Icma.az
close
up
RU
Təhsil və şəhərsalma: yeni çağırışlar

Təhsil və şəhərsalma: yeni çağırışlar

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 15 may, AZƏRTAC

Təhsil infrastrukturumuz müasirləşdirilib, məzmunumuzun keyfiyyəti, beynəlxalq rəqabətlilik artırılıb. Təhsilə diqqət və qayğı təbii ki, yüksək səviyyədədir. Bu gün görünən budur ki, əgər biz ölkənin davamlı inkişafını, dayanıqlı inkişafını təmin etmək istəyiriksə, ilk növbədə, insan kapitalına diqqət yetirməliyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini İdris İsayev Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, şəhərlərin də dayanıqlı və davamlı inkişafı, ilk növbədə, həmin şəhərlərdə yaşayan insanların keyfiyyət göstəricilərindən asılıdır: “Bu gün şəhərlərin davamlı-dayanıqlı inkişafı üçün məhz bilikli, bacarıqlı, yenilikləri və təşəbbüsləri qiymətləndirib tətbiq edə bilən, kreativ yanaşması olan, yaradıcı yanaşması olan, innovativ yanaşması olan bir sıra müasir bacarıqlara, xüsusilə də rəqəmsal bacarıqlara, yaşıl bacarıqlara, sosial bacarıqlara malik olan, nəzəri və praktiki bilikləri mənimsəyə bilən insan kapitalına ciddi ehtiyacımız vardır.

Bu ehtiyacı bizim təhsil müəssisələri qarşılamalıdırlar. Təhsil sistemimiz bu proseslərin də önündə dayanmalıdır. Bu istiqamətdə yeni ixtisaslar, yeni proqramlar təsdiq edilir, tələbə qəbulu planları artırılır. Məqsəd ondan ibarətdir ki, şəhərlərimizin dayanıqlı və davamlı inkişafı üçün lazım olan, tələb olunan ixtisaslara, kvalifikasiyalara uyğun kadr hazırlığı təmin edilsin”.

Nazir müavini dünyada da “ağıllı şəhər”, “ağıllı kənd”, “inklüziv şəhər” kimi modellər tətbiqini vurğulayıb: “Təqdirəlayiq haldır ki, işğaldan azad olunmuş ərazilərdə də bu tədbiqlərdən istifadə olunur. Hansı tədbiqlərin tətbiq olunmasından asılı olmayaraq, bütün bu proseslərin arxasında insan durur, insan kapitalı durur. Bütün bu texnoloji həllər, yaşıl həlləri formalaşdıran insanlardır. Ümid edirəm ki, bundan sonra da şəhərlərimizin inkişafında bizim təhsil müəssisələri tərəfindən yetişdiriləcək kadrlar öz töhfələrini verə biləcəklər”.

Müxbir - Aysel Azadqızı

Fotoqraf - Səfiyar Məcnun

Videooperator - Ceyhun Mustafayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri