Icma.az
close
up
RU
QMİ sədri: 20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür AZƏRTAC

QMİ sədri: 20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.

Bu barədə AZƏRTAC-a QMİ-dən məlumat verilib.

Toplantıda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə 20 Yanvar hadisələrini Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü, XX əsr tariximizə xeyirlə şərin, ədalətlə zülmün, işıqla zülmətin, azadlıqla əsarətin əbədi mübarizəsinin misilsiz nümunəsi kimi düşən rəmzi hadisə kimi dəyərləndirib. Qeyd edib ki, keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Şeyxülislam təcavüzkarlara sinə gərən, minlərlə faciə qurbanlarının yeganə ümid yeri olan Qafqaz Müsəlmanları İdarəsinin hadisələrin ilk dəqiqəsindən qərargaha çevrilməsi, var-qüvvəsi ilə imperiya siyasətinin riyakarlığına meydan oxuması, informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etməsindən faktlarla bəhs edib: “Fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq yanvarın 21-də Təzəpir məscidinin həyətində on minlərlə insan toplaşdı. Şəhidlər üçün dəfn yerinin təyin olunması məsələsində hərbi komendaturanın ciddi narazılığına baxmayaraq, Dağüstü parkın seçilməsində israr olundu. Hərbi rejimin hədə və təhdidlərinə baxmayaraq yanvarın 22-də tarixdə görünməmiş milyonluq izdihama başçılıq edərək dəfn mərasiminin önündə durduq və ilk dəfə olaraq Allahsız sovet rejimini “mənfur imperiya” ifadəsi ilə lənətlədik. Dəfn prosesində bir nəfər belə hərbçinin iştirakına və müdaxiləsinə imkan verilmədi. Ölkədə bütün informasiya agentliklərinin nəzarətdə olduğu bir vaxtda biz böyük çətinliklə BMT-nin Baş katibliyinə, xarici ölkələrin dövlət başçılarına və dini rəhbərlərə müraciətlər, SSRİ rəhbəri Mixail Qorbaçova lənət dolu bəyanatımızı ünvanlaya bildik. İtaliyanın “Respublika” qəzetinin müxbiri Entso Mauro ilə görüşüb Bakıda törədilən cinayətlər haqqında həqiqətləri o zamankı Roma Papası II İoann Pavelə çatdırdıq. Məhz informasiya blokadasını yara bilməyimiz sayəsində 20 Yanvar faciəsi dünyaya yayıldı, İstanbulda, Dərbənddə, Gürcüstanda, bir sıra ərəb və Avropa dövlətlərində xalqımıza dəstək mitinqləri keçirildi. İlk günlərdə bir sıra rəsmi şəxslərin etirazına baxmayaraq, 20 Yanvar faciəsinin bütün qurbanlarının müqəddəs şəhid kimi tanınmasına və “şəhid” ifadəsinin qəbul edilməsinə nail olduq”.

Şeyxülislam Allahşükür Paşazadə Ulu Öndər Heydər Əliyevin həmin faciə zamanı xalqımıza dəstəyini xüsusi vurğulayıb: “Həmin günlərdə Qafqaz Müsəlmanları İdarəsinin ünvanına daxil olan ilk başsağlığı teleqramı Moskvadan, Ulu Öndər Heydər Əliyevdən gəldi. Qəlbi daim xalqı ilə döyünən bu böyük insan baş verənləri Azərbaycana qarşı təcavüz kimi dəyərləndirirdi. Şovinist ermənilər və onların təhrikilə hərəkət edən ermənipərəst siyasi qüvvələr tərəfindən Politbürodan uzaqlaşdırılmış Heydər Əliyev, siyasi yolunun davamçısı İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş verənləri qətiyyətlə pislədi və doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələri siyasi qiymət alaraq SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz aktı kimi qiymətləndirildi”.

Allahşükür Paşazadə erməni faşistləri tərəfindən işğal olunmuş Vətən torpaqları uğrunda mübarizənin Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidlərini 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçıları adlandırıb. Bildirib ki, şəhidlərin müqəddəs ruhlarını şad edən əsas məqam Qarabağ zəfəri, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir: “1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyü təhdidlərinə 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Uca Yaradanın köməyilə beynəlxalq hüququn təmin edə bilmədiyi ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı həyata keçirdi, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı”.

Şeyxülislam din xadimlərinə, qazilərə, səlahiyyətli nümayəndələrə Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü - 20 Yanvar hadisələrinin anım dövründə faciə qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi dini mərasimlər təşkil etmələrini tövsiyə edib.

Qalib dövlətimizin azad olunmuş torpaqlarımızda misilsiz bərpa-yenidənqurma işləri həyata keçirməsini, vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmasını, yeni həyat verilmiş məscidlərimizdən Azan səsləri ucalmasını, imamlarımızın öz vəzifələrinin başında olmasıı fəxarətlə vurğulayan QMİ sədri erməni kilsəsinin revanşizm istiqmətində destruktiv əməllərindən danışıb: “Dinc quruculuq işləri ilə məşğul olan xalqımızın ən ümdə istəyi regionumuzda sülh, əmin-amanlıqdır. Dövlətimiz bölgədə davamlı sülh istiqamətində səylər göstərir. Lakin məlum olduğu kimi, zamanında erməni təcavüzünün, Vətən müharibəsində Zəfərimizdən sonra isə revanşizmin önündə erməni kilsəsi gedir. 44 günlük Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatından sonra Eçmiədzin və Kilikiya erməni kilsələri tərəfindən anti-Azərbaycan təbliğatı yenidən vüsət alıb. Təəssüflər olsun ki, erməni kilsəsi öz xalqını dinc yanaşı yaşamağa deyil, yeni faciələrə sürükləməkdə israrlıdır. Biz bütün səylərimiz və dualarımızla ölkədə və bölgədə sülh, əmin amanlıq, dinc qonşuluq və rifah istiqamətində fəaliyyətləri - dövlətimizin müdrik siyasətini dəstəkləyirik”.

Tədbirdə iştirak edən Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Yepiskop Aleksiy, Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Avropa yəhudiləri icmasının sədri Aleksandr Şarovski, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan tarixində yeri və rolu barədə fikirlərini bölüşüblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Yanvar 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri