Icma.az
close
up
RU
Auditorlar Palatasında 27 sentyabr Anım Gününün beşinci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib

Auditorlar Palatasında 27 sentyabr Anım Gününün beşinci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 25 sentyabr, AZƏRTAC

Auditorlar Palatası rəhbərliyinin, əməkdaşlarının, üzvlərinin və şəhid analarının iştirakı ilə 27 sentyabr - Anım Gününün beşinci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.

Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Auditorlar Palatasının sədri Vahid Novruzov 27 Sentyabr – Anım Gününü bizim üçün sadəcə bir təqvim tarixi deyil, həm kədərin, həm də qürurun birləşdiyi müqəddəs gün olduğunu deyib. Məhz bu tarixdə xalqımızın qəhrəman övladları 44 günlük Vətən müharibəsinə başlayaraq, torpaqlarımızın azadlığı uğrunda misilsiz bir şücaət nümayiş etdiriblər.

O, qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, ordumuzun rəşadəti və xalqımızın dəstəyi sayəsində Qarabağ və Şərqi Zəngəzur azad edilib. Bu, təkcə hərbi qələbə deyil, həm də milli ruhumuzun, tarixi ədalətin və xalqımızın əzmini göstərən parlaq bir təntənədir. Azərbaycan əsgəri və zabiti düşmənə qarşı döyüşə atılarkən təkcə torpaqlarımızı azad etmək üçün deyil, həm də ədaləti bərpa etmək üçün mübarizə aparıb. Onlar tarix qarşısında öz müqəddəs borclarını yerinə yetiriblər və Azərbaycanın gələcəyini öz qanları ilə yazıblar.

V.Novruzov şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əydiyimizi vurğulayaraq qeyd edib ki, onların canı, qanı bahasına xalqımız bu gün ərazi bütövlüyümüzü bərpa edib, dövlətimizin suverenliyini möhkəmləndirib. Hər bir şəhidimizin adı bizim üçün müqəddəsdir və xalqımız onları daim ehtiramla anacaq. Eyni zamanda, qazilərimizə xüsusi təşəkkür borcumuz var. Onların göstərdiyi iradə, fədakarlıq və döyüş meydanındakı qəhrəmanlıqları Azərbaycan gəncliyi üçün nümunədir. Biz qazilərimizin sağlamlığına, rifahına hər zaman qayğı göstərməli, onları cəmiyyətimizin fəxri kimi qiymətləndirməliyik: “ 27 Sentyabr həm də xalqımızın birliyinin, həmrəyliyinin təcəssümüdür. Həmin gün bütün Azərbaycan bir yumruq kimi birləşdi, bir amal uğrunda – Vətənimizin bütövlüyü uğrunda mübarizəyə qalxdı. Bu birlik sayəsində biz tariximizdə yeni bir zəfər səhifəsi yazdıq.

Biz bu günü anmaqla təkcə keçmişi yada salmırıq, həm də gələcəyə olan məsuliyyətimizi xatırlayırıq. Şəhidlərimizin xatirəsinə sadiq qalmaq – daha güclü Azərbaycan qurmaq, dövlətimizi möhkəmləndirmək, milli həmrəyliyimizi daim qorumaq deməkdir. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strategiya nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan Prezidenti xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi” - söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi”.

Sonra V.Novruzov Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin anası Xalidə Niftəliyevaya, Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru, hərbi pilot, İkinci Qarabağ müharibəsi şəhidi Abbas Qasımovun anası Kifayət Qasımova və Azərbaycan Ordusunun baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi Kamil Rəhimlinin atası, Palatanın üzvü Vəli Rəhimova bugünkü tədbirdə iştirakına görə öz təşəkkürünü bildirməklə bərabər, Vətənə sevgi ruhunda böyütdükləri qəhrəman övladlarının misilsiz şücaətlərindən bəhs edərək, şəhid analarının qarşısında baş əydiyini vurğulayıb.

Daha sonra “27 sentyabr - Anım Gününün beşinci ildönümü”nə həsr olunmuş videoçarx nümayişi etdirilib.

Palata sədrinin müavini Fəxrəddin İsmayılov, icraçı direktor Səbuhi Gülməmmədov, Palatanın üzvləri: "Professional Financial Experts" MMC-nin direktor-auditoru Rəşad Həsənov, "ANR audit" MMC-nin direktor-auditoru Namiq Abbaslı, "Audit Reporting" MMC-nin direktor-auditoru Yeganə Məmmədova, sərbəst auditorlar: Hafiz Əhmədov, İlham Süleyman, Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva və Haqsız rəqabətə qarşı mübarizə idarəsinin rəis müavini Afiqə Bayramova və “27 Sentyabr – Anım Günü”nün əhəmiyyətindən bəhs edərək bildirdilər ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Sonda valideynlər Xalidə Niftəliyeva, Kifayət Qasımova və Vəli Rəhimov “27 Sentyabr – Anım Günü”nündən danışıb və Prezident İlham Əliyevin Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərildiyini, xatirəsinin uca tutulduğunu və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə göstərdiyi diqqət və qayğıya görə dərin minətdarlıqlarını ifadə ediblər.

Auditorlar Palatasının kollektivi Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş zabitlərimizin, əsgərlərimizin, mülki vətəndaşlarımızın ruhları qarşısında bir daha baş əydiklərini ifadə etməklə onlara Allahdan rəhmət və qazilərimizə can sağlığı dilədiklərini və şəhidlərimizin xatirəsini daim yad edəcəklərini bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri