QMİ də Anım Gününün 6 cı ildönümünə həsr olunmuş tədbir keçirilib
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının yaddaşında mühüm yer tutduğunu bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri müxtəlif dini konfessiyaların nümayəndələrinin Vətən müharibəsi günlərində və Zəfərdən sonrakı dövrdə həmrəylik nümayiş etdirdiklərini diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər də 27 Sentyabr – Anım Gününün əhəmiyyətindən bəhs edib, Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəyliyi vurğulayıblar.
Tədbirdə Azərbaycanın dini konfessiya rəhbərlərinin birgə bəyanatı səsləndirilib.
Sonda şəhidlərin xatirəsinə ehsan verilib, bir qrup şəhid ailəsinin üzvünə və qazilərə “Quran” kitabı hədiyyə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 24 Sentyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















