Icma.az
close
up
RU
Qlobal siyasətdə strateji platforma

Qlobal siyasətdə strateji platforma

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Martın 12-də Bakı növbəti dəfə beynəlxalq siyasətin diqqət mərkəzinə çevrildi. Azərbaycanın paytaxtında keçirilən XIII Qlobal Bakı Forumu sadəcə növbəti beynəlxalq toplantı deyil, həm də müasir dünyanın mürəkkəb geosiyasi proseslərinin müzakirə olunduğu mühüm tribuna oldu. Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qlobal təhlükəsizlikdən regional sülhə, enerji siyasətindən nəqliyyat dəhlizlərinə qədər geniş mövzulara toxunaraq müasir beynəlxalq münasibətlər sisteminə dair mühüm mesajlar verdi. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq uzun illərdir ki, müxtəlif ölkələrdən siyasi liderləri, diplomatları və ekspertləri bir araya gətirərək qlobal problemlərin müzakirəsi üçün unikal platforma yaradır. Lakin bu dəfəki forumun xüsusi əhəmiyyəti var: dünya nizamı dəyişir, yeni siyasi qütblər formalaşır, regional münaqişələr isə qlobal təhlükəsizlik sistemini sarsıdır. Belə bir mürəkkəb mərhələdə Bakıda səslənən fikirlər təkcə regional deyil, həm də beynəlxalq siyasət üçün əhəmiyyətli mesajlar kimi dəyərləndirilir. Ölkə başçısının çıxışında xüsusi vurğulanan məqamlardan biri müasir dövrdə təhlükəsizlik məsələlərinin prioritet xarakter daşıması idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, hazırkı geosiyasi şəraitdə təhlükəsizlik məsələləri bütün digər sahələri kölgədə qoyur. “İndi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır”. Bu fikir əslində müasir dünyanın reallıqlarını çox dəqiq ifadə edir. Son illər beynəlxalq münasibətlər sistemində baş verən hadisələr – regional müharibələr, enerji böhranı, geosiyasi qarşıdurmalar və iqtisadi qeyri-sabitlik – dövlətləri təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirməyə məcbur edir. Artıq aydın görünür ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları bəzən real siyasətin sərt reallıqları qarşısında aciz qalır. Azərbaycanın son onilliklərdə keçdiyi yol müasir beynəlxalq siyasətdə çox nadir nümunələrdən biri hesab oluna bilər. Cənab Prezident çıxışında bu tarixi mərhələləri xatırladaraq beynəlxalq sistemdə mövcud olan ikili standartlara da diqqət çəkdi. “Təxminən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur”. Bu fakt təkcə Azərbaycanın deyil, bütövlükdə beynəlxalq hüquq sisteminin sınağa çəkildiyi bir dövrü ifadə edir. Dövlət başçısının sözlərinə görə, həmin dövrdə qəbul edilmiş beynəlxalq qərarlar uzun illər kağız üzərində qalıb. Bu isə qlobal siyasətdə tez-tez rast gəlinən bir reallığı göstərir: beynəlxalq hüquq yalnız siyasi iradə olduqda işlək mexanizmə çevrilə bilir. Azərbaycanın son illərdə əldə etdiyi ən mühüm nəticə suverenliyinin və ərazi bütövlüyünün bərpasıdır. Cənab Prezident çıxışında bu prosesin necə baş verdiyini aydın şəkildə izah etdi. “Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq”. Bu fikir müasir beynəlxalq siyasətdə çox mühüm bir mesajdır. Çünki uzun illər ərzində davam edən münaqişələrin əksəriyyəti ya dondurulmuş vəziyyətdə qalır, ya da həllsiz qalaraq yeni gərginlik ocaqları yaradır. Azərbaycan isə fərqli yol seçdi: əvvəlcə hərbi-siyasi mərhələdə suverenliyini bərpa etdi, daha sonra isə regionda sülh gündəliyini irəli sürdü. Bu model bir çox ekspertlər tərəfindən müasir diplomatiyada nadir nümunə kimi qiymətləndirilir. Əslində, bu proses yalnız iki ölkə arasında münasibətlərin normallaşması deyil. Bu, bütövlükdə regionun gələcək iqtisadi və siyasi inkişafını müəyyən edən yeni mərhələnin başlanğıcıdır. Cənab Prezidentin çıxışında enerji təhlükəsizliyi mövzusu da geniş yer aldı. Müasir dünyada enerji resursları artıq yalnız iqtisadi deyil, həm də geosiyasi alət kimi çıxış edir. “Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır”. Azərbaycan bu sahədə mühüm rol oynayan ölkələrdən biridir. Dövlət başçısının sözlərinə görə, ölkə artıq neft və qaz ixrac edən etibarlı tərəfdaş kimi beynəlxalq bazarda mühüm mövqe qazanıb. Xüsusilə təbii qaz ixracının genişlənməsi Azərbaycanın Avropa və digər regionlar üçün enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını göstərir. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı qısa müddətdə 16-ya çatıb. Bu isə ölkənin enerji diplomatiyasının uğurlu nəticələrindən biridir.

Cənab Prezidentin çıxışında diqqət çəkən digər mühüm mövzu nəqliyyat və logistika məsələləri oldu. Müasir dünyada qlobal ticarətin əsas dayaqlarından biri nəqliyyat dəhlizləridir. “Biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq”. Azərbaycanın coğrafi mövqeyi bu baxımdan ölkəyə xüsusi strateji üstünlük verir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan beynəlxalq ticarət marşrutlarının mühüm qovşağına çevrilir. Son illərdə ölkədə həyata keçirilən iri infrastruktur layihələri – limanlar, dəmir yolları, avtomobil magistralları – Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb. Cənab Prezident çıxışında həmçinin regionda yeni nəqliyyat istiqamətlərinin formalaşmasının mümkünlüyünə də toxundu. Bu istiqamətlər yalnız iqtisadi deyil, həm də siyasi baxımdan region ölkələri arasında əməkdaşlığı gücləndirə bilər. Son illərdə Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməklə qlobal diplomatiyada fəal rol oynamağa başlayıb. Qlobal Bakı Forumu da bu siyasətin mühüm elementlərindən biridir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq üçün açıq platforma olduğunu vurğuladı. Bu yanaşma ölkənin xarici siyasət strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan təkcə regional deyil, həm də qlobal problemlərin müzakirə olunduğu platformaların təşəbbüskarı kimi çıxış edir. Bugünkü dünya əvvəlki onilliklərdən tamamilə fərqli bir mərhələyə daxil olur. Qlobal güc balansı dəyişir, yeni iqtisadi və siyasi mərkəzlər formalaşır. Belə bir şəraitdə orta və regional güclərin rolu da artır. Azərbaycan da bu yeni geosiyasi reallıqda öz mövqeyini möhkəmləndirən ölkələrdən biridir. Ölkə başçısının Qlobal Bakı Forumundakı çıxışı məhz bu yeni reallığın ifadəsi kimi qəbul edilə bilər. Bu çıxış təkcə Azərbaycanın mövqeyini açıqlamır, həm də müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə dair strateji baxış təqdim edir.

XIII Qlobal Bakı Forumu bir daha göstərdi ki, Bakı artıq beynəlxalq siyasi dialoqun mühüm mərkəzlərindən birinə çevrilib. Beləliklə, XIII Qlobal Bakı Forumu təkcə beynəlxalq tədbir deyil, həm də qlobal siyasətdə yeni ideyaların və yanaşmaların müzakirə olunduğu strateji platforma kimi tarixə düşür.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Mart 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri