Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Qlobal ticarət müharibəsi Çin Azərbaycan əməkdaşlığına əlavə töhvələr verəcək

Qlobal ticarət müharibəsi Çin Azərbaycan əməkdaşlığına əlavə töhvələr verəcək

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Pərviz Heydərov yazır...

Qlobal tarif və ticarət münaqişəsi fonunda bir sıra ölkələrin, o cümlədən Azərbaycan-Çin münasibətləri diqqət mərkəzindədir. Bu arada Dövlət başçımız İlham Əliyevin Pekinə dövlət səfəri isə qeyd olunan münasibətlərə xüsusən diqqət çəkir. Çünki ölkəmiz ərazi və potensial baxımından aparıcı ölkələrlə müqayisədə çox kiçik olsa da əlverişli coğrafi mövqeyə sahib olduğundan böyük nüfuz və önəm sahibidir.

Ümumiyyətlə isə Çin ilə qarşılıqlı iqtisadi, siyasi, habelə digər münasibətlərə ölkəmiz müstəqillik əldə etdiyi ilk gündən böyük önəm verib, verir və verəcək. Çünki bu münasibətlərin həm ölkələrimiz üçün, həm də təkcə iki ölkə üçün deyil, bütün region, hətta qitələrarası əlaqələr üçün çox böyük əhəmiyyəti var. Bu da Azərbaycanımızın bir daha qeyd edirəm ki, olduqca əlverişli coğrafi mövqedə yerləşməsi ilə əlaqədardır. Odur ki, ikitərəfli münasibət və əlaqələrimizə Çin də böyük əhəmiyyət verir və xüsusi diqqət ayırır.

Yeri gəlmişkən, qeyd edim ki, bilavasitə ölkəmiz tərəfindən sözügedən sahədə və istiqamətlərdə çox töhfələr ortaya qoyulub və qoyulmaqda da davam edir. Məsələn, Azərbaycan ÇXR-in sədri tərəfindən irəli sürülən "Kəmər və yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən olub. Söhbət, sözdə deyil, əməli surətdə olan dəstəkdən gedir.

Dövlət başçımız İlham Əliyev Sinxua agentliyinə müsahibəsində təsadüfən qeyd etməyib ki, Azərbaycan "Kəmər və yol" layihəsinin reallaşması üçün istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra ikinci ölkədir ki, daha çox investisiyalar qoyub.

Belə ki, sözügedən layihənin gerçəkləşməsi məqsədilə özünün əlverişli coğrafi mövqeyini nəzərə alan ölkəmiz ərazimizdən yük axınını kəskin artırmaq üçün beynəlxalq nəqliyyat dəhlizlərini ən yüksək səviyyədə inkişaf etdirmiş, bu sahədə müasir infrastruktur yaratmış və onların ötürücülük qabiliyyətini artırılmasını təmin etmək hədəfi baxımından külli məbləğdə investisiyalar qoymuş və qoymaqda da davam edir.

Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı bunlara misaldır. Bu layihələr Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirməklə etibarlı və təhlükəsiz marşrut yaradaraq, yüklərin ən optimal şəkildə Çindən Avropaya və əks istiqamətdə daşınmasını təmin edir.

Həm də ona görə ki, Prezident İlham Əliyev sözügedən müsahibəsində qeyd etmişkən, yuxarıda sadalanan layihələrdən əlavə son 20 il ərzində ölkəmizdə 21 min kilometr avtomobil yolları salınmış, təmir edilmiş, 335 körpü və yol ayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilərək, dəmir yolu infrastrukturu yaxşılaşdırılmış - 1 500 kilometrdən artıq dəmir yolu istismara buraxılaraq 1 800 kilometrlik sahə təmir olunmuşdur.

Bütün bunların nəticəsidir ki, Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi təkcə keçən il, yəni 2024-cü il ərzində 378 min ton təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 86% çox deməkdir. 2024-cü ildə Çindən ölkəmizə ixrac və tranzit rejimində Orta Dəhliz vasitəsilə 287 marşrut qatarı yola salınıb.

Həm bütün qeyd olunanlar baxımından, həm də ümumiyyətlə, Çinlə əməkdaşlıq Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı üçün də çox böyük perspektivlər açır. Bu, yerli istehsalın inkişafı deməkdir. Qeyd olunan amil hansı ki, hazırda bizim üçün nömrə bir prioritet sayılır.

Əvvəla, Çin ilə Avropa arasında ən başlıca tranzit ölkəyə çevrilməyimiz ölkəmizdə iqtisadiyyatın inkişafına təkan rolunda çıxış edir və edəcək ki, biz, bunun nəticələrini tam olaraq indi deyil, hələ qarşıda görəcəyik. Azərbaycanın inkişafı isə bütün region ölkələri üçün səmərə gətirəcək. Yəni, bundan qazanan tək biz deyil, Çin-Avropa xətti üzrə bütün ölkələr olacaq.

İkincisi isə, ölkəmiz ilə Çin arasında çox geniş və şaxəli iqtisadi və ticarət əlaqələr mövcuddur. Təsadüfi deyil ki, Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı sayılır. İdxalımızın da az qala 20%-ə yaxın hissəsi bu ölkənin payına düşür.

Biz, Çindən əsas etibarı ilə qeyri-ərzaq məhsulları ixrac edirik. Bura daxildir müxtəlif növ məhsullar, o cümlədən avtomobil, cihaz, mexaniki avadanlıq, mebel, toxuculuq və plastik mallar və sair. Yeri gəlmişkən, pandemiya ilində Çindən idxal olunan diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulmuşdu.

Lakin real olaraq Çindən gətirilən mal və məhsulların çeşidi çoxalır.

Prezident İlham Əliyevin verdiyi məlumata əsasən hazırda iki ölkə arasında yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyalar cəlbi sahəsində birgə əməkdaşlığa dair danışıqlar aparılır. Dövlət başçısı onu da heç nədən qeyd etməyib ki, iki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur.

Son vaxtlar Çindən ölkəmizə elektromobillərin idxalı daha geniş xarakter alıb. Ümumiyyətlə, görünən budur ki, bu ölkə ilə ticarət dövriyyəmiz getdikcə daha sürətlə genişlənəcək və artacaq. Bunu həm, ikitərəfli münasibətlərin, qarşılıqlı əlaqələrin inkişafı, həm də beynəlxalq ticarət münasibətlərinin və əlaqələrinin gərginləşməsi özü də şərtləndirəcək. Yəni, qlobal tarif və ticarət münaqişəsi Çin-Azərbaycan əməkdaşlığı üçün əlverişli rol oynayacaq və əlavə töhfələr verəcək.

Sözün qısası, Çinin Azərbaycanın ticarət dövriyyəsində tezliklə ən azı 3-cü və ola bilsin ki, hətta ikinci yer tutacağı heç bir şübhə doğurmamalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Aprel 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri