Icma.az
close
up
RU
Qlobal və regional çağırışların həllində Azərbaycan modeli: Prezident İlham Əliyev beynəlxalq aləmdə güvənilən Liderdir TƏHLİL

Qlobal və regional çağırışların həllində Azərbaycan modeli: Prezident İlham Əliyev beynəlxalq aləmdə güvənilən Liderdir TƏHLİL

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 avqust, AZƏRTAC

Dünya siyasətində və beynəlxalq hüquqda mürəkkəblik artdıqca, liderlərə və onların uzaqgörənliyinə ehtiyac məsələsi daha da aktuallaşır. Bugünkü ziddiyyətli dinamik mühitdə Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqları qoruyaraq, qlobal və regional mənzərəni qabaqcadan böyük uzaqgörənliklə müəyyənləşdirməsi onun müdrik liderliyinin daha bir sübutudur.

Dövlətimizin başçısının strateji baxışları və hadisələri öncədən proqnozlaşdıra bilməsi geosiyasət üçün müvafiq nümunələr yaradır. Azərbaycan Prezidentinin XXI əsrdə dövlətin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə bərpa edən Lider kimi tarixə düşməsi bu reallığı əyani şəkildə təsdiqlədi. Buna görə də Prezident İlham Əliyevin mövqeyi nəticəsində formalaşan imic Azərbaycan dövlətinin geosiyasi mühitdə, beynəlxalq hüquqda təqdimatını ayrıca təhlil predmetinə çevirir.

Prezident İlham Əliyevin prinsipial yanaşmaları

Azərbaycan Prezidenti regional geosiyasəti müsbətə doğru dəyişdirməyə nail oldu. Dövlətimizin başçısı prinsipiallığı, qətiyyəti ilə ölkəmiz, həmçinin bütün region üçün tarixi hadisələrin müəllifi kimi çıxış edir. Bu hadisələrin qlobal nizamda təsirini artırmaq üçün isə Azərbaycan mühüm səylər göstərir. Ona görə də dövlətimizin başçısı mühüm qlobal və regional aktorlar tərəfindən ehtiramla qəbul edilən liderlərdəndir. Dünya supergüclərinin liderləri - ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və digərləri dəfələrlə dövlətimizin başçısına dərin hörmətlərini ifadə ediblər. COP31 tədbirləri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi yüksəksəviyyəli qardaşlıq münasibəti bu reallığı bir daha təsdiqlədi.

Prezident İlham Əliyev, bölgə ilə yanaşı, Avropada da Azərbaycanın strateji çəkisini artırır: Bu gün Azərbaycan təkcə Avropanın enerji tədarükçüsü kimi deyil, eyni zamanda, Trans-Atlantik məkanın təhlükəsizliyinə, bölünməzliyinə töhfə verən əhəmiyyətli aktor kimi tanınır.

Bu baxımdan, Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında Avropa liderlərinin Prezident İlham Əliyevə göstərdiyi xüsusi maraq heç də təsadüfi xarakter daşımır. Sadə bir protokol tədbirindən qat-qat üstün olan bu münasibət Azərbaycanın qlobal miqyasda qazandığı strateji çəkiyə və regional güc mərkəzi kimi roluna verilən qiymətdir. “Avropa Siyasi Birliyi” platforması Qərb ilə Cənubi Qafqaz arasında qarşılıqlı etimad körpüsünün qurulmasında rəsmi Bakının əsas söz sahibi olduğunu göstərə bilər. Çünki rəsmi Bakının təşəbbüsləri artıq qitənin təhlükəsizlik meyarlarının ayrılmaz hissəsi kimi qəbul olunur. Prezident İlham Əliyevlə aparılan ikitərəfli müzakirələr regional sabitliyin təmin olunmasında Azərbaycanın konstruktiv mövqeyini bir daha nümayiş etdirir. Avropa liderlərinin Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasında Azərbaycanın irəli sürdüyü prinsiplərə verdikləri dəstək isə ölkəmizin regiondakı siyasi liderliyinin beynəlxalq səviyyədə təntənəsidir.

Prezident İlham Əliyevi dünya səviyyəsində fərqləndirən başqa bir xüsusiyyət də var: Dövlətimizin başçısı beynəlxalq hüququ, tarixi ədaləti təmin edən və mənəvi vəzifələri formalaşdıran prinsiplərə xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti haqq-ədalət naminə öz iradəsini beynəlxalq gündəmə daşıya bilir və onu praktiki şəkildə nümayiş etdirir. Bu mənada Azərbaycanın qlobal miqyasda əzilən və neokolonializmlə üzləşən, münaqişələrdən əziyyət xalqlara göstərdiyi humanitar dəstək təqdirəlayiqdir.

Prezident İlham Əliyevin bu istiqamət üzrə yanaşmaları aşağıdakı prinsiplərə söykənir:

- Bütün münaqişələr beynəlxalq hüququn normalarına uyğun olaraq, ərazi bütövlüyünün və suverenliyin təmin edilməsi əsasında həll edilməlidir;

- Güc amili beynəlxalq hüququn və tarixi ədalətin meyarlarına müdaxilə etməməlidir;

- Münaqişələrin yaratdığı regional çağırışlara selektiv yanaşmalar qəbuledilməzdir;

- Baş vermiş müharibə cinayətləri obyektiv şəkildə araşdırılmalı və hüquqi məsuliyyətlə yanaşı, mənəvi öhdəliklər müəyyənləşdirilməlidir.

Prezident İlham Əliyev bu prinsiplərə əsaslanan mövqeyini bütün tribunalardan, o cümlədən BMT, Münxen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumu çərçivəsində keçirilən tədbirlərdə dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Göründüyü kimi, geosiyasi reallıqların adekvat qiymətləndirilməsi dövlətlərin beynəlxalq sistemdəki strateji mövqeyini gücləndirən əsas amildir. Müasir Azərbaycan bu strategiyanın ən uğurlu və müasir modelini nümayiş etdirir. Bununla belə, dövlətimizin başçısının yürütdüyü müstəqil və prinsipial xətt qlobal güc mərkəzlərinin maraqlar toqquşmasında ölkəmizə qarşı müxtəlif təzyiq mexanizmlərinin və qarayaxma kampaniyalarının işə salınmasına gətirib çıxarır. Ancaq Prezident İlham Əliyev uzaqgörən və prinsipial qərarları ilə Azərbaycan dövlətinin suveren maraqlarını, təhlükəsizlik konsepsiyasını hər şeydən üstün tutduğunu göstərir. Məhz buna görə də Azərbaycanın artan qlobal təsir imkanlarını və müstəqil qərarvermə qabiliyyətini neytrallaşdırmağa yönəlmiş hər hansı cəhd effekt vermədiyi üçün növbəti uğursuz ssenarilərə çevrilir.

TRIPP mühüm faktor kimi

Azərbaycanın geosiyasətdəki rolunu daha da gücləndirən amil həm də onun yerində saymaması ilə bağlıdır. Prezident İlham Əliyev regional və qlobal çağırışlar qarşısında fəal və çevik siyasi kurs yürüdür. Bu, dövlətin təhlükəsizliyini güclənndirir. Daha vacibi isə odur ki, Azərbaycan regional reallıqlardakı problemli məsələləri əməkdaşlıq formatları ilə əvəzləyən təkliflər irəli sürür. Burada geoiqtisadiyyata da baxmaq lazımdır:

Azərbaycanın artan strateji əhəmiyyəti dəhliz diversifikasiyasını geoiqtisadiyyatın mərkəzi prinsipi kimi ortaya çıxarır;

Xüsusilə Azərbaycan Cənubi Qafqazda TRIPP marşrutu vasitəsilə formalaşan çoxtərəfli əməkdaşlıq imkanlarını dəyişən beynəlxalq nizamın həlledici struktur komponentinə çevirir;

TRIPP Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən şaxələnmiş Avrasiya arxitekturasının mühüm hissəsi kimi getdikcə daha çox diqqət cəlb edir. Bu, Rusiya-Ukrayna və ABŞ-İran gərginlikləri fonunda təhlükəsizlik şərtlərinin və ticarət dəhlizlərində mənzərələrin dəyişməsi fonunda praqmatik dəhliz kimi dəyər qazanacaq.

Məhz bu geoiqtisadi reallıqda Azərbaycanın həyata keçirdiyi fəal dəhliz strategiyası – xüsusilə Orta Dəhlizdə iştirak və TRIPP marşrutu kimi təşəbbüslər rəsmi Bakını Avropanın enerji və nəqliyyat təhlükəsizliyində əvəzedilməz tərəfdaşa çevirəcək.

Regional dinamikadakı bu yeni arxitektura Azərbaycanın mövqeyini gücləndirməklə yanaşı, Avropa ilə qlobal səviyyədə inteqrasiyanın dərinləşməsinə xidmət edəcək. Bu baxımdan TRIPP-in vacibliyi getdikcə daha çox dərk ediləcək, Çin, ABŞ kimi supergüclər bu layihəyə dəstəyini artırdıqca, Azərbaycanın geosiyasi statusu da dəyişəcək.

Müəllif – Aqşin Kərimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri