Icma.az
close
up
RU
Qlobal təhsil təcrübələrini birləşdirən “Yeni çağırışlar”ın təqdimatı Fotolar

Qlobal təhsil təcrübələrini birləşdirən “Yeni çağırışlar”ın təqdimatı Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ADA Universitetində “Yeni çağırışlar” kitabının təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təqdimat mərasimində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, ictimai xadimlər, məktəb direktorları, müəllimlər və digər qonaqlar iştirak ediblər.

“Yeni çağırışlar” kitabının müəllifi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi salamlama nitqi ilə çıxış edərək bildirib ki, kitabda dünyanın aparıcı təhsil mütəxəssisləri ilə aktual mövzuları əhatə edən müsahibələr yer alır. Cəfər Mənsiminin sözlərinə görə, geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Yeni çağırışlar” kitabında təhsildə köklü dəyişikliklər üçün yol xəritəsi təqdim olunur, daha təhsilli gələcək naminə diqqətəlayiq təcrübələr və dünya standartları əksini tapır.

Kitabda təhsildə dünya standartları və liderlik, effektiv öyrənmə mühiti, rəqəmsal dünyada öyrənmə, yaradıcı məktəblər, qiymətləndirmə, ömürboyu öyrənmə və yeni səriştələr, təhsilin gələcəyi, yeni dövrün öyrənmə mədəniyyəti, müəllim nüfuzu və digər mövzulara toxunulur.

Tədbirə evsahibliyi edən ADA Universitetinin prorektoru Vəfa Kazdal çıxışında kitabın qlobal təhsil fəlsəfəsini özündə ehtiva etdiyini və müsahibələrin praktik baxımdan dəyərli dərslər təqdim etdiyini diqqətə çatdırıb. Çıxış edən nazir müavini Kənan Kərimzadə bildirib ki, “Yeni çağırışlar” kitabı müasir təhsil mühitində baş verən transformasiyaları daha dərindən anlamaq üçün əhəmiyyətli platforma rolunu oynayır. Onun sözlərinə görə, kitab oxuculara dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu universitetlərin təcrübəsi, qabaqcıl pedaqoji yanaşmaları və liderlik modelləri ilə tanış olmaq imkanı yaradır.

Nazir müavini vurğulayıb ki, nəşr yalnız nəzəri baxışları deyil, eyni zamanda praktik yanaşmaları da özündə birləşdirərək Azərbaycan təhsil sistemində həyata keçirilən islahatlara dəyərli töhfə verir. Kənan Kərimzadə bildirib ki, “Yeni çağırışlar” təhsilin gələcəyinə dair strateji baxışın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə düşünən hər bir təhsil iştirakçısı üçün faydalı mənbədir.

Millət vəkili Ceyhun Məmmədov, UNEC-in rektoru Ədalət Muradov, Əməkdar elm xadimi Şahlar Əsgərov və Əməkdar müəllim Asif Cahangirov çıxışlarında kitabın yeni səriştələr, təhsilin gələcəyi, öyrənmə mədəniyyəti və müəllim nüfuzu kimi mühüm mövzuları əhatə etdiyini qeyd edərək onu təhsil sahəsində baş verən dəyişikliklərin göstəricisi kimi dəyərləndiriblər.

Qeyd edək ki, kitab Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayımlanan “Yeni çağırışlar” müzakirə proqramı əsasında hazırlanıb. Kitabın ön sözü İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və bacarıqlar üzrə direktoru, PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının yaradıcısı Andreas Şleyxer tərəfindən yazılıb.

Kitabdakı müsahiblər sırasında təhsil nazirləri, dünyanın ən yüksək reytinqli ali təhsil müəssisələrindən olan Massaçusets Texnologiya İnstitutu, Harvard, Stenford, Toronto və digər universitetlərin professorları, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, “Coursera”, “Khan Academy”, “edX”, Bill və Melinda Geyts Fondu, Dünya Təhsil Forumu, “Microsoft” və UNICEF kimi qurumların rəhbər şəxsləri, həmçinin UNESCO-nun Təhsilin Gələcəyi Komissiyasının üzvləri, “Google” və “Apple” kimi nüfuzlu şirkətlərin mütəxəssisləri, bestseller müəllifləri və təhsil mütəfəkkirləri yer alırlar.










Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Aprel 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri