bənzər münaqişə yarada bilər. Çinin hərbi modernləşdirilməsinə rəğmən, aşağı sosial statuslu ordu xidməti və çağırış sistemi onun inkişafını çətinləşdirir. Çin bu boşluğu doldurmaq üçün keçmiş NATO pilotlarını cəlb etsə də, bu, ona üstünlük qazandırmır.

Pekin "atəşsiz qələbə" strategiyasını iqtisadiyyat və texnologiya üzərində qurur. ABŞ da birbaşa müharibə əvəzinə texnologiya və iqtisadi təzyiqə güvənir. Lakin Vaşinqtonun çiplərə tətbiq etdiyi sanksiyalar Çinin texnoloji inkişafını dayandıra bilməyib. Hər il dörd milyon mühəndis yetişdirən Çin innovasiyada ABŞ-ı üstələyə biləcək potensiala malikdir.

ABŞ - yeni Böyük Britaniya?

İtalyan analitik Francesco Sisci Çinin inkişaf modelini XIX əsrin sonundakı Almaniya ilə müqayisə edir. O dövrdə Almaniya əvvəlcə Britaniyaya təqlid edib, sonra isə onu üstələyərək "Made in Germany" brendini keyfiyyət rəmzinə çevirib. Çin ABŞ-a münasibətdə eyni yolu izləyir.

Bu gün ABŞ keçmiş Britaniya kimi geriləmə yaşayır. Öz müttəfiqlərinin və Avropanın onu tərk etdiyini hiss edir və alyans sistemini yenidən qurmaq istəyir. Tramp yalnız qlobal gücləri öz ətrafında birləşdirə bilsə, Çini təcrid edə bilər,  amma bu, çətin görünür.

Əgər ABŞ Avropa və Asiya-Sakit okean regionundan gözlədiyi dəstəyi ala bilməsə, onda bu rəqabət müharibə deyil, qlobal konsensusla yekunlaşacaq. Mövcud proseslər də məhz buna işarə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Fevral 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri