Icma.az
close
up
RU
Qlobal Yoxsulluq: Faktlar, rəqəmlər və davam edən mübarizə

Qlobal Yoxsulluq: Faktlar, rəqəmlər və davam edən mübarizə

Azertag saytına istinadən Icma.az xəbər verir.

Paris, 17 oktyabr, AZƏRTAC

1992-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən 17 oktyabr tarixi Yoxsulluğun Aradan Qaldırılması üzrə Beynəlxalq Gün kimi qəbul edilib. Hər il oktyabrın 17-də dünyanın müxtəlif yerlərində insanlar yoxsulluq, aclıq və zorakılıq qurbanlarına hörmət etmək, onlara dəstək vermək və yoxsulluğun insan hüquqlarının pozulması olduğunu xatırlatmaq üçün bir araya gəlirlər.

AZƏRTAC xəbər verir ki, 2024-cü ilin statistikasına əsasən, dünyada təxminən 700 milyon insan gündə 2,15 ABŞ dollarından az vəsaitlə yaşayır. Bu göstərici “ekstremal yoxsulluq” adlandırılır və qlobal səviyyədə ən ciddi sosial problemlərdən biri olaraq qalır. 2010-cu ildən 2019-cu ilə qədər dünyada ekstremal yoxsulluq işərisində yaşayan işçilərin payı 14,3%-dən 7,1%-ə düşüb. Bu, mühüm irəliləyiş olsa da, COVID-19 pandemiyası bu müsbət trendi dayandırıb və 2020-ci ildə yoxsulluq göstəriciləri 20 il ərzində ilk dəfə artıb.

BMT-nin proqnozlarına görə, 2030-cu ilə qədər ekstremal yoxsulluğun tamamilə aradan qaldırılması məqsədinə çatmaq mümkün olmayacaq. Bu tarixdə belə, 600 milyondan çox insanın hələ də ekstremal yoxsulluq şəraitində yaşayacağı gözlənilir.

2024-cü ildə ilk dəfə olaraq dünya əhalisinin 52,4%-i bir növ sosial müdafiə sistemi ilə əhatə olunub. Buna baxmayaraq, 3,8 milyard insan hələ də tamamilə sosial müdafiədən kənarda qalır və çoxları üçün bu müdafiə kifayət etmir.

BMT-nin 2030 Gündəliyi çərçivəsində müəyyənləşdirilmiş 17 Davamlı İnkişaf Məqsədi (DİM) içərisində birinci məqsəd yoxsulluğun bütün formalarının aradan qaldırılmasıdır.

BMT-nin Baş Assambleyası 2018–2027-ci illəri “Yoxsulluğun Aradan Qaldırılması üzrə BMT-nin Üçüncü Dekadası” elan edib. Məqsəd əvvəlki təşəbbüslərin nəticələrini qorumaq və Davamlı İnkişaf Məqsədləri çərçivəsində yoxsulluğa qarşı mübarizəni gücləndirməkdir.

Yoxsulluğun azaldılması istiqamətində son illərdə ciddi addımlar atılsa da, qlobal böhranlar, münaqişələr və qeyri-bərabərlik bu prosesi ləngidir. BMT və beynəlxalq ictimaiyyət üçün yoxsulluğun bütün formalarının kökündən ləğvi insanlıq qarşısında duran ən böyük çağırışlardan biri olaraq qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri