Icma.az
close
up
RU
Qlobal xərçəng partlayışı olacaq 2050 ci ilə qədər ölümlər 75 faiz artacaq

Qlobal xərçəng partlayışı olacaq 2050 ci ilə qədər ölümlər 75 faiz artacaq

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Mütəxəssislər önümüzdəki 20 il ərzində dünyada xərçəngdən ölüm hallarının kəskin şəkildə artacağını proqnozlaşdırır. 

Qaynarinfo-nun məlumata görə, nüfuzlu beynəlxalq jurnalda yayımlanan yeni araşdırma göstərir ki, artan və yaşlanan əhali ilə yanaşı, sağlam olmayan həyat tərzi də bu artımı sürətləndirir. Alimlər bunun nəticəsində qlobal miqyasda "xərçəng partlayışı" yaşanacağını bildirir.

Qlobal statistika

Amerikalı tədqiqatçılar 1990-cı ildən bəri yeni xərçəng hadisələrinin iki dəfədən çox artaraq 2023-cü ildə 18,5 milyona çatdığını açıqlayıb. Eyni dövrdə xərçəngdən ölüm halları isə 74 faiz yüksələrək 10,4 milyona çatıb.

Proqnozlar isə daha qorxuncdur:

* 2050-ci ilə qədər xərçəng hadisələrinin 61 faiz artaraq 30,5 milyona yüksələcəyi gözlənilir.

* Eyni ildə xərçəngdən illik ölüm sayının isə 75 faizə yaxın artımla 18,6 milyona çıxacağı təxmin edilir.

Alimlərdən hökumətlərə çağırış

Mütəxəssislər hökumətləri piylənmə, siqaret istifadəsi və digər risk faktorları ilə mübarizəyə, həmçinin erkən diaqnozu mümkün edən skrininq proqramlarının genişləndirilməsinə çağırır. "Cancer Research UK" təşkilatının rəhbəri Mişel Mitçell bildirib: 

"Xərçəng halları və ölümlər qlobal miqyasda artır. Daha çox insanın həyatını xilas etmək üçün HPV peyvəndi və tütünə nəzarət kimi tədbirlərə beynəlxalq səviyyədə daha çox diqqət ayrılmalıdır".

Vaşinqton Universitetindən doktor Liza Fors isə qeyd edib ki, xərçənglə mübarizə siyasətləri qlobal sağlamlıqda hələ də kifayət qədər prioritet sayılmır və maliyyələşmə yetərli deyil.

Ölkələr üzrə fərqlər

"The Lancet" jurnalında yayımlanan araşdırmaya görə, 1990–2023-cü illərdə 204 ölkədə 47 xərçəng növü üzrə statistika toplanıb.

Ən böyük artım 80 faizlə Livanda qeydə alınıb. Ekvatorial Qvineya və Laosda ölüm nisbəti müvafiq olaraq 72 və 55,8 faiz yüksəlib. Birləşmiş Ərəb Əmirliklərində isə hadisələrdə 56 faiz azalma müşahidə olunub.

Ölüm hallarında ən kəskin azalma isə 58,2 faizlə Qazaxıstanda qeydə alınıb. Böyük Britaniya, ABŞ və Avstraliyada ölüm halları müvafiq olaraq 23,4 faiz, 32,5 faiz və 33,2 faiz azalıb.

2023-cü ildə ən çox rastlanan xərçəng növü döş xərçəngi olub. Ən çox ölümə səbəb olan xərçəng isə nəfəs borusu, bronx və ağciyər xərçəngi olub.

Onkoloq professor Türkan Öztürk Topçu bildirib ki, dünyada xərçəng hadisələrində kəskin artım müşahidə olunur. Onun sözlərinə görə:

* İnsan ömrünün uzanması əsas səbəblərdəndir. Orta ömür 30–50 ildən 80 yaşlara qədər yüksəlib.

* Piylənmə, siqaret istifadəsi, ətraf mühit toksinləri və süni maddələrə məruz qalma riski artır.

Tibbi inkişaflar sayəsində əvvəllər müəyyən edilməyən xərçəng növləri indi erkən mərhələdə aşkarlanır. Müalicə metodlarının təkmilləşməsi nəticəsində xəstələrin ömrü uzanır ki, bu da ümumi statistikanın artmasına səbəb olur.

Ən çox ağciyər, prostat və sidik kisəsi xərçəngi yayılıb. Ağciyər xərçəngi kişilərdə ümumi xərçənglərin 25 faizini təşkil edir. Prostat xərçəngi isə 13 faizlə ikinci yerdədir.

Qadınlarda isə ən çox döş, qalxanabənzər vəzi və yoğun bağırsaq xərçəngi müşahidə olunur. Qadın xərçənglərinin 23 faizi döş xərçəngi, 11 faizi isə qalxanabənzər vəzi xərçəngi təşkil edir. Hər 8 qadından biri döş xərçəngi riski altındadır.

Araşdırmalara görə, qlobal xərçəng ölümlərinin 42 faizi həyat tərzi ilə bağlıdır: siqaret, sağlam olmayan qidalanma, yüksək qan şəkəri və toksinlərə məruz qalma əsas səbəblərdir. Siqaret təkbaşına bütün ölümlərin 21 faizinə səbəb olur. Aşağı gəlirli ölkələrdə təhlükəsiz olmayan cinsi əlaqə ölümlərin 12,5 faizini təşkil edir.

Prof. Türkan Öztürk Topçu bildirib:

"Dünyada 2045-ci ilə qədər 45 faiz, 2050-yə qədər isə 75 faiz artım gözlənilir. Ən böyük risk faktorları siqaret, alkoqol, piylənmə və hava çirkliliyidir. Bunlara qarşı tədbirlər artımı azalda bilər. HPV və digər infeksiyalara qarşı peyvəndləmə də xüsusi əhəmiyyət daşıyır".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri