Icma.az
close
up
RU
QMİ dövlətin mənəvi gücünü necə ifadə edir?

QMİ dövlətin mənəvi gücünü necə ifadə edir?

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanda Baş nazir Paşinyan və kilsə arasında başlanmış qalmaqalı son illərin ən ciddi münaqişəsi hesab etmək olar.

Münaqişə Paşinyanın Erməni Apostol Kilsəsinin başçısı Qareginə qarşı ittihamları fonunda genişlənərək siyasi böhrana çevrilib.

Təhlil və informasiyalar onu göstərir ki, erməni kilsəsi Paşinyanın Azərbaycanla sülh sazişi imzalamasını istəmir, ümumiyyətlə Paşinyan və onun komandasını hakimiyyətdən yola salmaq niyyətindədir. Bu baxımdan “keşişlərin qiyamı” erməni cəmiyyətində birmənalı qarşılanmayıb.

Hələ üstəlik məlum olub ki Paşinyana qarşı kilsə hərəkatını Rusiyadan müəyyən dairələr himayə edir.

Bütün bunlar göstərir ki, erməni kilsəsi Cənubi Qafqazda sülhün bərpası üçün maneəyə çevrilib. Katolikos isə bütün dini mesajları bir kənara ataraq dövlətin xarici siyasətini şantaj edir, İrəvan üçün hava-su kimi lazım olan sülhə qarşı çıxış edir.

Kilsənin Qarabağ münaqişəsi zamanı sülh prosesində ikiüzlülüyü həmişə diqqət çəkib.

Bu gün dünyanı başına almış geopolitik xaos, yeni dünya düzəni uğrunda başlanan savaş dönəmində sülh və dinc yaşayış əsas prioritet sayılır. Bu baxımdan Cənubi Qafqazda sabitliyin fundamental kökü Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh sazişidir. 44 günlük Vətən Müharibəsində məğlub olmuş Ermənistan bu gün siyasi böhrandan çıxmaq, cəmiyyəti sülhə yönəltmək və Bakının təqdim etdiyi regional təhlükəsizlik “masası”nda yerini tutmağa çalışır. Buna mane olmaq istəyən kilsə özünün ənənəvi mifik “tarixi yeri” barədə həşir qaldıraraq faktik olaraq öz dövlətini geopolitik dəyənəyin altına atır. Bununla da xüdbin niyyətini xalqından irəli qoyur, yeni qurbanların önünü açır.

Məlumdur ki, erməni kilsəsi və onun başçıları ötən 100 ildə etnik münaqişənin yaranmasında danılmaz rol oynayıblar. Tanrının sülh kəlamını bəyan etməli olan keşişlər Azərbaycan xalqına nifrətin körüklənməsində öndə olublar.

Dövlətin siyasi idarəçiliyində etiqad həmişə mühm amil kimi çıxış edib. Vətəndaşların imanını dövlətin mənəvi gücünə müncər etmək  cəmiyyətdə harmoniyanı təmin edib.

Bu baxımdan Azərbaycan seçilir. Ölkənin imanlı cameəsi yaxşı və çətin günlərində dövlətinin ətrafında yumruq kimi birləşərək kənar təhlükələrin qarşısını alıb, vəhdətin gücü kimi çıxış edib.

Erməni Apostol Kilsəsindən fərqli olaraq Qafqaz Müsəlmanları İdarəsi təkcə etiqad bayrağı ilə deyil, dövlətin, cəmiyyətin sülh mesajlarını çatdıran, mürəkkəb vəziyyətlərdə dövlətini dəstəkləyən qüvvə olaraq özünü göstərib.

Şeyxülislam Allahşükür Paşazadə ötən 40 il ərzində azərbaycanlı dindarların lideri kimi regionda və dünyada Azərbaycan dövlətinin siyasi mesajlarını da daşıyıb.

QMİ dünyanın 100-ə yaxın ölkəsi ilə beynəlxalq əlaqələr saxlayır. Şeyxülislam mötəbər tribunalarda, toplantılarda ölkəmizin ədalətli mövqeyini ardıcıl müdafiə edir. Müsəlman dünyasından xrisitan aləminə qədər uzanan bu əməkdaşlıq platformasında A.Paşazadə etibarlı müstəvi yarada bilib.

Prezident İlham Əliyev tolerantlıq prinsipləri, müxtəlif dini icmalara yönəlik bərabər əsaslı siyasəti ilə onları əsas tərəfdaşına çevirib. Bu baxımdan həssas geopolitik regionda yerləşən Azərbaycanda dövlət başçısının tolerantlıq siyasəti vətəndaş cəmiyyətinin əsas  prinsipi kimi çıxış edir.

Dinlərin qarşılıqlı dialoqunu ehtiva edən bu siyasət  Qafqaz Müsəlmanları İdarəsi üzərinə böyük məsuliyyət qoyur.

QMİ təhdidləri lokallaşdırmaq, “yad təsirləri”n qarşısını almaqda yardım etməklə dövlətin bu sahədə apardığı siyasətin yürüdlməsində töhfələrini verir.

Şeyxülislam son 35 ildə Azərbaycanda  cəmiyyətdə harmoniyanın qorunmasında, siyasi proseslərin böhranlı vaxtlarında  mənəvi dəstəyi və bəzən proseslərin önünə çıxması ilə ictimai- siyasi sabitliyi və həmrəyliyi qoruyan ciddi amil kimi çıxış edib.

Bu gün dünyada insanların dini etiqadını siyasi avanturaya çevirməyə cəhd edənlər ilk hədəf kimi çoxkonfessiyalı cəmiyyəti silkələməyə çalışırlar. Yad ideoloji təbliğatın, dini təfriqənin qarşısını almaqda öz töhfələrini verən QMİ sədri A.Paşazadə Azərbaycan prezidenti İlham Əliyevin birgəyaşayış və tolerantlıq prinsiplərinin ardıcıl təbliğatçısıdır.

Bu gün xarici dairələrin bütün cəhdlərinə rəğmən ölkədə heç bir dini ayrıseçkilik yoxdur. Azərbaycan dünyaya dinlərarası barışı və mehribanlığı ehtiva edən dövlət siyasəti ilə çıxır.

Bütün məclislərdə dini icma rəhbərləri ilə birgə oturan, beynəlxalq tədbirlərdə birgə gedən Şeyxülislam bu əməkdaşlıq platforması ilə dünyaya ölkəmizin multkultural mesajını çatdıra bilir.

Şeyxülislam üzərinə düşən işinin təşkili ilə yanaşı, həm də  diplomatiya və media səngərində öndə olub.

Ölkədəki milli birlik, ictimai-siyasi sabitliyin kökündə insanların əqidəsinə, mədəniyyətinə hörmət dayanır. Prezident İlham Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi modelini qurub. Şeyxülislam öz işi ilə dövlət başçısının yürütdüyü bu uğurlu siyasətin yorulmaz təbliğatçısıdır.

Aydın ABBASOV

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 İyul 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri