Icma.az
close
up
RU
Baxışların kəsişdiyi strateji platforma

Baxışların kəsişdiyi strateji platforma

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ilin iyulunda tarixi Şuşa şəhərində keçirilən "III Qlobal Media Forumu" informasiya cəbhəsində qlobal mübarizənin intensivləşdiyi, süni intellektin və rəqəmsallaşmanın media sferasını sürətlə dəyişdirdiyi bir dövrdə baş tutdu. "Yeni media dövrü: İnsanlıq, dəyərlər, dövlətlər üçün çağırışlar" şüarı ilə təşkil olunan forum, sadəcə jurnalistlərin toplaşdığı bir tədbir deyil, həm də müasir dünyanın geosiyasi, texnoloji və ideoloji dilemmlarının müzakirə olunduğu qlobal platformaya çevrildi.

Prezident İlham Əliyevin Forumda iştirakı və jurnalistlərin suallarını birbaşa cavablandırması, tədbiri diplomatik və analitik baxımdan daha da əhəmiyyətli etdi. Forumun əsas məqsədi və mahiyyəti məqsədi informasiya təhlükəsizliyi, qlobal media çağırışları, yeni nəsil texnologiyaların mediaya təsiri, söz və məlumat azadlığı kimi mövzular ətrafında beynəlxalq fikir mübadiləsi aparmaq və Azərbaycanın bu sahədə təşəbbüskar mövqeyini dünyaya nümayiş etdirmək idi. Şuşada bu cür mötəbər beynəlxalq tədbirin keçirilməsi, Azərbaycanın həm də mədəni və informasiya diplomatiyasında aktiv oyunçuya çevrildiyini göstərdi. İştirakçıların coğrafiyası və tədbirin beynəlxalq çəkisi isə xüsusi ilə diqqəti çəkdi. Beləki Forumda 50-dən çox ölkədən 150-dən artıq media nümayəndəsi iştirak etdi. Dünyanın müxtəlif regionlarını əhatə edən iştirakçılar arasında beynəlxalq xəbər agentliklərinin rəhbərləri, tanınmış media ekspertləri, jurnalist təşkilatları və rəqəmsal platformaların təmsilçiləri yer aldı. Bu, tədbirin qlobal informasiya gündəminin formalaşmasında nə qədər nüfuzlu mövqe tutduğunun sübutudur. Prezident İlham Əliyevin iştirakının mahiyyəti isə olduqca böyük idi. Qəsası, Forumun ən mühüm və diqqət çəkən hissəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin moderatorluq etdiyi sessiya oldu. O, jurnalistlərin ən aktual, bəzən isə həssas və mürəkkəb suallarını səmimiyyətlə, analitik əsaslandırma ilə cavablandıraraq, Azərbaycanın daxili və xarici siyasətinə dair mühüm mesajlar verdi. Cənab Prezidentin nitqi sadəcə cavablar silsiləsi deyil, həm də strateji və geosiyasi təhlil idi. Forum çərçivəsində COP29-un Bakıda keçirilməsinə dair suallar və bu istiqamətdə aparılan siyasətə dair cavablar xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyev Azərbaycanın enerji keçidi siyasətini əsaslandıraraq qeyd etdi ki, ölkə artıq neft dövrünün çərçivəsindən çıxaraq "yaşıl enerji" dövrünə qədəm qoyur: "COP29-un Bakıda keçirilməsi Azərbaycanın dünya ictimaiyyəti tərəfindən ekoloji məsuliyyətli tərəfdaş kimi qəbul olunmasının göstəricisidir." Bu çıxışla Azərbaycan bir daha sübut etdi ki, təkcə enerji istehsalçısı kimi deyil, həm də qlobal ekoloji çağırışlara cavab verən məsuliyyətli dövlət kimi çıxış edir. Zəngəzur dəhlizi və onun geosiyasi əhəmiyyəti barədə deyilənlər də son drəcə önəmli idi. Forumda ən çox diqqət çəkən suallardan biri Zəngəzur dəhlizi ilə bağlı idi. Cənab Prezident bu suala cavabında dəhlizin açılmasının təkcə region üçün deyil, Avrasiya məkanında ticarət və nəqliyyat axınlarının diversifikasiyası baxımından əhəmiyyətli olduğunu vurğuladı: "Zəngəzur dəhlizi regional sabitlik və əməkdaşlıq üçün unikal imkan yaradır. Əgər Ermənistan bu şansı dəyərləndirməsə, alternativlərimiz var." Bu bəyanat Ermənistanın prosesə destruktiv yanaşmasına diplomatik mesaj idi və Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirdi. Rəqəmsallaşma və süni intellektin media mühitinə təsirinə gəlincə deməliyəm ki, Forumda müzakirə olunan əsas mövzulardan biri də süni intellektin və rəqəmsal texnologiyaların media sahəsinə təsiri idi.
Cənab Prezident bu məsələ ilə bağlı qeyd etdi: "Süni intellekt informasiya istehsalında sürət və dəqiqlik gətirsə də, onun etik sərhədləri və manipulyasiya potensialı da müzakirə olunmalıdır." Bu fikirlə həm texnoloji irəliləyişin dəyərləndirilməsi, həm də informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyi ön plana çəkildi. Cənab Prezidentə ünvanlanan suallardan biri də Rusiya ilə münasibətlərə dair idi. İlham Əliyev cavabında qeyd etdi ki: "Azərbaycan Rusiya ilə qarşılıqlı hörmət və tərəfdaşlıq əsasında münasibətlərini qurur. Bizim siyasətimiz birmənalıdır: müstəqil, praqmatik və milli maraqlara əsaslanan siyasət." Bu cavab, Qərb-Rusiya qarşıdurmasının fonunda Azərbaycanın balanslaşdırılmış diplomatiyasının ifadəsi idi. Cənab Prezidentin vurğuladığı sətiraltı mesaj ondan ibarət idi ki, Bakı heç bir geosiyasi düşərgənin peyki deyil və informasiya müstəvisində neytral və obyektiv mövqeyini qorumaqda qərarlıdır. III Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan təkcə Cənubi Qafqazın deyil, həm də Avrasiya informasiya məkanının mərkəzində dayanan təşəbbüskar dövlətdir. Forum həm də postmünaqişə dövründə Azərbaycanın yaratdığı yeni reallıqların, inteqrasiya layihələrinin və qlobal çağırışlara verdiyi cavabların təqdimatı oldu. Şuşa artıq təkcə mədəniyyət deyil, həm də informasiya diplomatiyasının, qlobal medianın, analitik düşüncənin və strateji baxışların görüş yeridir. Azərbaycan sözlə, süni intellektlə və strateji mesajla beynəlxalq münasibətlərin gündəmini formalaşdırır. III Qlobal Media Forumu isə bu prosesin canlı sübutudur.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyul 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri