Ağdamda sənaye parkları salacaq şəxslərə 10 illik GÜZƏŞTLƏR OLACAQ
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Bu il oktyabrın 1-dək Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında mövcud rezidentlərə 232 ədəd təsdiqedici sənəd verilib ki, bu sənədlər əsasında sahibkarlar sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində ümumilikdə 11 milyon manata yaxın vəsaitlərinə qənaət ediblər".
Bu fikirləri Oxu.Az-a açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımlı deyib.
O bildirib ki, bu ilin 9 ayında sahibkarlara 133 ədəd təsdiqedici sənəd verilib ki, bu da sahibkarlara 4.2 milyon manat vəsaitlərinə qənaət etməyə imkan verib:
"Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar".
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 14 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















